Qarabag Media
Haqqımızda Əlaqə

Yusuf Akçura- Fundamental türkçülük


Tarix:30-10-2015, 23:04 Kateqoriya:Manşet / Tarix

Yusuf Akçura- Fundamental türkçülük“Avropaya inanmayınız, biz bütün insaniyyəti eyni haqqa sahib insan övladları hesab edirik”

Sitat: “Millət – irq və dil birliyi səbəbi ilə ictimai vicdanında da birlik olmuş insan topluluğudur”

Bu yazının qəhrəmanı tatar əsilli türk, 1876-cı ildə Rusiyanın Simbirsk şəhərində doğulmuş Yusuf Akçuradır. Çox imkanlı ailənin övladı olan Yusuf hələ uşaqkən atasını itirir. Akçuralar Simbirsk şəhərində və onun ətrafında olan bütün parça fabriklərinin sahibi idilər. Atası Həsən bəyin çuxa istehsal edən fabriklərini sadəcə bir müddət idarə edə bilən anası Bibi Qəmər Banu xanımın xəstəliyi ilə əlaqədar olaraq ailə 1883-cü ildə İstanbula köçür. Yusifin anası burada Dağıstanlı Osman bəylə evlənir. Osman bəyin Yusufun təhsilində və dünyagörüşünün formalaşmasında danılmaz rolu var. Orta məktəbi bitirdikdən sonra Akçura təhsilini hərbi məktəbdə davam etdirir. Bu dövr 20 yaşlı gəncin fikirlərinin formalaşmasında ən əhəmiyyətli dövr olur. Bir tərəfdən yeni-yeni formalaşan türkçülük hərəkatları, digər tərəfdən acgözlüklə oxuyub-araşdırdığı, müasiri olan milli düşüncə adamlarının əsərləri həyatının ana xəttinə çevriləcək türkçülük uğrunda savaşın əsasını qoyurdu. Təbii ki, onu bu istiqamətdə yönləndirənlərdən biri də əmisi qızı Zöhrənin həyat yoldaşı İsmayıl Bəy Qaspıralı idi. O, fransız dilinin öyrənilməsinə və Osmanlı tarixinə xüsusi önəm verirdi. Uzun zamanlar sonra Osmanlı tarixini bilməsi onun türkçülüklə bağlı əsərlərinin ərsəyə gəlməsində böyük rol oynayacaqdı.

Hərbi məktəbdə təhsil zamanı aktiv fəalliyyət göstərməsi o zamankı hakimiyyətin gözündən qaçmır, qısa zaman içində Akçura “Gənc türklər” hərəkatı ilə əlaqədə ittiham edilərək öncə ömürlük həbs cəzasına məhkum edilir, sonra İttihad və Tərəqqi Partiyasının apardığı danışıqlar nəticəsində Fizana sürgünə göndərilir. Bundan istifadə edən Yusuf bir dostu ilə birlikdə Parisə mühacirət edir, orda fəaliyyət göstərən “Gənc türklər” hərəkatına üzv yazılır. Eyni zamanda Paris Siyasi Elmlər Akademiyasına qəbul olur. 1903-cü ildə Osmanlı imperatorluğunun dövlət qurumlarının tarixinə dair “Bir təcrübə” adlı elmi işi ilə bu Akademiyanı üçüncülüklə bitirir.

Fransada təhsilini bitirdikdən sonra Türkiyəyə girişi qadağan olduğu üçün Rusiyaya qayıtmaq məcburiyyətində qalan Akçura, Kazanda pedoqoji fəaliyyətə başlayır. Eyni zamanda, “Kazan müxbiri” adlı qəzetin redaktoru olur. Türkçülüklə bağlı fəaliyyətlərini davam etdirən Yusuf bəy Rusiyadakı türklərin bir-birini tanıması üçün bioqrafik xarakterli bir yazı hazırlayır. Həmçinin Qahirədə dərc olunan “Şurayi-Ümmət” və “Türk” qəzetlərində imzasız xeyli məqaləsi dərc olunur. Bu müddətdə ikinci -“Üç tərzi siyasət” adlı əsərini ərsəyə gətirir. Rusiyadakı türklər arasında xeyli populyarlıq qazanan Akçura rus hökümətinin hədəfinə çevrilməmək üçün bu əsərini yenə Qahirədə dərc etdirməyə məcbur olur. Amma bu, Dumaya millət vəkilliyinə namizəd olan Akçuranı rus hökumətinin qəzəbindən qurtara bilmir. Yusuf bəy 1906-cı ildə həbs olunur.

1908-ci ildə həbsdən çıxan Akçura İkinci Məşrutiyyətin elanından sonra İstanbula qayıdır.
Yusif bəy İstanbulda müəllimlik fəaliyyəti ilə məşğul olur, İstanbul Universitetində və Mülkiyyə məktəbində siyasi tarix fənlərindən dərs deyir. Türkçülük nəzəriyyəsinin ayrı-ayrı istiqamətlərini araşdıran Akçura, “Türk Dərnəyi” və “Türk Ocağı” təşkilatlarının qurucularındandır. Belə ki, “Türk dərnəyi dərgisi”, sonra isə “Türk Yurdu” jurnalının buraxılmasına çalışan böyük türkçülər, nəhayət, 1911-ci ildə “Türk Yurdu Cəmiyyəti”ni qururlar. Cəmiyyətin idarəetməsində Məhəmməd Əmin Rəsulzadə, Yusuf Akçura, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Ziya Gökalp, Emin Yurdaqul kimi tanınmış simalar vardı. 1912-ci ildə Cəmiyyətin adı dəyişdirilib “Türk ocağı” qoyulur.

Y.Akçura “Türk Yurdu” jurnalının baş redaktoru olduğu dövrdə İlk Millət Məclisinə millət vəkili seçilir. 1934-cü ilə qədər Məclisdə İstanbulu təmsil edir. Ölümündən bir il öncə isə Qarsdan millət vəkili seçilir. 1932-ci ildən ölümünədək Türk Tarix Qurumu adlı dövlət təşkilatına rəhbərlik edir. Y.Akçura 1935-ci ildə ürək tutmasından dünyasını dəyişir və İstanbulun Ədirnəqapı şəhidliyində dəfn edilir.

Publisistikası

İstanbula köçdükdən sonra “Şərq məsələsinə dair tarixçi-siyasi qeydlər” (1920), “Müasir Avropada siyasi və ictimai fikir cərəyanları” (1923), “Siyasət və iqtisad haqqında bir neçə xitab və məqalə”, “Osmanlı imperatorluğunun dağılma dövrü” adlı əsərlərini yazır. “Türk ili” adlı iri həcmli əsərində türkçülük hərəkatının qaynaqlarını və inkişafını geniş araşdırır. Filologiya elmləri doktoru Aybəniz Kəngərlinin fikrincə, “XIX yüzilin sonu, XX yüzilin əvvəllərində türk milli təfəkkürünün inkişaf, təşəkkül və təkamül yolunu, türkçülük hərəkatını izləyən araşdırmaçılar bu adın üzərində dönə-dönə dayanmaq məcburiyyətindədirlər. Y.Akçura təkcə “Türkçülüyün tarixi”ni yazan şəxsiyyət deyil, həm də bu tarixi yaradan, öz xidmətləri, çalışmaları ilə türkçülük hərəkatının tarixində mühüm yer tutan türk böyüklərindəndir. Milliyyətcə Kazan tatarı olsa da, onun xidmətləri bütün türk xalqları, türk dünyası ilə bağlıdır. Bu səbəbdən də Akçuranın irsi bütün türk dünyasında öyrənilməlidir”.
Yuxarıda qeyd etdiyimiz kimi, Yusuf bəyin ilk yazısı Rusiya ilə Osmanlı türklərinin bir-birilərini tanıması məqsədilə yazdığı “Şəhabəddin Mərcani” adlı bioqrafiya xarakterli məqalədir. O, dayanmadan Rusiya türklərinin həyatını öyrənir, qohumu Qaspıralı ilə yanaşı, dövrün tanınmışlarından olan Qəyyum Nasiri, Şəhabəddin Həzrəti də araşdırırdı. O, türk millətinin xilasını türkçülük ideyalarının inkişaf etdirilməsində və yayılmasında görür, osmanlının çöküşü ilə türk millətinin dağılıb, yox olmasından qorxurdu. O, Avropada təhsil aldığı dövrdə Qərbin və qərblilərin Şərq və ümumiyyətlə, türk düşmənliyindən əmin olmuşdu. Dostları ilə müzakirələrdə Qərbin əlində bayraq elədiyi ədalət və insaniyyət barədə düşüncələrin səmimi olmadığından danışardı. Onları inandırmağa çalışardı ki, bütün bunlara güvənmək axmaqlıqdır. O deyirdi: “Avropalıların dünyaya hökm etmək üçün ortaya atdıqları irqçiliyin elmi əsası yoxdur. Biz bütün dünyada yaşayan insanları avropalılar kimi və onların səviyyəsində haqq-hüquqa sahib insan övladları hesab edirik”.

Yusuf Akçura Türk tarixi haqqında ilk elmi əsər yazan şəxs idi, həmçinin Akçuranın türkçülüklə bağlı fikirləri onun əsas əsəri hesab olunan, türkçülüyün manifesti sayılan “Üç tərzi-siyasət” də əks olunur. O, bu əsərdə Osmanlı dövlətinin çökməsindən sonra türklərin birlik və bərabərliyini qoruması üçün lazım olan üç əsas tövsiyəni, üç əsas xətti qələmə alıb. Bu əsər çoxlu mübahisələrə səbəb olsa da, müxtəlif qəzetlərdə o qədər çox əks arqument və dəstək yazıları verildi ki, bunun özünü də türkçülüyə xidmət adlandırmaq olar. Çünki o zamanlar ideologiyanın inkişafı üçün istənilən müzakirə məqbul sayılırdı və fikrin yayılmasına xidmət edirdi.
Xüsusi qeyd etmək lazımdır ki, osmançılıq, islamçılıq və türkçülük fikirlərinin qarşılıqlı müqayisəsini ilk dəfə Akçura aparıb və həmin müqayisə, məhz, bu əsərdə yer alıb. Akçura həmçinin müasirlik, islam və türkçülük fonunda islamın qabardılmasını uyğun bilməyən türkçülürəmizdəndir. Ziya Gökalpdan, Məhəmməd Əmin Rəsulzadədən fərqli olaraq o, bu fikrin qeyri-müsəlman türklərin kənarda qalmasına yol açdığını düşünürdü. Akçuranın millət tərifi beləydi: “Millət – irq və dil birliyi səbəbi ilə ictimai vicdanında da birlik olmuş insan topluluğudur”. Tərifdən də gördüyünüz kimi irq və dil birliyini əsas götürən Akçura mədəni və ictimai maraqları da önə çəkir. Amma Ziya Gökalpdan fərqli olaraq din faktorunu vurğulamır. Bu da Mustafa Kamal Atatürkün qurduğu sekulyar dövlət anlayışına daha yaxın düşüncələrdir və onunla paralellik təşkil edir.(dokkuziklim.net)

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı