Qarabag Media
Haqqımızda Əlaqə

Qubada qədim qəbirlər tapılıb


Tarix:26-10-2015, 19:46 Kateqoriya:Mədəniyyət

Qubada qədim qəbirlər tapılıbQubanın dağlıq ərazisindəki Ördüc kəndi yaxınlığında qədim qəbirlər tapılıb.

ANS PRESS-in xəbərinə görə, qədim insan qəbirlərini ilk dəfə olaraq çobanlar aşkarlayıblar. Qubanın dəniz səviyyəsindən 2600 metr hündürlükdə yerləşən dağ massivində tapılan qədim qutu qəbirlərin digər qəbirlərdən fərqi ondadır ki, bu qəbirlərin baş daşı yoxdur.
Aşkar edilən qəbirlərin sayı 13-dür. Bu qəbirlərin yağış, sel suları nəticəsində üzə cıxdığı deyilir. Xaçmazın Seyidlər kəndində yaşayan tarix müəllimi Ramiz Əliyev hesab edir ki, bu keçmişdə köçəri həyat tərzi keçirən türk tayfalarının qəbirləri ola bilər:"Bizim eranın 2-ci minilliyinin qəbir abidələridir. Çünki ondan sonra Azərbaycan ərazisində türk tayfalarının oturaq həyat tərzinə keçməsi sürətləndi. Qəbirlərin sandıq, kvadrat, düzbucaq görünüşündə olması isə qəbirlərin yuyulmasının qarşısını almaq üçündür."
Tapıntı ilə bağlı Azərbaycan Milli EA-nın Arxeologiya və Etnografiya İnstitutunun Quba soyqırımı üzrə ekspediyasının rəhbəri Qəhrəman Ağayev ANS PRESS-ə deyib ki, həmin qəbirlərə baxıb araşdırma aparmaq lazımdır. Q. Ağayev bununla bağlı əraziyə baxış keçirmək üçün institut rəhbərliyi qarşısında məsələ qaldıracağını da bildirib.
Karabakhmedia.az










SON XƏBƏRLƏR
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib — VİDEO
Ermənisayağı güzəşt
Saakaşvili qanında erməni qarışığının olmadığını genetik testlə sübuta yetirib
BALACA İSMAYILIN BÖYÜK İSTEDADI
Yeni nəzarət-kassa aparatlarının tətbiqi tezləşdiriləcək
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
Soçi görüşü – Hər şeyin öz yerini tutduğu danışıqla
Yığılan vergi daha çox bu sahəyə xərclənir – Nazir açıqladı
Azərbaycan əhalisinin sayı açıqlanıb
Rafiq Hüseynovun barelyefinin açılışı oldu - FOTO
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb