Qarabag Media
Haqqımızda Əlaqə

MEK Rusiyanın Arxangelsk Vilayətindəki Azərbaycan diasporuna ədəbiyyat göndərib


Tarix:20-07-2017, 17:44 Kateqoriya:Təhsil

MEK Rusiyanın Arxangelsk Vilayətindəki Azərbaycan diasporuna ədəbiyyat göndəribAMEA Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Rusiyanın Arxangelsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporasına maarifləndirici ədəbiyyat göndərilib.

Karabakhmedia.az xəbər verir ki, “Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımovun AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə ünvanladığı məktuba əsasən xüsusi seçilmiş ədəbiyyatın əksəriyyəti rus dilindədir. Əsasən Azərbaycanın zəngin və qədim mədəniyyətini, incəsənətini, tarixini, müasir siyasi vəziyyətini əks etdirən ədəbiyyat siyahısında klassik ədəbiyyatımızın görkəmli nümayəndələrindən Nizami Gəncəvinin əsərləri, S.Aşurbəylinin “Bakı şəhərinin tarixi”, “Novruz bayramı ensiklopediyası”, “Azərbaycan folkloru”, “Azərbaycan musiqi elmi”, B.Kərimovun “Azərbaycanın qədim yaşayış məskənləri”, 2 cildlik “Azərbaycan Xalq Cümhuriyyəti ensiklpodediyası”, A.Paşayevin “Ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı, deportasiyası və ərazi iddiaları”, N.Əliyevin “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi”, “Erməni terrorçu və quldur dəstələrinin insanlıq əleyhinə cinayətləri (XIX-XXI əsrlər)” və təbliğat əhəmiyyətli digər kitablar var.

Qeyd edək ki, Azərbaycanlıların Arxangelsk vilayətində diaspor təşkilatının formalaşma tarixi 1973-cü ildən başlayır. 2016-cı ildən daha aktiv fəaliyyətə keçən “Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatı Azərbaycan mədəniyyətinin Şimali Rusiyada təbliği, tanıdılması, Arxangelsk vilayətində Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində ardıcıl işlər görmüş, bir çox ilklərə imza atıb. Təşkilat həmçinin Arxangelsk şəhəri rəsmilərinin Azərbaycanın bir sıra dövlət qurumları ilə əməkdaşlığının yaradılmasında, Arxangelsk və Bakı şəhərləri arasında iqtisadi, mədəni, təhsil əlaqələrinin təşkilində vasitəçi missiyasını yerinə yetirib.

Xatırladaq ki, Azərbaycanın tarix və mədəniyyətinin təbliğini əsas fəaliyyət meyarlarından biri kimi diqqətdə saxlayan Mərkəzi Elmi Kitabxana ölkə içində və xaricdə fəaliyyət göstərən müxtəlif qurumların – səfirliklərin, diaspor nümayəndəliklərinin milli təbliğ yönümlü işlərinə xüsusi əhəmiyyət verir və bu səpkidə bütün müraciətlərə dəstək verməyə hər an hazırdır.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
Altayda iki min il yaşı olan qeyri-adi türk mumiyası tapılıb
Elmar Məmmədyarov Belarusa gedib
900 manatdan çox maaş alan müəllimlərin sayı açıqlandı
Hafiz Hacıyevin şortikli kişilər dərdi
Yevlaxda bir tona yaxın narkotik aşkarlandı
Şou ruhu ilə Qarabağ olmaz
Türkiyə seçkilərindən sürpriz gözləməyə dəyərmi?
Azərbaycan yeni hərbi helikopterlər əldə edib - VİDEO
Mahir Abbaszadə Milli Məclisdə seçicilərlə görüşüb – FOTOLAR
Trampı oğlunu oğurlayacaqları ilə hədələdilər
“Laçında “sənölümüz“, “mənölümüz”, “çörək haqqımız” qaldı” — Azər Məmmədov
Quran dilinin statusu haqqında
İbtidai sinif müəllimləri şagirdlərə özgüvən necə yaratmalı? - Gənc müəllim öz metodundan danışdı-VİDEO
Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı — FOTO
İŞİD Suriyada əsas istinadgahını itirib
Milli qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür
XİN-dən azərbaycanlı əsirlərə işgəncə verən erməni generalın həbsinə MÜNASİBƏT
AHİLİK– ƏXİLİY NƏDİR?! — Unudulmuş bir Türk gələnəyinin bilinməyənləri...
Türkiyə Antarktikada elmi baza yaradacaq
Bu gün tibb işçilərinin peşə bayramı günüdür
Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərləndi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MIRZƏ ŞƏFİ VAZEH
Əfqanıstanda partlayış nəticəsində 35 nəfər ölüb, 65 yaralanıb
"Bizim ailədə 5 nəfər SSRİ maarif əlaçısı olub" — Şəbnəm Uğurlu
DÇ-2018: Bugünkü oyunlar – CƏDVƏL
Mübariz Mənsimov Eynulla Fətullayevə cavab verdi: “Siz nə yazsanız da, nə etsəniz də, hansı dona girsəniz də…”
Putin Paşinyanı İlham Əliyevlə tanış edib
Azərbaycanın ən görkəmli yerlərində Nadir şahın xatirəsinə abidə ucaldılmalıdı
Azərbaycanda Ramazan bayramı qeyd olunur