Qarabag Media
Haqqımızda Əlaqə

Yeni investisiya fondu yaradılacaq

Tarix:19-12-2016, 15:48 Baxış Sayı:180 Kateqoriya:Manşet, İqtisadiyyat

Yeni investisiya fondu yaradılacaq Bu fondun yaradılması Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi ilə nəzərdə tutulub.

“Dövlət-özəl investisiya fondunun yaradılması ilə bağlı təhlillər İqtisadiyyat Nazirliyi tərəfindən aparılacaq. Yaradılması məqsədəuyğun hesab edildikdə, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, fondun strukturu, həcmi və fond vəsaitlərinin gələcək istifadəsinə nəzarət edən monitorinq mexanizminin yaradılması ilə bağlı təkliflər hazırlayacaq”, - deyə sənəddə vurğulanır.

Strategiyada qeyd edilir ki, Azərbaycanda kənd təsərrüfatının sürətli inkişafını təmin etmək üçün dövlət və özəl tərəfdaşlığı əsasında maraqlı tərəflərin inteqrasiyası stimullaşdırılmalıdır. Bu baxımdan, kənd təsərrüfatı məhsullarının emalı sektoruna özəl investisiyaların cəlb edilməsi və emal müəssisələri ilə kənd təsərrüfatı istehsalı sahələrini özündə birləşdirən kompleks layihələrin həyata keçirilməsi emal sənayesi sahələrinin dəyər zənciri boyunca əlaqəli şəkildə inkişaf etməsinə imkan yaratmaq zəruridir.

“Azərbaycanda kompleks dövlət-özəl tərəfdaşlığının yaradılması 3 dəstək mexanizmi (torpaq, infrastruktur və maliyyələşdirmə) əsasında stimullaşdırılacaq. Torpaq mexanizminin həyata keçirilməsi üçün yararlı torpaqların müəyyən edilməsi məqsədilə torpaq sahələri araşdırılacaq və əsas məhsulların istehsalı və emalı üçün nəzərdə tutulan dövlət torpaqlarının istifadəsi təmin ediləcək. İnfrastruktur mexanizmində inkişaf etmiş infrastruktura malik olan, o cümlədən nəqliyyat şəbəkəsinə, suvarma və elektrik enerjisi təchizatı sistemlərinə çıxışı olan ərazilərdə kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılması üçün torpaq sahələrinin təmin edilməsi nəzərdə tutulur. Maliyyələşdirmə mexanizmi Azərbaycanda ixrac potensiallı məhsulların istehsalının artırılmasına kapital qoymaq məqsədilə seçilmiş və prioritet təşkil edən sənaye sahələrində həyata keçirilən kompleks layihələrin maliyyələşdirilməsini nəzərdə tutur”, - deyə sənəddə deyilir.
Belə sənaye sahələrinin müəyyən edilməsindən sonra maliyyə vəsaitinin ayrılması üçün hüquqi normativ baza və maliyyə strukturu yaradılacaq, seçim meyarları, potensial layihələr müəyyən ediləcək, o cümlədən investisiya təşviqi sənədi (maliyyə- iqtisadi əsaslandırma daxil olmaqla) hazırlanacaq.

2017-ci ilin birinci yarısında dövlət-özəl tərəfdaşlığı üçün nəzərdə tutulan dəstək paketinin təsdiqlənməsi və 2017-ci ilin ikinci yarısında investisiya təşviqi sənədinin hazırlanması və investorların müzakirələrə dəvət edilməsi gözlənilir. 2018- ci ilin birinci yarısında ilkin müzakirələrdən sonra fəaliyyətin icra mərhələlərinin və indikatorların müəyyən edilməsi nəzərdə tutulur. “Müəyyənləşdirilmiş indikatorların əldə edilməsi üçün 2020-ci ilə kimi 15 genişmiqyaslı kompleks layihənin həyata keçirilməsinə şərait yaradılmalıdır. Bu layihələr üçün nəzərdə tutulan xammalın 40%-i həmin layihələr çərçivəsində yaradılmış yeni təsərrüfatlardan, qalan hissəsi isə yerli istehsalçılardan alınacaq. Bu prioritetin həyata keçirilməsi üçün tələb edilən investisiya məbləği 325 mln. manatdır. Tələb edilən investisiya 2020-ci ildə bu prioritet üzrə görülən tədbirlərin real ÜDM-ə ümumilikdə 130 mln. manat olacağı proqnozlaşdırılır. Nəticədə, 7,25 min yeni iş yerinin açılacağı gözlənilir”, - deyə Strategiyada vurğulanır./Marja/

Karabakhmedia.az

SON XƏBƏRLƏR
Tramp Səudiyyə Ərəbistanına yola düşüb
Yasəmən - ayrılığın adı
Boksçularımız İslamiadanı 7 medalla başa vurdu
ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasına dair bəyanat yayıblar
Mirşahinin qardaşı həbs edildi
Avropa Parlamentinin deputatları Azərbaycana səfər edəcək
"Surət Hüseynov demişdi ki, Laçını alsaq Elçibəyi devirə bilməyəcəm" - Sabiq qərargah rəisindən şok açıqlamalar
Azərbaycanın futbol üzrə milli komandası finala yüksəlib
25 ildir Laçını yuxularda görürük...
Azərbaycanın milli avtomobil brendinin dizaynı hazırlandı – FOTO
Laçının işğalından 25 il ötür
Ölümün ən gözəli də sənin oldu - Şəhid Milli Qəhrəmanımız yubiley yaşında...
Üzeyir bəyi sintezator çalmağa məcbur edənlər
And içdik ki, komandiri güllələyək
Ötərxan Eltac: TƏCİLİ ŞUŞANI QAYTAR, YOXSA...
Azərbaycan əhalisinin sayı açıqlanıb
Ərdoğan: “Türkiyə PYD/YPG-nin maraqlarını heç vaxt nəzərə almayacaq”
Prezident İlham Əliyev AXC-nin 100 illiyi ilə bağlı sərəncam imzaladı
Ölüm sevinməsin - Kimlər keçdi bu dünyadan
Azərbaycanı xaricdə necə tanıtmalı?
Bahar Muradova Zahid Oruca səsləndi: Bəlkə imkan verəsən danışaq?!
"Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki təkbaşına vasitəcilyindən də imtina etməliyik" – Politoloq
Şəhid Məzahir Bayramovun doğum günüdür
İdmançımız dördüncü qızıl medalını qazandı
Laçın - Qaragöl dövlət təbiət qoruğu - FOTO
Avropada Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlıq güclənir
Laçının işğalı ilə bağlı həqiqətlər - Laçın alayının sabiq qərargah rəisi danışır (MÜSAHİBƏ)
Yetimliyimizin 25 ili tamam olur!
Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçiriləcək
QHT İmişlidə Qarabağ müharibəsi iştirakçılarının iştirakı ilə tədbir keçirdi - FOTOLAR