Qarabag Media
Haqqımızda Əlaqə

Faiq Ələkbərli: `TURANIN PARLAYAN YENİ ULDUZU QAZAXISTANDIR!`


Tarix:17-12-2016, 00:55 Kateqoriya:Manşet / Türk dünyası

Faiq Ələkbərli: `TURANIN PARLAYAN YENİ ULDUZU QAZAXISTANDIR!`

“Bu gün Qazaxıstan Respublikasının Sovetlər Birliyinin tərkibindən çıxaraq dövlət müstəqilliyini bərpa etməsinin 25-ci illiyidir. Ötən 25 il ərzində Qazaxıstan Türkləri böyük bir yol keçmişlər. Şübhəsiz, Qazaxıstan türklərinin milli dirçəlişində, öz ayaq üstə durmalarında dövlət başçısı Nursultan Nazarbayev mühüm rol oynamşdır. Artıq Türk Dünyasının ağsaqqalı kimi şərəfli bir adı da daşıyan Nursultan Nazarbayev ötən 25 il ərzində Qazaxıstanın Rusiya təsirindən qurtulması üçün çox ciddi işlər görmüşdür”. Bu fikirləri Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə başqanının müavini, dosent, fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu) Qazaxıstanın Dövlət müstəqilliyi günüylə bağlı mətbuata verdiyi açıqlamasında səsləndirmişdir. Onun sözlərinə görə, Qazaxıstanın, Qazax türklərinin Rusiyanın iqtisadi, siyasi, mədəni, hərbi sahələrdəki təsirindən qurtulması üçün 25 illik bir mücadilə verən Nazarbayev böyük ölçüdə uğurlar əldə etmişdir: “Sovetlər Birliyi dönəmində əhalisinin az qala yarısını ruslar təşkil edən Qazaxıstan bu gün yenidən sözün həqiqi mənasında Qazax türklərinin dövlətinə çevrilmişdir. Eyni zamanda Qazaxıstanda rus dilinin təsiri xeyli dərəcədə azaldılaraq Qazax türkcəsinin dövlətin rəsmi dili kimi statusunu da gücləndirmişdir”.

Faiq Ələkbərli onu da bildirib ki, Nazarbayevin adıyla anılacaq 25 illik müstəqillik dönəmində Qazaxıstan Türk Dünyasının da mərkəzi halına gətirilmişdir: “Son 25 ildə Qazaxıstanda yeni milli universitetlər təsis olunmuşdur ki, həmin ali məktəblərdə bütün Türk ellərindən tələbələr təhsil almaqdadırlar. Üstəlik, Qazaxıstan bilim adamlarının elmi əsərlərində Türklük və Turançılıq ön plana gətirilmişdir. Turançılıq və Türkçülük ideyalarıyla fəxr edən, Alp Ər Tonqanın övladlarıyız deyən Qazax türkləri açıq şəkildə ifadə edirlər ki, Qazaxıstanın gələcəyini Türk Birliyində görürlər. Şübhəsiz, Qazaxıstan türklərinin Turan, Türklük ideyalarına bu qədər bağlılıqları, onları ön plana çəkmələri digər Türk xalqlarına da ciddi şəkildə təsir göstərməkdədir. Ona görə də, Qazaxıstanın yaxın illərdə yalnız Orta Asiyadakı Türk xalqları deyil, bütün Türk elləri arasında ön plana çıxacağına inanırıq. Hesab edirik ki, Qazaxıstan çağdaş dövrdə Turanın parlayan ulduzları arasında öz layiqli yerini tutacaqdır”.

Azərbaycan Türk aydını açıqlamasının sonunda Qazaxıstan türklərini müstəqillik günüylə bağlı bir daha təbrik etmişdir: “Qazaxıstan Cümhuriyyətini dövlət müstəqilliyinin bərpası günü münasibətilə təbrik edir, Türk Dünyasının liderinə çevrilməsi yolunda başarılar diləyirəm! Müstəqillik günün əbədi və qutlu olsun Qazaxıstanım!!!”

Doç.Dr. Faiq Ələkbərov










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”