Qarabag Media
Haqqımızda Əlaqə

Bakcell Azərbaycan Respublikasının qanunlarına əməl eləmir-Jurnalistdən açıqlama


Tarix:13-07-2018, 00:43 Kateqoriya:Gündəm

Bakcell Azərbaycan Respublikasının qanunlarına əməl eləmir-Jurnalistdən açıqlamaAnaloq.az saytının baş redaktoru, jurnalist Savalan Talıblı redaksiyamıza müraciət edərək bildirib ki; 12 iyul 2018-ci il tarixində Bakcell, biznes 15 tarifində olan gold nömrə almaq üçün Bakcellin Əhmədli metrosu yaxınlığında yerləşən müştəri xidmətlərinə müraciət etdib.

Karabakhmedia.az-a müraciət edən Savalan Talıblı bildirir ki, Müştəri xidmətinin əməkdaşı, operator xanım müraciətimlə bağlı 4 müxtəlif seriyalı nömrəni qeydiyyatdan keçirəndən sonra bildirdi ki, 4 nömrə üçün 60 manat ödəniş etməlisiniz. (Qeyd edim ki, hər nömrənin aylığı üçün 15 manat nəzərdə tutulur). Həmin xanıma bildirdim ki, mən bu 4 nömrəni istifadə etmək üçün yaxın qohumlarıma verəcəm. Onlar da istifadə etmək üçün özləri nömrənin balansına pul qoyacaqlar. – Mən nömrələri onlara verəndə özləri balansı artıracaq. Xanım isə bildirdi ki, xeyr, nömrəyə pul bu an qoyulmalıdır. Mən isə bildirdim ki, əgər elədirsə mən istəmirəm və bu nömrələri almaqdan imtina edirəm. Xanım isə şəxsiyyət vəsiqəmi ona aid olan masanın üzərindən götürüb öz seyfinə qoyaraq dedi ki, nə zaman pulu ödəyərsiniz, sənədinizi o zaman verərəm. Onu da nəzərinizə yetirim ki, həmin an mənim Bakcellə heç bir müqaviləm olmayıb və heç bir sənədə imza atmamışam. Sadəcə olaraq operator xanım mənə nömrələri təqdim etdi. Lakin Bakcell əməkdaşıyla aramızda yaranan anlaşılmazlığa görə mən nömrələri almaqdan imtina etdim. Bu barədə Bakcell müştəri xidmətlərinə, 555 qısa nömrəsinə zəng edib məlumat verdim. Aytən Həsənova adlı operatora sual verdim ki, müştəri nömrərini almaqdan imtina edirsə, şəxsiyyət vəsiqəsini müştəri xidmətlərində operator xanımın almağa ixtiyarı varmı? Mən bildirdim ki, borca görə belə olsa, şəxsiyyət vəsiqəsini almaq, girov saxlamaq qanuna ziddir. 555 qısa nömrəsindən cavab verən Aytən Həsənova bildirdi ki, bəli, Bakcell səlahiyyət verməsə, o xanım sizin sənədi almazdı. Buradan açıq-aydın görünür ki, Bakcell müştərilərinə xidmət edən Aytən Həsənova Azərbaycan Respublikasının qanunlarından xəbərsizdir. Və xəbərsiz olduğu halda, Əhmədlidə yerləşən müştəri xidmətinin operatorunu müdafiə edir. 12 iyul tarixində mənə Bakcellin Ceyhun adlı əməkdaşı zəng edib məsələni araşdıracağına və həmin operatorun qanuna zidd hərəkətinə görə cəzalanmasıyla bağlı məlumat versə də, hələ heç bir məlumat yoxdur. Bakcell böyük bir şirkət kimi ölkəmizdə mobil rabitəni təmir edirsə, ən azından müştəri məmnuniyyətini də nəzərə almalı və qanunlarımıza hörmət etməlidir – deyən Savalan Talıblı nitqini belə tamamlayıb. Jurnalist həmçinin saytımıza verdiyi məlumatda bildirib ki, bu qanun pozuntusuna görə, Baş Prokurora və Daxili İşlər Nazirinə də müraciət ünvanlayacaq. Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 567-ci maddəsinə əsasən, şəxsiyyət vəsiqəsinin qanunsuz alınmasına və ya girov götürülməsinə görə 500 manatdan 800 manatadək cərimə nəzərdə tutulur və Bakcellin əməkdaşı açıq-aydın qanun pozuntusuna yol verib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi