Qarabag Media
Haqqımızda Əlaqə

Mübariz Mənsimovdan Mehmana dəstək


Tarix:9-01-2019, 23:35 Kateqoriya:Gündəm

Mübariz Mənsimovdan Mehmana dəstək

Məşhur iş adamı Mübariz Mənsimov son günlər blogger Mehman Hüseynovla bağlı yaranan vəziyyətə münasibət bildirib.

Karabakhmedia.az onun fikirlərini olduğu kimi təqdim edir:

Son günlərdə olduqca çox insan yazır ki, sən niyə bu gənci müdafiə etmirsən, niyə susursan? Mən alnıaçıq, üzüağ bir iş adamıyam. Bu zamana qədər Allahdan başqasından qorxmadım, qorxaraq da bir addım atmadım. O hadisələrdən isə xəbərim belə yox idi. Siz deyəndən sonra izlədim və o gəncin hazırladıqlarında dövlətə ziyan verəcək heç nə görmədim. Tam əksinə, dövlətin malını oğurlayanları, haqsız qazanc ilə villa yüksəldənləri ifşa edib. Aqressivliyini gördüm ki, bu qüsurdur, ancaq suç deyil. Sonucda gəncdir, dəliqanlıdır. Sonucda Azərbaycan Prezidenti daim medianın azad olduğunu və onların dostu olduğunu bildirir. Ancaq bəzi məmurlar bunun tam əksini edirlər. Bu hadisənin böyüməsi cəmiyyətimizə, ölkəmizin imicinə böyük zərbədir. Bu məmurlar niyə öz eyiblərini düzəltmək yerinə güzgünü sındırırlar?! Yox etməyə çalışmaqdansa, bu gəncləri qazanmaq daha yaxşı olmazmı? Cənab prezident özü mətbuatı “köməkçilərim” adlandırıb, məmurların gizlətdiklərini onlardan öyrəndiyini söyləməmişmiydi? Qoy yazılsın, çəkilsin ki, Prezident də xəbərdar olsun etdiklərinizdən. Halbuki o villaların yerinə iş yerləri açıb, insanların rifah halının yüksəldilməsinə çalışılsaydı daha yaxşı olmazdımı? Danışanda hamısı prezidentə, dövlətə sədaqətdən dəm vuranlar, niyə ancaq özlərini düşünürlər?

Mən siyasətçi deyiləm, iş adamıyam. Bir iş adamı olaraq, minlərlə insanı kontrol etməyin nə qədər çətin olduğunu bilirəm, bir ölkəni idarə etmək isə bundan dəfələrlə çətindir. O baxımdan bu məsələlərdə prezidentin görən gözü, duyan qulağı olan mediaya belə münasibət əslində prezidentə qarşı atılmış addımdır. O gənci müdafiə edənlərin də səbrli olmasında fayda var. Çünki sonucda A məmurdan, B məmurdan şikayətçi olsaq da, zərbə dövlətimizin imicinə dəyir. Qorumalı olduğumuz da dövlətimizdir. Minlərlə şəhidin qanı ilə müstəqilliyini əldə etdiyimiz dövlət! Pis məmuruna görə, dövlətinə küsülməz, düşmənlik edilməz! İnanıram ki, haqq nazilsə də, üzülməyəcək, o gəncimiz də dövlətinə, millətinə bundan sonra da faydalı xidmətini aqressiyasız olaraq, davam etdirəcəkdir. Bir-birimizə qarşı sayğılı olaq. Ata-analarımızı söyməklə, təhqir etməklə, əsla irəliyə doğru addım ata bilmərik. Hamınıza saygılarımla./Azərbaycan 24/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Qənirə Paşayeva Murad Köhnəqalanın azadlığa buraxılmasına vasitəçi oldu
Milli Qurtuluş Günü münasibəti ilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib
Kərəm Məmmədli kafedra müdiri təyin edildi
Rövşən Rzayev BMT İnkişaf Proqramının nümayəndəsi ilə görüşüb
Meral Akşenerdən Elçibəy ailəsinə başsağlığı
Gestapoda sovetlərin adamı – həqiqi Ştirlits olubmu? -Məxfi sənədlər(FOTOLAR)
Azərbaycanda Qurtuluş günü qeyd olunur
Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib
Elçibəyin həyat yoldaşının dəfn ediləcəyi yer açıqlandı
Bakıda ana və qızı özlərini 10-cu mərtəbədən atdı - Hər ikisi öldü
Fərizənin anası vəfat edib
Qazaxıstandakı mitinqlərin səbəbi budur - Tokayev
Qarabağ əlillərinə 50 avtomobil verildi
Məmməd Əmin Rəsulzadənin və Nuru Paşanın şəkilləri Avronun üzərinə vuruldu
Azərbaycandan Batumiyə birbaşa aviareys açıldı
TÜRKPA-nın baş katibindən Azərbaycan haqqında önəmli bəyanat
Oqtay Əsədov: “100 nəfər oturub 78 nəfər səs verir, bu nə deməkdir?”
Çavuşoğlu: "NATO Türkiyəni müdafiə edə bilmir, ona görə Rusiyadan S-400 alırıq"
Elçibəyin həyat yoldaşı vəfat etdi
Azərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı
İdlibdə Türkiyə ordusunun mövqelərinə 34 raket atıldı –Rəsmi Ankara Rusiya və İrana səsləndi
Ermənilər "Məşədi rəqsi"ni də OĞURLADILAR – VİDEO
Rəşad Mahmudov təcili yardım həkimlərinin döyülməsindən danışdı – TƏKLİF
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edildi
Ermənilərin aviasiya vasitələrimizi vurmaq cəhdi uğursuz olub - VİDEO
Ermənistan Qarabağa turist cəlb edə bilmir - FAKTLAR
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirir"
Ukrayna ordusu Donetskin 100 metrliyində
Doğum günün mübarək olsun, ŞƏHİD!