Qarabag Media
Haqqımızda Əlaqə

Albaniya və ya Qafqaz Albaniyası (e.ə. IV əsr - b.e. 705)


Tarix:1-10-2015, 11:15 Kateqoriya:Tarix

Albaniya və ya Qafqaz Albaniyası (e.ə. IV əsr - b.e. 705) Albaniya və ya Qafqaz Albaniyası (latında Albānia, yunanda Ağvan, farsda Arran, ərəbdə Ər-Ran) — tarixi Azərbaycan ərazisində müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət. Eramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur.

Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov: "Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar."

Strabonun məlumatına görə Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarət idi. Qaynaqlarda Albaniyada yaşayan xalq və tayfalar sırasında utilər, qarqarlar və amazonkalar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlar və amardlar, ariaklar və anariaklar, qellər və leqlərin adları çəkilir. Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olmuşlar. Eramızın ilk əsrlərindən başlayaraq Sasani şahlarının göstərişi ilə Albaniyaya bir sıra irandilli tayfalar köçürülmüşdür, III-IV əsrlərdən başlayaraq isə şimaldan, Dərbənd keçidindən yeni türk tayfalarının, o cümlədən hunların, subarların, xəzərlərin, barsillərin və s. Qafqaz Albaniyasına axını başlamışdır. Xüsusən də subar tayfaları Albaniyanın qədim paytaxtı Qəbələ ətrafında məskunlaşmışdılar. Buna görə də erkən orta əsr mənbələri Qəbələni bəzən Qəbələ-Subar adlandırırlar. Ərəblərin gəlişinə qədər Albaniya əhalisi üç hissədən – qafqazdilli, türkdilli və irandilli əhalidən ibarət idi.
Qədim Albaniya etnik tərkibinə görə kifayət qədər rəngarəng ölkə idi. Lakin albanlar bu massivdə daha iri tayfa idi. Buna görə də bütün ölkə Albaniya adlanmağa başlanmışdı. Bu da mümkündü ki, bu tayfanın özü adını ölkənin adından almışdır. "Albaniya" adının yozulması sahəsindəki bir çox cəhdlərə baxmayaraq, hələlik bir nəticə hasil olunmamışdır.

Mütəxəssislər qeyd edirlər ki, "Alban" adını türkdilli tayfalarla bağlamaq daha uyğun variantdır. Çünki hal-hazırda Orta Asiyada, konkret olaraq Qazaxıstanda alban adlı türkdilli qəbilə yaşayır. Bundan başqa çuvaşların öz yaranışları haqqında dastanda çuvaşların yaranması haqqında danışılarkən bildirilir ki, onların ulu əcdadları Qafqaz dağlarının o tərəfindən gəlmiş alpanlar olmuşdur.

Erməni iddialarına görə, qədim dövrlərdə və erkən orta əsrlərdə Azərbaycan ərazisi Kür çayının yalnız şimalında (Kürün sol sahilində) yerləşmişdi, yəni bu ənənəyə görə Kür və Araz çayları arasındakı ərazi guya əvvəllər ermənilərin olub. Yalnız 387-ci ildən sonra həmin torpaqlar Albaniyanın tərkibinə keçmiş, lakin etnik, siyasi və mədəni cəhətdən əvvəlki kimi Böyük Ermənistanın Şərq əyalətləri olmuşdur.

Gürcü alimlərinin qənaətinə (köhnə) görə Kürün sol sahilindəki Albaniya ərazisinin Qərb hissəsi Gürcüstanın olmuşdur. Yeni gürcü elmi təsdiqinə görə isə (müəllifi D.L.Musxelişvili) erməni tədqiqatçılarının "səxavətlə pay verdikləri" sol sahil Albaniyasının ərazisi, eləcə də Kürün sol sahlindəki Azərbaycan ərazisinin qərb hissəsi, ayrı-ayrı dövrlərdə isə hamısı Gürcüstanın ərazisi olmuşdur.

İnzibati bölgü baxımından Albaniya vilayətlərə (havarlara) və əyalətlərə (nahanqlara) bölünmüşdü. Bir neçə havar nahanq təşkil edirdi. VII əsr Ermənistan coğrafiyasında göstərildiyinə görə Albaniyanın sol sahil ərazisi 11 vilayətdən ibarət idi. Alban mənbələri bunlardan dördü haqqında məlumat verir: Qəbələ, Şəki, Kambisena və Əcəri.

Qəbələ, Şəki, Kambisena həm də inzibati-kilsə vahidləri, yepiskopluq idilər ki, bunların da nümayəndələri (yepiskoplar) bütün alban kilsə məclislərində iştirak edirdilər. Sol sahil Albaniyasına adları çəkilən havarlardan başqa, iki ölkə – Lpina və Çola da daxil idi.
Çola – Bu vilayət Çola (Dərbənd) keçidindən Cənuba doğru, təxminən Beşbarmaq dağınadək Xəzər sahili zolağı əhatə edirdi. Vilayətin iri şəhərləri Çola (məsqət (massaget, maskut) Arşakilərinin paytaxtı) və Dərbənd idi. V əsrin birinci yarısında Sasani şahı II Yezdəgirdin hakimiyyəti dövründə Çolada güclü müdafiə qurğuları, məşhur Dərbənd səddi ucaldılmışdı. Moisey Kalankatlı Çolanın strateji əhəmiyyətindən başqa, bütün Qafqazda ilk xristianlıq ocaqlarından biri kimi ideoloji cəhətdən mühüm əhəmiyyəti barədə də məlumat verir.

Paytakaran vilayəti Azərbaycan Respublikasının cənub-şərq hissəsində yerləşərək Xəzər dənizinin sahillərinə qədər uzanırdı. Mil və Muğan düzlərinin bir hissəsini əhatə edirdi. Ehtimal ki, Paytakaran ayrı-ayrı vaxtlarda vilayətin cənubunda yerləşən Atropatenanın şimal-şərq torpaqlarını da özündə birləşdirmişdir. Paytakaran e.ə. II yüzillikdə erməni çarı I Artaşes (türkcəsi - Ərtəş) tərəfindən işğal olunmuş və e.ə. 55-ci ilə qədər Ermənistanın tərkibində qalmışdır. Paytakaran siyasi cəhətdən gah Albaniyaya, gah da Atropatenaya meyl edib və ayrı-ayrı dövrlərdə onun tərkibinə daxil olmuşdur. IV əsrin II yarısında Paytakaran birdəfəlik Albaniyanın tərkibinə qatılmışdır. Vilayətin mərkəzi eyniadlı şəhər - Paytakaran idi.

Bərdə (Partav) 551-ci ildən alban katolikosunun daimi yaşayış yerinə, 630-cu ildən isə Mehranilər sülaləsindən olan böyük alban knyazları Varaz Qriqorun, Cavanşirin və başqalarının iqamətgahına çevrilir. Uti vilayəti (nahanqı) öz növbəsində ayrı-ayrı inzibati vahidlərə (havarlara) bölünmüşdü ki, bunlardan da ən əsasları Sakaşena (yunan müəlliflərində Sakasen, erməni müəlliflərində Şakaşen) və Girdman idi.

Girdman - IV əsrdən Albaniyanın birinci böyük knyazları olan Mehranilər sülaləsinin irsi mülkü idi. Bu vilayətin lokallaşdırılması ilə bağlı üç nəzəriyyə mövcuddur. Bəziləri onun Ağsu - Girdman çayları rayonunda (I.Əliyev, F.Osmanov), digərləri müasir Qazax rayonu ərazisində (S.T.Yeremyan), üçüncü qrup isə Şəmkirçay hövzəsi ətrafında və müasir Gədəbəy rayonu ərazisində (Z.M.Bünyadov) yerləşdiyini iddia edirlər. Mehranilər bu ərazilərdə Girdman qalasını, Mehrəvan şəhərini və çoxlu məbədlər inşa etdirmişlər.

Artsak və ya Ərsaq tarixi vilayəti sağsahil Albaniyasının ən mühüm vilayətlərindən biri olmuş və Qarabağın dağlıq hissəsini və Mil düzünün bir hissəsini əhatə etmişdir. Əyalətin əhalisini qarqarlar, utilər, hunlar, xəzərlər və barsillər təşkil edirdi.
Sünik - (Sisakan) vilayəti Albaniyanın cənub ucqarında yerləşərək qərbdə Ermənistan və şimalda Artsak arasındakı ərazini əhatə etmiş, Göyçə gölünün cənubunda yerləşmişdir. Mənbələrdə işlənməsinə görə, Sünik (Sünük) ifadəsi Sisakandan daha qədimdir. Yevsevi və Prokopi Kesari Süniki albanların qonşusu kimi xatrladır. “Sisakan” ifadəsinə ilk dəfə VI əsrdə Suriylı müəllif Zaxari Ritorun əsərində təsadüf olunur. Həmin müəllifin yazılarında Sasakan Arran (Albaniya) və Qurzan (Gürcüstan) kimi Ermənistandan ayrı ölkə olaraq təqdim edilir. Ümumilikdə isə Sünik ayrı-ayrı dövrlərdə gah Albaniyanın, gah da Atropatenanın tərkibində olmuşdur.

Xristianlıqdan əvvəlki dövrlərdə alban tayfalari arasında müxtəlif səma cismlərinə, yunan tanrı və tanrıçalarına, həmçinin oda sitayiş olmuşdur. Ölkənin müxtəlif ərazilərində atəşpərəstliklə bağlı məbədlər olmuşdur. Qafqaz Albaniyasında xristianlıq eramızın 54 - 57-ci illərində apostol Müqəddəs Yeliseyin təbliğ fəaliyyətindən sonra yayılmışdır. Bu səbəbdən Alban kilsəsi apostol kilsəsi adlandırılır. Qafqazda, eləcə də bütün xristian dünyasında olan qədim xristian kilsələrindən biri alban kilsəsidir.

Qafqaz albanlarına məxsus olan və alban dilinə uyğunlaşdırılmış əlifba olan alban əlifbası, IV-V əsrlərdə parf mənşəli maarifçi Mesrop Maştots tərəfindən təkmilləşdirilmişdir. Lakin əlifbanın nə zaman və kim tərəfindən yaradılması məsələsi hələ də həll edilməmiş olaraq qalmaqdadır. Alban əlifbası Ərəb Xəlifəsinin göstərişi ilə Alban Həvari Kilsəsi Erməni Qriqoryan Kilsəsinə tabe edildikdən sonra erməni katolikosu İlyanın göstərişi ilə məhv edilmiş, alban əlifbasıyla yazılmış kitablar qədim erməni dilinə tərcümə edildikdən sonra məhv edilmişdir. Uzun müddət Alban əlifbası itmiş hesab edilirdi, lakin 1937-ci ildə gürcü alimi İliya Abuladze Mətndarda XV əsrə aid MS No. 7117 şifrəli əlyazmada 52 hərfdən ibarət alban əlifbasına rast gəlmiş və onu aşkara çıxarmışdır.
Ərəblər 642 – 645-ci illərdə Atropatena tərəfdən Cənubi Qafqaza hücum etdilər və Albaniyaya soxuldular, ancaq burada möhkəmlənə bilmədilər. Ərəblərə qarşı mübarizənin ilk dövrlərində boyun əymiş Ermənistan işxanı Teodoros Rştuni ilə ittifaq bağlamışdı. Cavanşir ondan fərqli olaraq Bizansın vasallığını qəbul etməyi üstün tutmuşdu. Bizans imperatoru Cavanşiri "Girdman hökmdarı", "Alban knyazı" adlandırmışdı. Kalankatlı Albaniya və onun hökmdarının həmin dövrdə səviyyəcə Ermənistan və Gürcüstan hökmdarlarından üstün olduğunu qeyd edir.

664 – 665-ci illərdə xəzərlər yenidən Albaniyaya hücum etdilər. Onları Kürü keçərək Araza çatdılar alban və iberlərdən çoxlu adam əsir aldılar. Cavanşir xəzərlərlə müqavilə bağladı və xəzər xaqanının qızı ilə evləndi. Xəzərlərin yürüşləri, Kiçik Asiyanın bir sıra vilayətlərinin ərəblər tərəfindən tutulması nəticəsində Bizansın zəifləməsi Cavanşiri Bizansla bağladığı müqaviləni pozmağa məcbur etdi. O saysız-hesabsız Türküstan ordusundan – xəzərlərin köməyindən imtina edərək Cənub hökmdarına – ərəblərə tabe olmağı üstün tutdu.

Bir sıra tədqiqatçılara görə Cavanşir 669-cu ildə sui-qəsdlə öldürülmüşdür (K.V.Trever). Digərləri onun ölüm tarixini 680-ci ilə aid edirlər (Z.M.Bünyadov). Axırıncı mülahizə isə 683-cü ildir. (Q. X. Svazyan)
685-ci ildə Ərəb Xilafətinin Şimalda nəzarətinin zəifləməsindən istifadə edən xəzərlər albanlarla eyni dinə etiqad etdiklərini unudaraq Albaniya, Ermənistan və İberiyanı işğal etdilər.

Albaniya bu dövrdə üç xalqa xəzərlərə, ərəblərə və yunanlara (Bizansa) vergi verirdi. İmperator III Tiberinin dövründə 699-cu ildə ərəblərlə yaxınlıq etdiyinə görə Varaz Trdat oğlanları ilə birlikdə Konstantinopola gətirilir və onlar beş il müddətinə burada qalırlar. 705-ci ildə II Yustinian Varaz Trdatı azad etdi. Konstantinopoldan Albaniyaya qayıdan Varaz birdəfəlik ərəb təbəəliyini qebul etdi. Varaz Trdatdan sonra isə Albaniya ərazisini ərəb əmirləri idarə etdilər.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı