Qarabag Media
Haqqımızda Əlaqə

Fikrət Qocanın 80 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib


Tarix:13-10-2015, 22:27 Kateqoriya:Mədəniyyət

Fikrət Qocanın 80 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Fikrət Qocanın 80 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.

Karabakhmedia.az-ın məlumatına görə, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, elm və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə şairin kitabları sərgilənib, həyatının müxtəlif anlarını əbədiləşdirən fotoşəkilləri nümayiş olunub.

Tədbirdə Türkiyədə törədilmiş partlayış nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək şairin həyat və yaradıcılığından söz açıb.

Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və başqaları çıxış edərək ötən əsrin 60-cılar nəslinin poetik axtarışları və novatorluğu ilə daim seçilən nümayəndəsi Fikrət Qocanı fədakar ziyalı, fəlsəfi-intellektual təfəkkürə malik, milli, çağdaş ruhlu şair kimi xarakterizə ediblər.

Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edən yubilyar yaradıcılığına verilən böyük qiymətə görə ölkə başçısına minnətdarlığını bildirib.

Sonda incəsənət ustalarının ifasında Fikrət Qocanın sözlərinə yazılmış mahnılarından ibarət konsert proqramı təqdim olunub. (APA)

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB