Qarabag Media
Haqqımızda Əlaqə

“Nardaran işi” üzrə məhkəmə istintaqı başa çatıb


Tarix:24-12-2016, 08:00 Kateqoriya:Manşet / Hüquq

“Nardaran işi” üzrə məhkəmə istintaqı başa çatıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkillər növbəti dəfə təqsirləndirilən şəxslərin iclasda iştiraklarının təmin edilmələri, sənədlərin tədqiq edilmələri, hadisələr zamanı ölən polislərin hüquqi varislərinin məhkəməyə çağırılmaları, gəlməyəcəkləri halda məcburi gətirilmələri, hər iki polisin meyitinin eksqumasiya olunmaları barədə vəsatət veriblər.


Vəkillər bildiriblər ki, təqsirləndirilən şəxslər soyuq zirzəmidə saxlanılırlar və bu onların səhhətinə pis təsir edir.

Məhkəmə vəsatətləri təmin etməyib.

Daha sonra iclasda təqsirləndirilən şəxslərin hakimə müraciəti oxunub. Onlar soyuq zirzəmidə saxlanılmalarını təzyiq kimi qiymətləndiriblər. Hakim isə bildirib ki, bütün təqsirləndirilən şəxslər eyni şəraitdə saxlanılır və heç bir təzyiq edilmir.

İclasda Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqov müdafiə etdiyi şəxsin anasının yas məclisinə buraxılması barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

Hakim məhkəmə istintaqının yekunlaşması məsələsini müzakirəyə çıxarıb. Vəkillər isə buna etiraz ediblər və təqsirləndirilən şəxslərlə məsləhətləşmək istəyiblər. Məhkəmədə fasilə elan edilib. Fasilədən sonra təqsirləndirilən şəxslər məhkəmə zalına gətirilib. Taleh Bağırov çıxış edərək ona məxsus olduğu deyilən kitabçanın araşdırılmasını istəyib. Bildirib ki, həmin kitabça ona aid deyil. Hakim isə məhkəmə istintaqının başa çatdığını elan edib. Çıxış üçün söz dövlət ittihamçısına verilib. O, çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Buna görə proses dekabrın 26-na təxirə salınıb.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.


AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.(Apa)










SON XƏBƏRLƏR
Yerevana əlavə qüvvə yeridilib, vəziyyət nəzarətdən çıxır
Maşını saxlatdırıb sürücünün qulağını kəsdilər - Lənkəranda olay
Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib
Paşinyan küçələrdən çəkilməsə Azərbaycan hücum edəcək?
Serj Sarkisyan Ermənistanın baş naziri oldu
Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək
Azərbaycan qazının Avropaya ilk tədarükünün vaxtı açıqlandı
Türkiyədə Əbülfəz Elçibəyin adına restoran açılıb
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
ATƏT-lə əməkdaşlıq dayandırılsın - Arif Rəhimzadə
Ermənistan parlamentində təhlükəli anlar yaşanır
"Türkiyəni Rusiyadan ayırdıq" bəyanatına cavab gəldi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ABBASQULU AĞA BAKIXANOV - V Yazı
Rusiya Dəməşqə yeni silahlar göndərib - FOTO
Qarabağdakı hərbi hissədə silahlı insident baş verib, həlak olan var
İrəvanı etiraz dalğası bürüdü — 100 min insan Fransa meydanına tərəf irəliləyir
Fransadan tarixi etiraf: Rusiya ilə Türkiyəni bir-birindən qopardıq
Türk-islam aləminin ilk azərbaycanlı qadın millət vəkili kim olub?
Ermənistan parlamenti sabah Serj Sərkisyanı baş nazir seçəcək
“Bu boyda kişini jurnalistlər öldürdü” – Ağacan Abiyev
İlham Əliyev Ramiz Mehdiyevə orden verdi
Ölüləri basdırmağa yer axtarıram...
Bu gün Milli Qəhrəman Rizvan Teymurovun doğum günüdür
Şəhriyarın büstü dağıdıldı: etiraz başladı
Daha bir süpürgəçini maşın vurdu: Formasını çıxartdılar ki, bilinməsin
Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə ediblər
Türkiyə 2 şəhid verdi, 3 əsgər yaralandı
Mövlud Çavuşoğlu: “Suriyanı bu rejimdən xilas etmək lazımdır”
NATO Suriya üçün təcili toplanır
Türkiyə kiminlə olmalıdır? ABŞ-la, yoxsa Rusiyailə?..