Qarabag Media
Haqqımızda Əlaqə

BAO “Doğu Türküstan bu gün” mövzusunda diskussiya təşkil etdi


Tarix:11-03-2018, 00:55 Kateqoriya:Türk dünyası

BAO “Doğu Türküstan bu gün” mövzusunda diskussiya təşkil etdi

Martın 10-da Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “Doğu Türküstan bu gün” mövzusunda növbəti diskussiya keçirildi.

Tədbiri açıq elan edən BAO başqanının Türk Dünyası ilə Əlaqələr üzrə müavini, dos., dr. Faiq Ələkbərli (Qəzənfəroğlu) bildirdi ki, bu gün Türk Dünyasının diqqətdə saxlamalı olduğu əsas problemlərdən biri də Doğu Türküstanda yaşayan uyğur və digər türksoylu soydaşlarımızın durumudur. Onun sözlərinə görə, hazırda Doğu Türküstanda Çin zülmünə qarşı mücadilə verən uyğurlarla bağlı Azərbaycan və Türkiyə mətbuatında ziddiyyətli informasiyalar öz əksini tapmaqdadır. Bunun da nəticəsində yalnız Türk Dünyasında deyil, dünyada uyğur soydaşlarımızın Çin zülmünə qarşı verdiyi mücadilə yetərincə öz dəstəyini tapmır. F.Ələkbərlinin fikrincə, xüsusilə ABŞ və Rusiya uyğurların Çin zülmünə qarşı verdiyi mücadiləni öz maraqlarına uyğun şəkildə istifadə etməyə çalışırlar. F.Ələkbərli onu da bildirdi ki, Azərbaycan türkləri ilə Uyğur türkləri arasındakı soydaşlıq bağları qədim dövrlərə gedib çıxır ki, bu gün iki soydaş xalqın bir-birləri ilə yaxınlaşmasına ciddi ehtiyac vardır. Çünki Azərbaycan Türkləri üçün Qarabağ, Kərkük, Krım, Təbriz qədər Doğu Türküstan və burada yaşayan uyğurların mücadiləsi də eyni dərəcədə önəmlidir.

Tədbirə məruzəçi kimi dəvət olunmuş sənətşünas alim Ənvər Börüsoy mövzu üzrə geniş məruzə ilə çıxış etdi: “...Doğu Türküstanda uyğurlardan başqa 8 milyon qazax türkü, 6 milyon dolqan türkü, 2 milyon özbək türkü və b. yaşayır. Onlar ərəb, latın və Çin əlifbasından istifadə edirlər. Bu gün Doğu Türküstanın mədəniyyətini öyrənmək bütün türk dünyasına sahib olmaq deməkdir. Buna çalışmaq lazımdır. ...Bu bölgə təbii sərvətlərlə zəngin olmasına baxmayaraq Çin hökuməti oraya investisiya qoymur. Çünki oranın inkişafında maraqlı deyil. Son vaxtlar Qazaxıstan dövlətinin Doğu Türküstana yönəlik siyasəti özünü göstərir”.

Daha sonra tədbir işrtirakçılarından Umuxanım Hüseynzadə, Cavanşir Beydullayev, Fəzail İsmayıl, Nazir Əhmədli və b.-ın məruzəçiyə verdikləri suallar və mövzu ətrafında irəli sürdükləri fikirlərlə diskussiya davam etdirildi.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub
İlham Əliyev Beynəlxalq Şahmat Federasiyası prezidentini qəbul etdi
Vətəndaşlara birdəfəlik ödəmələrlə bağlı narazılıqlara aydınlıq gətirildi
Alimlərimizin dünyaya çıxmaq imkanları var
Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb
"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Mərhum General-mayor Fikrət Məmmədovun doğum günüdür
Özü ölsə, sözü ölməz ustadın
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib
RONNI Electronics -yeni il qabağı müştərilərini hədiyyələrlə sevindirdi
Azərbaycanda xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər açıqlanıb - SİYAHI
Şəlvə sovməəsi - Laçının əsir abidələri - FOTO
Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN - II YAZI
Paşinyanı Moskvada mühafizəçilərlə bir yerdə əyləşdirdilər
Qurban Qurbanov millidən getdi
Millət vəkili şagirdlərə dərs vəsaiti göndərdi
“Azərbaycan...Qazax...Səməd” - Mühacir Baycanın son sözləri
Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır
Günah xəbərlərini həvəslə tirajlamayın!.. - Bunun özü də böyük günahdır...
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazdı
Ərdoğan Poroşenkonun xahişini Putinə çatdırdı
Cavid Qurbanov: “Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”
Səksən səkkiz il əvvəl baş vermiş üsyan
Bu gün Azərbaycan Cümhuriyyətinin ilk baş nazirinin doğum günüdür
Sankt-Peterburqda İlham Əliyevin Nikol Paşinyanla söhbəti oldu
Koçaryanın həbsi barədə qərar verildi
AZƏRBAYCAN FƏLSƏFƏ SİNİN AĞSAQQALI FİRİDUN KÖÇƏRLİ - II YAZI
“Komandanı türk olsa da, gələn rus ordusudur” - Azərbaycan Parlamenti 100
Türkiyədə Koroğluya abidə qoyulacaq