Qarabag Media
Haqqımızda Əlaqə

Rusiya təyyarəsi vurulandan sonra nazir Bakıya gəlir


Tarix:27-11-2015, 05:19 Kateqoriya:Siyasət

Rusiya təyyarəsi vurulandan sonra nazir Bakıya gəlirQonşu dövlətlərin rəsmi şəxslərinin Azərbaycana səfəri başlayır.

ANS PRESS-in Gürcüstanın Daxili İşlər Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, bu gün Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili Bakıya səfərə gəlib.

Gürcü nazir prezident İlham Əliyevlə görüşüb. Görüş zamanı terrorçuluq və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və digər məsələlər müzakirə olunub.
Türkiyə Xarici İşlər Nazirliyinə istinadla verilən məlumata görə, sabah Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gələcək.

Səfər zamanı nazir prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək, əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Nazirlikdən verilən açıqlamada bildirir ki, Mövlud Çavuşoğlu Şimali Kipr Türk Respublikasından sonra Azərbaycana səfər edəcək.

Mövlud Çavuşoğlu Azərbaycana səfəri zamanı xarici işlər naziri Elmar Məmmədyarovla ikitərəfli əlaqələr, Dağlıq Qarabağ münaqişəsi və digər regional, beynəlxalq məsələlər müzakirə ediləcək. Səfər zamanı nazirin prezident İlham Əliyev, Milli Məclisin sədri Oktay Əsədov və baş nazir Artur Rasizadə ilə görüşləri nəzərdə tutulub.
Mövlud Çavuşoğlunun Azərbaycan səfəri Rusiya və Türkiyə arasında gərginliyin pik həddə çatdığı bir dövrdə baş tutur. Hazırda Rusiya əlində olan iqtisadi və siyasi təsir vasitələri ilə Türkiyəni sıxışdırmağa çalışır. Artıq iki ölkə arasında bəzi ixrac – idxal əməliyyatları dayandırılıb. Hətta Rusiya Dövlət Duması qondarma erməni soyqırımını inkar edən şəxslərin cəzalandırılması ilə bağlı qanun layihəsini qəbul etməyə hazırlaşır. İki ölkə arasında həyata keçirilən enerji layihələrinin də taleyi qeyri müəyyən olaraq qalır.

Belə bir məqamda isə Türkiyədə son seçkilərdən sonra qurulan yeni hökümətin etibarlı tərəfdaşa ehtiyacı var. Yaxın keçmişə nəzər saldıqda Türkiyə üçün ən ehtibarlı tərəfdaşın Azərbaycan olduğunu görürük. Türkiyənin Rusiyadan qaz asılılığı var və bu münaqişə enerji təhlükəsizliyinə birbaşa zərbə ola bilər. Belə bir məqamda Türkiyənin regionda həyata keçirilən alternativ enerji layihələrinə marağı artır. Hazırda Azərbaycan TANAP və TAP layihələrini həyata keçirir. Yəqin ki, bundan sonra Türkiyə bu layihələrlə daha çox maraqlanacaq və bunların tez bir zamanda reallaşması üçün bütün gücü ilə çalışacaq.
Həmçinin Rusiya ilə gərginləşən münasibətlərin fonunda Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə daha çox maraq göstərə bilər.

Elə bu dəstək ötən gün Türkiyənin baş naziri Əhməd Davudoğlunun Böyük Millət Məclisində çıxışı zamanı hiss edildi. Əhməd Davudoğlu bildirib ki, Türkiyə Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi üçün əlindən gələni edəcək. "Qardaş Azərbaycan ilə tarixi münasibətlərimizi, Qafqaz geosiyasətinə, hər iki ölkənin marağına uyğun şəkildə davam etdirəcəyik".

Qafqaz və ətraf regionlarda baş verən geosiyasi dəyişikliklər və siyasi çəkişmələr Azərbaycanın önəmini dəfələrlə artırır. Hazırda Azərbaycan həm terrorçuluqla mübarizdə, həm də enerji layihələrinin həyata keçirilməsində region dövlətlərinin önəm verdiyi ölkələrdəndir. Bütün əldə olunan imkanlar Dağlıq Qarabağ münaqişəsinin həllində yeni səhifənin açılmasına səbəb ola bilər.
Karabakhmedia.az










SON XƏBƏRLƏR
Sovet vaxtı bayrağımızı Qız Qalasından asan qəhrəmanın naməlum taleyi: “Bəlkə də ölməyib, yaşayır” - EKSKLÜZİV MÜSAHİBƏ
Bu gün Cabir Novruzun anım günüdür
“Ermənistan hansı haqla sülhdən danışır?” - İcma rəhbəri bəyanat yaydı
Bakı metrosu “Qarabağ”ın oyununa görə bu gün yarım saat artıq işləyəcək
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib
Təxirə salınan əməliyyat
Rusiya XİN Qarabağ münaqişəsi haqqqında: "Əlimizdən gələni edəcəyik ki..."
Zəngilan necə işğal edildi? – Erməni general açıqladı
Azərbaycan Prezidenti və ailəsi Heydər Əliyevin məzarını ziyarət edib
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür
Ölkəmizdə “Vikipediya” hərəkatı öz müsbət nəticəsini verir
Azərbaycanlı tələbə erməni rəqibinə 10:0 hesabı ilə qalib gəldi
TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI
İran İstanbul sammitinə dəvət edilmədi
Mikayıl Gözəlov öldürülməsəydi...
Ayaz Mütəllibovdan deputatlığa namizəd olacağı xəbərlərinə REAKSİYA
Səudiyyə restoranlarına kişilər və qadınlar eyni qapıdan girəcək
Məşhur şahmatçı deputatlığa namizəd olacaq
Heydər Əliyev Fondundan Oqtay Gülalıyevlə bağlı - AÇIQLAMA
Azərbaycanlı həkim 5,3 milyon avro mükafat aldı
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib - FOTOLAR
Zeynəb Xanlarova növbədənkənar seçkidə namizəd olacaq? - Köməkçisindən AÇIQLAMA
Elsevər Ağayev: “Şprislərin yoxlanılması üçün laboratoriyalar quraşdırılacaq”
Təhsil naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək
İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
“Qarabağ”ın oyununa bu qədər az maraq olmamışdı
Bu gün Beynəlxalq Dağlar günüdür
Yanvarın 1-dən pensiyalar artırılacaq
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi