Qarabag Media
Haqqımızda Əlaqə

Biləcəri bələdiyyəsinə böhtan atılıb – SƏNƏD


Tarix:16-10-2015, 00:14 Kateqoriya:Gündəm

bileceri Dünən bir neçə saytda Biləcəri qəsəbəsi sakini, milliyyətcə rus olan, 44 il müəllimə işləyən Yudzinskaya Nelya Stanislavnanın qəsəbə bələdiyyəsi ilə bağlı həqiqəti özündə əks etdirməyən yazı dərc edilib.

Həmin yazıda Ə.Qasımov küçəsi ev-22, mənzil 14-də yaşayan Nelya xanımın şikayət ərizəsinə əsasən göstərilir ki, evinin qarşısındakı 2 sota yaxın torpaq sahəsi əlindən alınır.

Xanımın iddiasına görə, Biləcəri bələdiyyəsi Osman adlı əməkdaşının əliylə həyətyanı sahəsini ondan almaq istəyir: “Məlumatıma görə torpağı məndən alıb Qubalay Kahraman adlı vətəndaşlığı olmayan Türkiyə vətəndaşına qaraj yeri üçün vermək istəyirlər. Hətta buna görə ondan 4000 manat da pul alıblar. Mənə isə deyirlər ki, guya, torpağı qanunsuz zəbt etmişəm”.

Yazıda hətta şikayətçinin Bələdiyyə sədri Hikmət Quliyevin ona “ 73 yaşın var, bundan sonra torpaq nəyinə gərəkdir?” dediyi də göstərilib.
Məsələ ilə bağlı Avrasiya.net-ə açıqlama verən H.Quliyev N.Stanislavna ilə bələdiyyə arasında heç bir problemin yaşamadığını deyib: “Nelya xanımın mənə ünvanladığı ərizəsi var. Xanım ərizəsində göstərib ki, iki dəfə bələdiyyənin adından ona bu məsələ ilə bağlı müraciət ediblər. Amma kimlərin o qadına süni şəkildə problem yaratdığını bilmirik. Nelya xanım bununla bağlı mənə müraciət etdikdən sonra onun evində oldum. Elə oradaca məsələni aydınlaşdırdıq. Xanım özü də yazıb ki, səhv başa düşüb, bələdiyyənin heç bir əməkdaşı onun torpağını əlindən almaq üçün evinə yollanmayıb və şəxsən mənə qarşı da heç bir iradı yoxdur. Özü də bu gün yanımda olub və deyib ki, heç bir yerə torpaq məsələsiylə bağlı şikyət ərizəsi yazmayıb”.

H.Quliyev daha sonra Nelya Stanislavna ilə bağlı daha bir məktubu bizə təqdim edib. Bu məktubdan da aydın olur ki, Nelya xanımın adından şikayət ərizəsini həmin məsələdə adı hallanan və qonşusu olan Türkiyə vətəndaşı Qubalay Kahramanın arvadı yazıb.

Məsələni araşdırandan sonra məlum olub ki, hansısa qüvvələr Nelya xanımla bağlı torpaq məsələsini Biləcəri bələdiyyəsinin adına bağlayaraq şişirdilir və bilərəkdən mediaya ötürülür. Bu məsələnin şişirdilməsinin arxasında isə hansı məqamların dayandığı məlumdur.
N.Stanislavnanın H.Quliyevə yazdığı məktubu sizə təqdim edirik:

Biləcəri bələdiyyəsinə böhtan atılıb – SƏNƏD

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”