Qarabag Media
Haqqımızda Əlaqə

BU GÜN GÜNEY AZƏRBAYCAN MİLLİ HÖKÜMƏTİ -21 AZƏR HƏRƏKATININ İLDÖNÜMÜDÜR.


Tarix:12-12-2016, 20:30 Kateqoriya:Manşet / Tarix

BU GÜN GÜNEY AZƏRBAYCAN MİLLİ HÖKÜMƏTİ -21 AZƏR HƏRƏKATININ İLDÖNÜMÜDÜR.
Azərbaycan Milli Hökuməti və ya 21 Azər Hərəkatı — 1945-ci ilin noyabr ayından 1946-cı ilin noyabr ayına qədər
Azərbaycanın güneyində Azərbaycan türklərinin apardığı uzun illik milli-azadlıq hərəkatının təbii yekunu kimi qiymətləndirilir. Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılan 21 Azər hərəkatı 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Hökümətinin qurulması ilə nəticələndi. Ona görə də tarixi-siyasi ədəbiyyatda Azərbaycan Milli Höküməti 21 Azər hərəkatı adı ilə tanınmaqdadır.

Güney Azərbaycanda fəaliyyət göstərmiş hökümətdir. Paytaxtı Təbriz şəhəri olmuşdur. Cəmi bir il mövcud olmasına baxmayaraq, Azərbaycan Milli Hökuməti tarixdə ilk dəfə Güney Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdi olmuşdur.

Həmin dönəmdə İran mərkəzi höküməti Azərbaycan Milli Höküməti ilə imzaladığı anlaşmalarla bu muxtar dövləti rəsmən tanınmış olsa belə, eyni il içərisində Pəhləvi fars dövləti ordusu Azərbaycana hücum etmiş və Milli Hökümət İran fars rejiminin əlilə 12 dekabr 1946-cı ildə süquta uğradılmlşdı.
Azərbaycanın işğalının ardından minlərcə Azərbaycan türkü ya qətl edilmiş, ya da sürgünə göndərilmişdir.

Azərbaycan Milli hökümətinin qurucuları Seyid Cəfər Pişəvəri başda olmaqla böyük işgəncələrə məruz qalmışlar. S.C.Pişəvəri 1947-ci ilin iyul ayının 11-də Yevlax şəhəri yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak olmuşdur. Hökümətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam olunmuş, maarif naziri Məhəmməd Biriya sovet siyasi - rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanılmışdır. Milli Hökümətin digər qurucları da həbs və sürgünlərə göndərilmiş, ağır mühacirət həyatı yaşamağa məcbur olmuşlar. Lakin onların Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti yolunda apardığı mübarizə adlarını tarixə ədəbi olaraq yazmışdır. Azərbaycan Milli Hökümətinin ömrü uzun olmasa da, bu hökümətin yaranması və fəaliyyəti Azərbaycanın güneyində milli-azadlıq hərəkatının sonrakı mərhələdə inkişafına ciddi təkan vermişdir. Bu gün istər güneydə, istərsə də dünyanın müxtəlif ölkələrində gedən azadlıq hərəkatının əsas ideya qaynaqlarından biri məhz Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulmuş Azərbaycan Milli Hökümətidir.

Hökumət üzvüləri:
1) Baş nazir-Seyid Cəfər Pişəvəri;
2) Daxili İşlər naziri-Salamulla Cavid;
3) Xalq qoşunları naziri-Cəfər Kavian;
4) Kənd təsərrüfatı naziri-doktor Mehtaş;
5) Maarif naziri-Məhəmməd Biriya;
6) Səhiyyə naziri- doktor Urəngi;
7) Maliyyə naziri- Qulamrza İlhami;
8) Ədliyyə naziri-Yusif Əzima;
9) Poçt-teleqraf naziri-Mirzə Rəbi Kəbiri;
10) Ticarət və İqtisad naziri-Rza Rəsuli;
11) Ali Məhkəmənin sədri-Zeynalabidin Qiyami;
12) Baş prokuror-Firudin İbrahimi.










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”