Qarabag Media
Haqqımızda Əlaqə

Sözün məsuliyyəti


Tarix:28-12-2016, 22:18 Kateqoriya:Manşet / Yazarlar

Sözün məsuliyyətiQalib İBRAHİMOĞLU
Hərə bir cür məşhur olur. Biri etdiyi kəşflərinə görə, digəri hansısa qəhrəmanlığına görə. Adam da var, ağzından bişirilməmiş söz çıxardığına görə “məşhurlaşır” ki, belə məşhurluğu Allah kəssin...

Son iki-üç gündə deputat Astan Şahverdiyev aldığını aldı, eşitdiyini eşitdi. Adam üzrxahlıq etdi, yaşının, başının bu çağında Milli Məclisin İntizam komissiyasında uşaq kimi başını aşağı salaraq, deputatlar qarşısında bir də belə hərəkətlərə yol verməyəcəyinə dair söz verdi.

Dediyi sözün qəbuledilməz olduğunu onun nəzərinə çatdıran həmkarları Şahverdiyevə tövsiyə ediblər ki, gələcəkdə belə məsələlərlə əlaqədar fikir bildirdikdə, məsuliyyətli olsun və müsahibəsində işlətdiyi ifadələrə görə xalqdan üzr istəsin. Astan Şahverdiyev də dediyi sözə görə Azərbaycan xalqından, ölkə daxilində və xaricdə yaşayan bütün azərbaycanlılardan üzr istəyərək, səhvini başa düşdüyünü etiraf edib. Üstəlik bir də belə hərəkətlərə yol verməyəcəyini vurğulayıb.
“Mən Astan Şahverdiyev, 24 dekabr 2016-cı ildə “Azadlıq radiosu”na verdiyim açıqlama və müxtəlif saytlarda yerləşdirilmiş materiallarda göstərilən məsələlərlə bağlı səhvimi başa düşürəm. Ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqımdan üzr istəyirəm”.

Deputat deyib ki, ağzından qaçırdığı bir kəlmə sözə görə özünün, ailə üzvlərinin telefonuna o qədər zənglər, mesajlar gəlib ki, gəl görəsən: “Mesajlar o qədər çoxdur ki, yenilərini qəbul edə bilmir. Orada ağıza alınmayacaq təhqirlər yazılıb. Mən məsələnin bu yerə qədər çatmasına təəssüf edirəm”.

A.Şahverdiyev bu məsələ ilə bağlı bir daha açıqlama verməyəcəyini deyib. Baxarsınız, adam nəinki bu, digər məsələlər barədə də danışmayacaq.

Astan Şahverdiyev yaxşı qurtardı. Hər şey ola bilərdi. Məsələn, onun deputat mandatından məhrum edilməsi tələb edilirdi. Bu tələbdə olanlar bu ilin sentyabrında Konstitusiyanın 89-cu maddəsinin I bəndinə edilən əlavəni əldə rəhbər tuturlar. Hansı ki, Referendum Aktında 89-cu maddənin I hissəsinin birinci bəndinə aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilib:

6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;
7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.

Bu məsələ danışığını bilməyən bəzi deputatlara da bir dərs olacaq. Bu söhbət onu göstərdi ki, söz deyəndə onu “rastamojka” etmək lazımdır. Yəni, adam söz deyəndə birinci onu ağzında bişirər, sonra söyləyər ki, sonradan bu sözə görə peşmançılıq çəkməsin...

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Azərbaycanda bolşevik işğalına qarşı üsyanların təşkili və həyata keçirilməsi
İsrail ordusu Suriyaya girəcək - Netanyahu
Ötən ay Azərbaycanda 13 milyon manatlıq kompüter və elektrik avadanlıqları istehsal edilib
Lavrov Azərbaycanı Rusiyadan qoparmaq cəhdləri barədə danışıb
Osmanlı xəstə yatağında olsa da, Azərbaycana vəfa borcunu yerinə yetirdi — Azərbaycan Cümhuriyyəti - 100
Azərbaycan cüdoçuları ilk yarış günü 4 medal qazandı
Daha bir azərbaycanlı futbolçu Çexiya klubuna transfer olundu
NATO rəhbəri Rusiyadan gələn nüvə təhlükəsi ilə bağlı xəbərdarlıq etdi
“Bütöv Azərbaycan ideyasının KİV-də təbliğinin hazırkı durumu” mövzusunda diskussiya
Şəhid Rüstəm Mirzəyevin anım günüdür
"Hamıya partizanların səfərbər edilməsi haqqında əmr göndərilib" — QARABAĞIN GENERAL-QUBERNATORU SULTANOV
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına yeni texnika daxil edildi
Hollandiya uydurma “erməni soyqırımı”nı tanıdı
Lütlənən qız-gəlinlərimizlə fəxr etməliyikmi?..
Rusiyanın Mərkəzi Bankı qarət edildi
İsgəndər Həmidov Araz Əlizadənin cavabını verdi
Nazirlik summativ qiymətləndirmə ilə bağlı yenilikləri açıqlayıb
Əfqan müharibəsinin gizlinləri: Azərbaycanın itkin, yaralı, adsız qəhrəmanları…
ABŞ-ı dünyaya rəzil edən FOTOLAR
Binəli Yıldırım: "Türkiyə PKK ilə mübarizədə müttəfiqlərdən daha çox dəstək gözləyir"
Ərdoğanla Tillerson arasında görüş yekunlaşıb
“Seçki prosesi ölkə həyatında mühüm hadisə hesab olunur” - MÜSAHİBƏ
Erməni politoloq: "Rusiya Bakının Dağlıq Qarabağ siyasətini müdafiə edəcək"
Əfv Komissiyasından cavab: Fədayə Laçın əfv oluna bilməz
Suriyada daha 15 rusiyalı öldü
“Gök Börü”nün işığında – Dilqəm ƏHMƏD
Formula 1 yarışlarından Azərbaycanın qazancı açıqlandı
Ağ Evdən Kremlə qarşı YENİ QARABAĞ PLANI
Türkiyə və ABŞ generallları “Zeytun budağı” əməliyyatını müazakirə ediblər
Azərbaycanın xarici dövlət borcu açıqlanıb