Qarabag Media
Haqqımızda Əlaqə

Həsrət dolu misralar


Tarix:12-02-2018, 00:10 Kateqoriya:Yazarlar

Həsrət dolu misralar

Yollara baxıram , uzaq görünür,
Hicranın gözümdə elə sürünür,
Dünyanın kədəri mənə bürünüb
Dağ bilib sayanımharda qalmısan.


Bu incə duyğular, həsrt dolu misralar könül dünyası rəngarəng olan həm rəssam ,həm jurnalist , həm şairə olan Anna xanıma aiddir. Anna Mirin şeirlərinə nəzər saldıqca orada təbiətin mənzərəsi, sevginin ülviyyəti, vətənə torpağa olan olan ülvi duyğuların palitrası görünür.Hər bir insanın həyata öz baxışı , öz duyumu var. Onun şirinli-acılı meyvələrini hamı dadır, lakin hər kəs öz anlayışları çərçivəsində həyatı mənalandırır.

Heç rəhmi gəlməyir taleyin mənə,
Məni yaman sıxır, tez –tez ağladır.
Verməyir nə aman, nə fürsət mənə,
O, məni sındırır, məni dağladır.


-könül ağrısı ilə yazır Anna xanım. Başqa bir şerində nikbinlik , həyatsəvərlik kimi gözəl duyğuları misralarında canlandıraraq gözəl bir həyat tablosu yaradır şairə xanım,

Mənim həyatımda günəş
Alov kimi yanacaq
Həyatıma işıq saçıb parlayacaq
Ümidlərim, azrzularım
Çin olacaq
Torpaqda bir toxum kimi,
Cücərəcək, böyüyəcək.
Bar verəcək...

Sevgi duyğuların baharıdır. O insan ruhunun könlünün qidasıdır və könüldən süzülüb qələn hisslər seli düşüncələri ağ kağızlara həkk etməyə məcbur edir bax bu zaman rəngarəng qəlb oxşayan misralar yaranır .Tanınmış rəssam Pablo Ruiz Pikasso belə yazmışdı “Mən sevib seilməsəydim dünyamı çəkə bilməzdim” . Təbii sevgi duyğularda kövrək hisslər yaradır bu kövrək hisslərdə sözü və duyğuları kövrəkləşdirir və sonda duyğular həzinləşərək ürək oxşayan misralar yaranır. Bu duyğuları Anna xanım belə qələmə alır-

Sevdanı həsrətli lal ürəyimdə,
Əzizim daşıya bilmirəm daha
Ərşə çəkilibdir yuxularım da,
Gəl son qoy həsrətə batma günaha
Bil, sənsiz yaşaya bilmirəm daha.

Anna xanımın şeirlərində lirik məhəbbət duyğuları ilə yanaşı ciddi vətəndaş movqeyi olan ictimai motivlər də yer alır. Canını qanını doğma torpağına qurban edən ruhları qarşısında baş əydiyimiz Şəhidlərlə lə bağlı mövuzlarda yazdığı şeirlərini də kövrəlmədən oxumaq çətindir. “Şəhid qardaşım” şerində şairə mübarizliyi , şücaəti belə qəlmə alır

Məhəbbətin bir ümman
Vətən üçün yaşadın.
Torpağa verərək can,
Şəhid adın daşıdın
Sən minlərlə insanın
Qəlbində yaşayırsan.
Çünki Vətən Şəhidi
Adını daşıyırsan.


Hər bir kitab oxucu ilə ilk görüş kimidir ; həyəcan. sevinc , məsuliyyət bu görüşün qayəsidir. “ Bənövşə dərdim“ adlı kitab Anna xanımın ilk şeir kitabıdır.`Ümid edirik ki, Anna Mirin nu kitabda toplanan yazıları oxucuları tərəfindən maraqla qarşılancaq.Biz də Anna xanıma yeni-yeni uğurlar arzulayırıq.

İradə Əlili (Əliyeva)
AMEA-nın dissertantı
BDU-nun müəlliməsi
Şairə-publisist










SON XƏBƏRLƏR
“Araz Əlizadənin deputat olması şərəfimə toxunur” - Xeyrəddin Qoca
Xəncərli qatil Şəmkirdə öldürüldü – VİDEO
İlham Əliyev: “Son hadisələr göstərir ki, onların əlində terrordan başqa heç bir vasitə qalmayıb”
Ərdoğan Makronun dəvətini rədd etdi: “İşim var…”
İtaliya Trampın çağırışına qarşı çıxdı
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Araz Əlizadə
“Neftçi”dən əzmkar qələbə
Tanınmış şair məzarı başında anıldı
Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçilib
Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI
Dünyanın ən güclü orduları açıqlandı – SİYAHI
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saata yaxın davam edib”
Prezident İlham Əliyev NATO ölkələri başçıları üçün təşkil olunan qəbulda iştirak edib
Adnan Oktarın əmlakı müsadirə edildi - “Kediciklər” ac qalacaq
Avropa İttifaqından Qarabağ məsələsində ermənilərə növbəti zərbə
"Qarabağ" mübarizəyə qələbə ilə başladı
NATO-dan Rusiya açıqlaması: “Soyuq müharibə istəmirik”
Elxan Şahinoğlu: "Dövlətimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir"
Qurban Qurbanov: "Vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır"
İlham Əliyev Belçikaya gedib
Fazil Mustafa: "Gəncəni sınaq poliqonuna çevirməsinə imkan verilməyəcək"
"Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub"
“Köçəryan Moskvaya qaçıb” – Keçmiş prezidentə korrupsiya ittihamı
Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb
Prezidentlər dünyaya Qarabağla bağlı mesaj verdilər
Nazirlikdən isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Duqin Qarabağla bağlı Paşinyan hökumətini şoka saldı
İran neft ixracını rekord həddə qaldırır - ABŞ-a cavab
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
Rusiya Ermənistandakı hərbi bazasına iki ədəd yeni nəsil “MiQ-29” qırıcıları göndərib