Qarabag Media
Haqqımızda Əlaqə

Müasir Azərbaycan turizminin memarı İlham Əliyev! - Ruslan Quliyev yazır


Tarix:12-02-2018, 15:17 Kateqoriya:Gündəm

Müasir Azərbaycan turizminin memarı İlham Əliyev! - Ruslan Quliyev yazır“Biz İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyirik!”

Məlumat üçün qeyd etmək istərdim ki, 9 fevral tarixində Azərbaycan Turizm Assosiasiyası və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının 300-dən artıq turizm təsisatının iştirakı ilə 11 aprel tarixində ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar toplantı baş tutub. Bu toplantıda İlham Əliyevin prezidentliyə namizədliyi yekdilliklə dəstəklənmişdir. Tədbir iştirakçıları seçkilərdə dövlət başçımıza səs verəcəklərini əminliklə qeyd ediblər. Bunun böyük əsasları var. Qeyd etmək lazımdır ki, 2016-cı ildən Azərbaycan turizmində çox böyük inqilabi dəyişikliklər baş verib. Azərbaycan turizmini 2016-cı ilə qədər olan dövr və 2016-cı ildən sonrakı dövrə nəzər salsaq bəzi məsələləri qeyd etməliyik.

Turizmin inkişafının parlamentdə müzakirələrində özəl və ictimai sektorun iclaslara dəvət olunması sosial dialoqun bariz nümunəsidir. İxtisaslaşmış turizmlə bağlı strateji yol xəritəsinin qəbul olunması, eyni zamanda bu müddət ərzində turizmin inkişafı ilə bağlı silsilə fərmanların imzalanması əsl turizm bumunu yaşatdı, ölkəmizə gələn turistlərin sayı xeyli artdı. Qeyri neft sektorunun inkişafına dövlət başçımız tərəfindən xüsusi diqqət var. Bu diqqət turizmə müsbət mənada çox yaxşı təsir edib.

2018- ci il proqnozlarına əsaslansaq onu deyə bilərik ki, turizm sahəsində statistik göstəricilərdə müsbət mənada nəzərəçarpan dəyişikliklər olacaq. Əsas məsələ bugün Azərbaycanın stabil ada, sakit ada statusuna malik olmasıdır. Dünyanın heç bir yerində sabit olmayan ölkəyə investisiya qoyulmur. Bizim ölkədə investisiya qoyuluşunun ildən-ilə artması bilavasitə turizmin inkişafını sürətləndirən amildir. İstər humanitar forumlar, idman yarışları, istər musiqi festivalları və.s böyük tədbirlərin keçirilməsi Azərbaycanın nüfuzundan xəbər verir. Sizi əmin edirəm ki, bizim bu inkişafımız düşmənimizi bərk narahat edir.

Xüsusən sağlamlıq turizmin qeyd etmək yerinə düşər.Götürək Sağlamlıq turizminin beşiyinə çevrilən Naftalanı. Təkcə ötən il Naftalana dünyanın 70-dək ölkəsindən 35 mindən çox turist gəlib. Bu olduqca gözəl rəqəmdir. Sevindirici məqam ondan ibarətdir ki, Naftalana bir dəfə gələn turist, növbəti dəfə də sevinclə gəlir. Eləcə də “Qalaaltı” müalicəvi istirahət kompleksini qeyd etməyə bilmərik. Bir məqamı da vurğulayım ki, Ötən il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Qalaaltı” müalicəvi istirahət kompleksinin Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına üzv seçilməsi bizi olduqca sevindirdi. Sağlamlıq Turizminin daha bir beşiyi olan Naxçıvanda Duz dağın qeyd etmək istərdim. Buraya da gələn turistlərin sayı ildən ilə artır

Bugün Azərbaycan müxtəlif marşurutlar işlənib hazırlanır. Ölkəmiz İpək Yolu layihəsində iştirak edir. Alman izləri marşrutu, A.Dyuma Qafqazda və.s bu tip marşrutlar ölkəmizdə turizmin inkişafına öz töhfəsin verəcəkdir. Biz İlham Əliyevin rəhbərliyi ilə hələ çox işlər görəcəyik. Məhz buna görə də, ən layiqli namizəd kimi biz turizmçilər cənab İlham Əliyevi dəstəkləyəcəyik.

Cənab prezident regional turizmin inkişafına xüsusi diqqət ayırır. Azərbaycanın bölgələrinə turların təşkili ilə bağlı biz turizmçilərin qarşısına qoyulan tapşırığ uğurla yerinə yetirilir. Bölgələrimizdə keçirilən dolma festivalı, plov, şirniyyat fesstivalı, uzunömürlülər festivalı kimi layihələrdən bütün dünya ağızdolusu danışır. Mədəniyyət və Turizm nazirliyinin rəsmi saytında cari ildə keçiriləcək tədbirlərin təqvimi ilə hər kəs tanış ola bilər. Görəcəyimiz işlər çoxdur. Azərbaycan havayollarının loukoster uçuşlarının açılması, asan vizanın tətbiqin xüsusi qeyd etmək istərdim. Bütün bunlar ölkəmiz adına yalnız və yalnız uğur bəxş edə bilər.

Ruslan Quliyev




loading...




SON XƏBƏRLƏR
Azərbaycan cüdoçuları ilk yarış günü 4 medal qazandı
Daha bir azərbaycanlı futbolçu Çexiya klubuna transfer olundu
NATO rəhbəri Rusiyadan gələn nüvə təhlükəsi ilə bağlı xəbərdarlıq etdi
“Bütöv Azərbaycan ideyasının KİV-də təbliğinin hazırkı durumu” mövzusunda diskussiya
Şəhid Rüstəm Mirzəyevin anım günüdür
"Hamıya partizanların səfərbər edilməsi haqqında əmr göndərilib" — QARABAĞIN GENERAL-QUBERNATORU SULTANOV
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına yeni texnika daxil edildi
Hollandiya uydurma “erməni soyqırımı”nı tanıdı
Lütlənən qız-gəlinlərimizlə fəxr etməliyikmi?..
Rusiyanın Mərkəzi Bankı qarət edildi
İsgəndər Həmidov Araz Əlizadənin cavabını verdi
Nazirlik summativ qiymətləndirmə ilə bağlı yenilikləri açıqlayıb
Əfqan müharibəsinin gizlinləri: Azərbaycanın itkin, yaralı, adsız qəhrəmanları…
ABŞ-ı dünyaya rəzil edən FOTOLAR
Binəli Yıldırım: "Türkiyə PKK ilə mübarizədə müttəfiqlərdən daha çox dəstək gözləyir"
Ərdoğanla Tillerson arasında görüş yekunlaşıb
“Seçki prosesi ölkə həyatında mühüm hadisə hesab olunur” - MÜSAHİBƏ
Erməni politoloq: "Rusiya Bakının Dağlıq Qarabağ siyasətini müdafiə edəcək"
Əfv Komissiyasından cavab: Fədayə Laçın əfv oluna bilməz
Suriyada daha 15 rusiyalı öldü
“Gök Börü”nün işığında – Dilqəm ƏHMƏD
Formula 1 yarışlarından Azərbaycanın qazancı açıqlandı
Ağ Evdən Kremlə qarşı YENİ QARABAĞ PLANI
Türkiyə və ABŞ generallları “Zeytun budağı” əməliyyatını müazakirə ediblər
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
Türkiyə İraqa 5 milyard dollar kredit ayıracaq
Bu böhtanı yayanları kimlər maliyələşdirir?
Bu qopan fırtına Türk Ordusudur - Azərbaycanlı ifaçının sədası Afrin əməliyyatında
ABŞ Suriyada rusları vurdu, 40 rus əsgəri öldü –neft savaşı
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - CÜMHURİYYƏTİN 100 İLLİYİNƏ