Qarabag Media
Haqqımızda Əlaqə

Fərman Salmanlı yazır: "İdarəetmədə fizyonomiya elminə ehtiyac varmı"?


Tarix:16-12-2016, 00:03 Baxış Sayı:356 Kateqoriya:Manşet / Tibb

Fərman Salmanlı yazır: "İdarəetmədə fizyonomiya elminə ehtiyac varmı"?İdarəetmə prosesi idarəçinin təkcə tabeçiliyində olan şəxslərin fəaliyyətinə nəzarət və onların idarə edilməsi ilə məhdudlaşmır, idarəçilik fəaliyyət sahəsindən aslı olaraq cəmiyyət və fərdlərlə işləmək qabiliyyəti tələb edən mürəkkəb prosesdir. Bu prosesi idarə etmək və problemləri həll etmək üçün yüksək peşəkarlıq, xüsusi istedad və insanların psixologiyasını bilmək bacarığı tələb edilir.

İdarəçilikdə istər işçilərinin, istərsədə işlədiyin kütlənin ruh halini bilmək və qarşındakı hər kəsin xarakterinə uyğun davranmaq əsl ustalıq tələb edir.Qarşındakı insanın xarakterini, ruh halini və psixologiyasını bilmək üçün bir çox psixoloji vasitələr olsada ən təsirli və özünü doğruldmuş vasitələrdən biridə fizyonomiya elmidir.
Fizyonomiya bəzi mənbələrdə “fizyognomiya” adlanan bu elm sahəsi üz oxuma sənəti olmaqla yunanca physis-təbiyyət və gnomon-fikir və yaxud rəy mənasını verir. Fizyonomiya elminin inkişafı qədim Çinlə əlaqələndirilir və çinlilər insanın sifət quruluşuna görə onun həyatının uğurlu yaxud uğursuz olacağını müəyyən edə bilirdilər. Lakin fizyonomiya elminin inkişafı təkcə çinlilərlə məhdudlaşmır burada yunan, islam, orta əsr Avropa alimlərinin və müasir dövür alimlərinində rolunu xüsusi qeyd etmək lazımdır.
Qədim yunan alimləri Hippokrat, Aristotel və Plotonun əsərlərində fizyonomiya ilə əlaqədar məlumatlar əksini tapmışdır. Məsələn Aristotel insanın üz quruluşunu, alnını, baş quruluşunu, gözlərini, dərisinin rəngini, saçının rəngini, bədən hərəkətlərini, boyunu, baxışlarını və özünə məxsus xüsusiyyətlərini digər canlılarla müqayisə edərək heyvanlarla insanların oxşar xüsusiyyətlərinin olmasını vurğulamaqla yanaşı eyni zamanda insanın üz quruluşu ilə xarakteri arasında əlaqənin olması mümkünlüyünü qeyd edirdi.
Islam aləmində fizyonomoya “elmi Fərasət” və “elmi Sima” adlanmaqla gizli elmlər sırasında sayılırdı və bu elmdən yalnız sufi şeyxləri, böyük alimlər və xüsusi yetişdirilmiş dövlət xadimləri xəbərdar idilər. Əsası XIV əsrin sonu və XV əsrin əvvəllərində Fəzlullah Nəimi tərəfindən Azərbaycanda qoyulmuş Hürufilik təlimində insanın üz quruluşu haqqında qiymətli araşdırmalar aparılmışdır. Hürufilikdə insanın üzü kitabədir ifadəsi isə mövzunu bir qədərdə dərinə çəkərək mövzuya mistik çalarlar qatmışdır
İslam aləmində bu sahədə bir çox əsərlər və araşdırmalar mövcud olsada böyük sufi Ərzurumlu İbrahim Haqqının Mərifətnamə əsərini xüsusi qeyd etmək lazımdır.İbrahim Haqqı mərifətnamə əsərində fizyognomiya bölməsində insanın üz quruluşu və bədənin ayrı-ayrı əzaları ilə insanın xarakteri arasında əlaqə qurmağa çalışmışdır.
Orta əsr Avropa alimlərindən Giovanni Batissta Della Port təbiyyətin müəyyən qanunları və bəlli vücud formalarına görə insanların ruh hallarının öyrənilməsini mümkün sayırdı.
Fizyonominin inkişafı sahəsində Avropa alimlərinin ən önəmli araşdırmalar Johann Caspar Lavater tərəfindən aparılmışdır. Johann Caspar Lavaterə görə insanın üzündə mövcud olan göz, qaş, alın, çənə, dodaq, yanaq, qulaq, burun və digər üzvlər istər ayrı-ayrılıqda istərsədə birlikdə psixoloji mənalar daşıyır və insan şəxsiyyətinin anlaşılmasında mühüm rola malikdirlər.
Fizyonomoya elminin təməlini insan üzünün “5 həyat cizgisi” və “üzün 3 hissəsi” təşkil edir.
Üzün həyat cizgiləri aşağıdakılardır:
1. Qaşlar.
2. Gozlər.
3. Qulaqlar.
4. Burun.
5. Ağız.
Fizyonomiya elminə görə insanın üzünün “3 hissəsi” aşağıdakılardır:
1. Üst yəni saçlardan qaşlara qədər olan alın hissəsi. Bu bölgə insan bədəninin və ruhunun durumunu ifadə edir.
2. Orta yəni qaşlardan buruna qədər olan hissə. Bu bölgəni tədqiq edərək insanın psixoloji durumunu müəyyən etmək mümkündür.
3. Aşağı yəni burundan çənənin altına qədər olan hissə. Bu bölgə insanın xarakerini oxumağa imkan verir.
Fizyonomiya elminə görə insanın alın bölgəsi fiziki quruluşuna görə üç hissəyə bölünür.
1. Alının hər iki kənarları birinci hissəsidir və alının bu hissəsinin daha qabarıq olması şəxsin güclü yaddaşı olmasına dəlalət edir.
2. Alının ikinci hissəsi hər iki tərəfdəki birinci hissədən ortaya doğru olan bölgələrdir ki, bu bölgələrinin daha qabarıq olması şəxsin düşünmə gücünə dəlalət edir.
3. Alının üçüncü hissəsi tən orta hissəsidir ki, bu hissənin daha çox qabarıq olması insanın yaradıcılıq qabiliyyətinin güclü olmasına dəlalət edir.
Müasir dövrümüzdə fizyonomi sahəsində dərin araşdırmalar aparılmaqda və fizyonominin elmi əsaslarının subut olunması sahəsində təcrübələr davam etməkdədir. Araşdırmaların əsasını fizyonominin falçılıq və gələcəkdən xəbər vermə vasitəsi deyil insan üzünün oxunmasının elmi xüsusiyyətlərinin subut edilməsi təşkil edir.
Artıq dünyanın böyük biznes quruluşlarında namizədlərin işə qəbul zamanı üz oxuma mərhələsindən keçirildikləri və fizyonomiya sahəsində mütəxəssislərin təcrübələrindən istifadə edildiyi məlumdur. General Elektrik və American Airlines kimi nəhənglərin üz oxuma xidmətlərindən istifadə etdikərini və bu sahədə xüsusi daxili kursların təşkil edilməsini nümunə kimi göstərmək olar.
Bu metoddan istifadə təkcə biznes quruluşları ilə məhdudlaşmır və artıq dünyanın əksər dövlətlərində polis, xüsusi xidmət orqanları, psixoloji araşdırmalar sahəsində, idarəçlik və digər sahələrdə insanları tanıma və xarakterlərinin analiz edilməsində istifadə edilir.
Maraqlıdır ki, Amerikada idarəçilərin işə qəbulu zamanı namizədlər seçilərkən fizyonomi mütəxəssisləri tərəfindən namizədlərin yandan və qarşıdan olmaqla sifət cizgilərini aydın ifadə edən müxtəlif formalarda şəkilləri fizyonomi testlərlə incələnərək onların işə qəbulu haqqında qərar verilir.
Üz oxuma elminə görə insan üzünün cizgiləri və baxışları insanın müxtəlif qabiliyyət və bacarıqları haqqında fikir irəli sürülməsinə imkan verir. Buraya həmən insanın zehni inkişafı, yaradıcılıq qabiliyyəti, idarəçilik qabiliyyəti, ünsiyyətcil olması, düz danışan və yaxud yalana meyilli olması, duyğusallığı, xəsisliyi, xəstəlikləri, mübarizliyi və digər xarakterik xüsusiyyətlərinin üzə çıxarılmasını əlavə etmək olar.
Eyni zamanda şəxsin həyatında baş vermiş hər cür fiziki və psixoloji hadisələr və yaşadığı sıxıntılar insanın üz cizgilərinin formalaşmasına təsir edir ki, bunlarda fizyonomi mütəxəssislərinin gözündən yayınmır və həmən şəxs barəsində gəlinən nəticələrdə öz əksini tapır.
Təbii ki, bu gün fizyonomiyadan təkcə dövlət idarəçiliyi və biznes sahəsində istifadə edilmir. Bu elimdən tarixin böyük şəxsiyyətlərinin portret və heykəlləri tədqiq edilərək həmən şəxslərin xarakterlərinin oxunmasında istifadə edilir.
Fizyonomiyanın bu qədər əhəmiyyətli elm sahəsi olması ondan istifadənin zəruriliyini sübut edir. Azərbaycanda fizyonomiya elminin inkişafı və yerli mütəxəssislərin yetişməsi müxtəlif dövlət qurumlarının fəaliyyətinin dahada effektiv olmasına, yerli özünüidaretməni həyata keçirən bələdiyyələrin fəaliyyətnin daha səmərəli təşkilinə və yerli şirkətlərin biznes fəaliyyətlərində uğur qazanmalarına böyük tövhələr verə bilər.

Hökməli bələdiyyəsinin sədr müavini:
Fərman Salmanlı




loading...




SON XƏBƏRLƏR
Əfsanə Laçın beynəlxalq müsabiqənin finalına yüksəldi
Madridin “Atletiko” klubu Bakıya gəlib
Con Makkeyn İraq hökumətini səhv etməməyə çağırıb
Kərkük azad edildi - VİDEO
"Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun" - Sarkisyan
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv mühitdə keçib - BƏYANAT
Macarıstanda Türkiyə və Azərbaycanlı iş adamları bir araya gəldi - FOTO
Türkiyə Bərzani ailəsini ingilislərdən necə XİLAS ETDİ? - 85 illik MƏXFİ SƏNƏD AÇILDI
II Türk Dünyası Sənədli Filmlər Festivalı Bakıda
Dünya Azərbaycanlıları Konqresi Rusiyaya müraciət edib - MƏTN
Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
Nigeriyada yaşayan azərbaycanlı xanım Afrikanın ən varlı adamına Azərbaycandan danışdı
İranın pilotsuz təyyarələri İŞİD-in mövqelərini darmadağın etdi - VİDEO
Soornbay Jeenbekov Qırğızıstanın yeni prezidenti seçilib
Milli Ordumuzun ilk “Qarabağ əməliyyatı”
Rəsmi Bakı ATƏT-in Minsk Qrupundan ciddi bir təşəbbüs gözləmir
Uşaqlarımızı Aşuradan yox, mənəviyyatsızlıqdan qoruyaq!..
İstanbulda uzun gecə...
Müşviq Mədətovun həyatına yeni sui-qəsd təhlükəsi? – TƏFƏRRÜATLAR
Rəsulzadə dövlətimizə Azərbaycan adını verməklə, böyük Türk dövlətinin qurulmasını hədəfləmişdir
Xızıda 243 partlamamış hərbi sursat tapılıb
Əliağa Vahidin Mircəfər Bağırova yazdığı məktub - ARAŞDIRMA
ADA Universiteti və BAMF “Qarabağ” layihəsi həyata keçirəcək
Gecələdiyi avtobusda ölüsü tapılan aktyor - FOTOLAR
Türklərin döyüş fəlsəfəsi - onlar niyə, nə üçün savaşarlar? - ARAŞDIRMA
Hökməli kəndində “Sufi Həmid” qədəmgahları
Azərbaycan alimi Qazaxıstanda keçiriləcək 7-ci Beynəlxalq Türkoloji Konqresə dəvət alıb
"Ermənilər alçaq və rəzil bir qul tayfasıdı" - Professor Ələddin Allahverdiyev
Terrorizm - dünyaya bəxş edilən “demokratiya”
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi