Qarabag Media
Haqqımızda Əlaqə

Bakı metrosunda uzun illərdir fəaliyyət göstərən kassalar bağlanır.


Tarix:2-10-2015, 03:33 Kateqoriya:Gündəm

Bakı metrosunda uzun illərdir fəaliyyət göstərən kassalar bağlanır. Bu gündən etibarən Bakı metrosunda uzun illərdir fəaliyyət göstərən kassalar bağlanır.
Karabakhmedia.az-ın məlumatına görə, kassaların fəaliyyətini dayandırması bəzi sərnişinlərin etirazına səbəb olub.
Pul xırdalamaq üçün kassalara yaxınlaşan sərnişinlər onların bağlı olduğunu görəndə polis əməkdaşlarına və metro işçilərinə etirazlarını bildiriblər.






“Mən pul xırdalamaq istəyirəm. Bu kassa niyə bağlıdır? Bəs mən pulu harda xırdalamlıyam? İşə də gecikirəm!”-deyə narazı sərnişin bildirdi.
Məsələyə münasibət bildiriən Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev kassaların açılma ehtimalının olmadığını bildirdi.
“Bakı metrosunda artıq kassalar bu gündən fəaliyyət göstərmir. Sərnişinlər isə gediş haqqı ödəmək üçün pullarını əvvəlcədən xırdalayıb gələ bilərlər.”
Məlumdur ki, fəaliyyəti dayandırılan kassalarda yüzlərlə metropoliten əməkdaşı işləyirdi. Onların aqibətinə gəlincə , Nəsimi Paşayev heç bir narahatlığa əsas görmür. Qurum rəsmisinin sözlərinə görə, onların heç biri işlərindən azad olunmurlar.

“Bağlanan kassalarda işləyən əməkdaşlarımızın hər biri müvafiq işlərlə təmin olunacaq. Yeni təyinatlar zamanı onların təhsili, stajı və davranışı nəzərə alınacaq. Təklif olunan işlərlə razılaşan əməkdaşlarımız qalıb işləyə bilərlər.”
Kassaların fəailiyyətinin dayandırılmasına səbəb kimi yeni istifadəyə verilən ödəniş kartları göstərilir. Bundan sonra yeni istifadəyə verilən “Bakıkart”larını metro əməkdaşları deyil, xüsusi aparatlar satacaq.

“Bakıkart”ların satışı və gediş haqqının yüklənməsi Bakı Metropoliteninin bütün stansiyalarında, “BakuBus” MMC-nin dayanacaqlarında, həmçinin şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən mətbuat yayımı köşklərində quraşdırılmış terminallar vasitəsi ilə həyata keçirilir. ”
Nəsimi Paşayevin sözlərinə görə, sərnişinlər “Bakıkart”la yaranmış hər hansı problemlə bağlı “20 Yanvar” , “Cəfər Cabbarlı” , “N.Nərimanov” və “Neftçilər” stansiyalarında fəaliyyətdə olan “Kart analizi” mərkəzlərinə, *4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət edə bilərlər.

Bakı metrosunda yeni kartların tətbiqinə avqustun 8-dən start verilib. Artıq Metro stansiyalarına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarından istifadə edirlər.

Sərnişinlərə isə sentyabrın 1-dən 30-a qədər mövcud metro kartlarından sadəcə balansında olan gediş haqqından istifadə etmək imkanı verilirdi. Bundan sonra isə onlar yalnız yeni "BakıKart"lardan istifadə etməlidirlər.
Plastik kartın qiyməti 2 manatdır. Bu kart nəqiyyat vasitələrinin daimi istifadəçiləri üçün nəzərdə tutulub. "BakıKart Məhdud istifadə üçün" kartının qiyməti isə 20 qəpikdir. Alındığı zaman yalnız 4 gediş yükləmək mümkündür. Bu, şəhərin qonaqları, nəqliyyat vasitələrindən daimi istifadə etməyənlər üçün nəzərdə tutulub.

Karabakhmedia.az-ın










SON XƏBƏRLƏR
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov
NATO-nun qalmaqallı sənədini imzalamağa Ərdoğanı nə vadar etdi?
TÜRKİYƏ XİN RƏHBƏRİNDƏN QARABAĞ AÇIQLAMASI
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub
Prezidentdən Əlibaba Məmmədovla bağlı - SƏRƏNCAM
Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
“Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir” - Fuad Muradov
Ukraynanın NATO-ya qəbul olunmasının şərti açıqlandı
Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Bakının bu rayonunda yolların yenidən qurulmasına 11,8 milyon manat ayrıldı
İlham Əliyev parlamentin buraxılması haqqında sərəncam imzalayıb, növbədənkənar seçkilərin vaxtı təyin edilib
Bakıda İƏT-in sədri seçilib
Danimarkada azərbaycanlı gənc 12 saniyəyə rəqibini məğlub etdi
Konstitusiya Məhkəməsi Prezidentin sorğusu ilə bağlı QƏRAR qəbul edib
Bakıda bu məktəblər qalib elan olundu - SİYAHI
“Bunu etsələr, ölkəyə gətirilən ikinci əl avtomobillərin qiyməti baha olacaq...” - Ərşad Hüseynov
Azərbaycan-İran sərhədində silahlı insident baş verib
Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə
Azərbaycanda qatar maşınla toqquşdu: ölənlər var
İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış olub
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması sədrinin Brüsselə səfəri başlayıb
Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb - VİDEO
Güney azərbaycanlı gənc rejimin qüvvələri tərəfindən ailəsinin gözünün qarşısında öldürülüb – Təbrizdə
Paşinyan Məmmədyarovla görüşdən əvvəl Mnatsakanyana nə deyib?
Misir Mərdanov deputat olmaq arzusunu gizlətmədi – “Mən namizədliyimi verə bilərəm”
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Putinin gizli qatarı ilk dəfə görüntüləndi – VİDEO
“Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm” - BDU-nun rektoru
Lavrov: "Qarabağ icmaları arasında təmaslar bərpa olunmalıdır"
Meşədə asılmış qadın meyiti tapıldı