Qarabag Media
Haqqımızda Əlaqə

RAQİB QURBANOV - MÜLKİYYƏT HÜQUQLARIMIZI TAPDALAYAN HAKİM


Tarix:24-12-2016, 06:46 Kateqoriya:Manşet / Hüquq

RAQİB QURBANOV - MÜLKİYYƏT HÜQUQLARIMIZI TAPDALAYAN HAKİMAzərbaycanda məhkəmə qərarları cəmiyyətdə kifayət qədər müzakirə olunan mövzulardandır . İnsanlar daha çox qanunla qorunmalı olan hüquqlarının pozulması ilə nəticələnən ədalətsi qərarlar verildiyi qənaətindədir. Həmin şikayətlərin necə yarandığını isə 20 dekabr 2016-cı il tarixində Bakı Apellyasiya Məhkəməsində mülki işimizə baxılarkən verilən ədalətsiz qərarda şahidi olduq.

Biz Hacıyevlər ailəsi,Rəna Sələtdin qızı Hacıyev, Leyla Sələtdin qızı Hacıyeva ,Aydın Sələtdin oğlu Hacıyev mülkiyyətçilərik.Kirayənişinlərimiz Əfəndiyeva Gülşən Ağabəy qızı və oğlu Məmmədov Nicat Vaqif oğlu bizim rəsmi icazəmiz olmadan qeyri - qanuni yolla bizə məxsus evə qeydiyyata düşmüşlər.

Qeydiyyat şöbəsinə müraciət etsək də ,bizə yalnız istifadə hüququnun itirilməsi barədə qərar olduğu halda, qeydiyyatdan çıxarıla bilərlər ,bildirilmişdir.
Hazırda kirayənişinlər 6 ildən çoxdur ki ,həmin mənzildə yaşamırlar.Bunu "Azərsu " ASC, "Azərqaz"İstehsalat Birliyi ,və "Azərişıq"ASC-dən alınan məktublar da təsdiq edir.
Belə ki, həmin məktublara gğrə,kirayənişinlər yaşadıqları evdə 2011-ci ildən indiyə qədər kommunal xidmətlərdən istifadə etməyiblər.
Həmin müddətdən etibarən ,daimi olaraq,başqa yerdə yaşayıblar.Onların mənzilimizdə qeydiyyatda qalmaları bizim mülkiyyət hüquqlarımıza müdaxilədir.

Buna görə , məhkəmə qaydasında bu hüquqa xitam verilməlidir .Mülkiyyət hüquqlarımızın müdafiəsi və bərpası məqsədi ilə Nəsimi Rayon Məhkəməsinə kirayənişinlərimizin "yaşayış sahəsinə istifadə hüququnun itirilməsi "tələbi ilə müraciət etdik.Mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş iddia tələbimiz hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-inci və 2- inci bəndini,Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1 maddəsini ,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1maddəsini ,Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarı ,Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarı ,Mülki Məcəllənin 425.1 maddəsi ,686-cı maddəsi ,Konstitusiya Məhkəməsinin 8 oktyabr 2013-cü il tarixli qərarına istind edərək, qət etdi : " iddia ərizəsi təmin olunsun .Cavabdehlər Əfəndiyeva Gülşən Ağabəy qızının və Məmmədov Nicat Vaqif oğlunun Bakı şəhəri,Nəsimi rayonu ,Balababa Məcidov küçəsi 93 saylı (əvvəl 79/83saylı )evə istifadə hüquqları itirilsin ."

Qərardan göründüyü kimi,iddia tələbimizhakim Emin Mehdiyev sədrliyi ilə obyektiv bxılaraq,təmin edilmiş,pozulmuş mülkiyyət hüquqlarımız bərpa edilmişdir.
Çünki qanunla biz mülkiyyətçilərik.Bakı şəhəri , Nəsimi rayonu Balababa Məcidov 93 saylı ev - rəhmətlik anamız Zeynalova Solmaz İbrahim qızından bizə miras qalmışdır.

Biz həmin evi vərəsəlik qaydasında əldə etmişik və bu barəə bizə çıxarılış verilmişdir. Qarşı tərəf qərardan apellyasya şikayəti vermişdir. Bakə Apellyasiya Məhkəməsinin hakimi Ragib Gurbanov - işə qeyri -obyektiv yanaşaraq, Nəsimi Rayon Məhkəməsinin qanuni qətnaməsini ləğv etmişdir. Bununla hakim Ragib Gurbanov Azərbaycan Respublikası və Beynəlxalq Qanunlarla, Konvensiyalarla müdafiə olunan mülkiyyət hüquqlarımızı kobud surətdə pozmuşdur.
Bizi mülkiyyətçiləri ,faktiki olaraq mülkiyyət hüquqlarımızdan - evimizdən maneəsizistifadə, sərəncam ,sahiblik hüququmuzdan məhrum etmişdir.

Mülkiyyətçi kimi ,Milli Məclisə , millət vəkillərimizə işə ədalətli və qanun çərçivəsində baxılması üçün müraciət etdik .Müraciət əsasında ,millət vəkilləri Bakı Apellyasiya Məhkəməsinə rəsmi məktublar göndərmişdir.Lakin hakim Ragib Gurbanov hətta bunlara belə məhəl qoymamışdır. İşə qeyri - obyektiv yanaşmış,ədalətsiz qərar qəbul etmişdir.

Qeyd edək ki,hakim Ragib Qurbanovun təyinatı bilavasitə Milli Məclis tərəfindən verilmişdir.

Bildrimək istəyirik ki,bu hakim Ragib Qurbanovun qəbul etdiyi ədalətsiz qərarlardan yalnız biridir.Beləki,"Bütöv Azərbaycan " qəzetinin 16 dekabr 2016-cı il tarixli sayında " Ədalətə ümid edir" dlı məqalədə Rza Yusibovun və Rəfail Məmmədovların mülki işində də hakim Ragib Qurbanovun ədalətsiz qərar çıxardığı bildirilmişdir.

Hesab edirik ki, Məhkəmə Hüquq Şurasında hakim Ragib Qurbanovun çıxardığı ədalətsiz qərarlara baxılmalı ,vətəndaşların mülkiyyət hüquqlarını tapdalayan ədalətsiz hakim haqqında lazımı ciddi tədbirl görülməlidir.

Məqaləni hazırladı : Rəna Sələtdin qızı Hacıyeva










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”