Qarabag Media
Haqqımızda Əlaqə

Çeşmə dəniz döyüşü, Krıma gedən yol

Tarix:11-12-2016, 09:29 Baxış Sayı:285 Kateqoriya:Manşet, Tarix

Çeşmə dəniz döyüşü, Krıma gedən yol

1768-ci ildə osmanlı-rus müharibəsinin başlanğıcında Rusiyanın Qara dənizdə 6 gəmisi var idi. Rus donanmasının böyük bir hissəsi Baltik dənizində idi. 1769-cu ilin noyabr ayında Rusiya Baltik dənizindəki donanmasından iki flot gəmini dəyişik rotalarla Atlantik okeanı və Cəbəllütariq boğazı vasitəsilə Aralıq dənizinə göndərdi. Rus donanmasının komandirliyini Qraf Aleksey Grigoryeviç Orlov boynuna götürmüşdü. Məqsəd Osmanlı dövlətini zəiflətmək üçün Mora yarımadasındakı yunanların üsyanını qızışdırmaq və Rusiya meyilli bir yunan dövləti qurulmasını təmin etmək idi. 50 rus əsgərinin köməyi ilə Mani bölgəsindəki yunanların üsyanı baş verdi, amma üsyan bütün Yunanıstana yayılmadan osmanlılar tərəfindən yatırıldı. Bu üsyana tarixdə Orlov üsyanı da deyirlər. Bu üsyan yunan xalqı tərəfindən istiqlaliyyət mücadiləsinin ilkin qığılcımı olaraq anılır.

Rus və osmanlı filotlarının qarşı-qarşıya gəlməsi

Osmanlı donanmasının Egey dənizinə doğru irəlilədiyindən xəbər tutan iki rus flotu Aralıq dənizində Osmanlı donanmasını axtarmaq üçün göndərildi. İki flotun komandirləri rus Admiral Qriqori Spiridov və ingilis məsləhətçi Admiral John Elphinstone idi. Bu iki Rus flotuna 21 ədəd gəmi daxil idi. Osmanlı donanması üç sırada düzülmüşdü. Birinci sırada 70-100 toplu 10 kalyon dayanırdı. Bunlardan şimalda dördüncü kalyonda şəxsən Osmanlı donanmasının komandiri Kaptanpaşa Mandalzade Hüsameddin Paşanın özü rəhbərlik edirdi.

1770-ci ilin iyul ayında tərəflər arasında Çeşmə döyüşü baş verdi. Döyüş, iyulun 6-da Osmanlı donanmasının günorta atəş açıb döyüşə başlaması ilə start verildi. Rus flotları da dərhal qarşı tərəfə atəş açdılar. Böyük rus kalyonları planlanan taktika sırasını qoruya bilmədilər. Yevropa Rostislavın arxasında qaldı, Treç Svyatitelayi Osmanlı kalyonu ətrafında döndükdən sonra səhvən Treç İerarxov tərəfindən atəşə məruz qaldı. Daha sonra isə çox çətinliklə ancaq taktika sırasına geri dönə bildi.

Çox keçmədən Osmanlı donanmasının sol yanında dayanan Cəzairli Həsən bəy əmrindəki “Bürcü Zəfər” üç-anbarlı kalyonu ilə rus admiralı Spiritov əmrindəki “Sv. Evstafii” üç-anbarlı kalyonu arasında qarşıdurma başladı. “Bürcü Zəfər”-in üzərinə gələn “Sv. Evstafii” böyük kalyonuna güllə yağdıraraq kalyonun sükanını parçaladı. Rus kalyonu “Bürcü Zəfər” kalyonunun üzərinə gələrək ona söykəndi və iki kalyon bir-birinə yanaşı dayandı. Həsən bəy 30 adam ilə dərhal rus kalyonuna keçdi, lakin yaralanaraq öz kalyonuna geri dönmək məcburiyyətində qaldı. Qarşıdurmada rus kalyonunun silah-sürsat bazasına atəş açılır. Yanğın o qədər şiddətli olur ki, “Bürcü Zəfər” kalyonuna da keçir və hər iki kalyon yanaraq batır. Gəmisini itirən yaralı Həsən bəy dənizdən üzə-üzə sahilə çıxmağı bacarır. Rus kalyonu “Sv. Evstafii”-dən isə flot komandiri Aleski Orlovun qardaşı Feodor Orlov, kalyon kapitanı Kruse, bəzi süvarilər və ona qədər əsgər canlarını qurtara bildilər. İngilis qaynaqları isə “Bürcü Zəfər”-də yanğın çıxdığını, gəminin ana dirəyinin qırılaraq “Sv. Evstafii” üzərinə düşməsi nəticəsində gəmidə böyük partlayış baş verdiyini və bunun da gəmilərin batmasına səbəb olduğunu bildirirlər. Döyüş təxminən günorta saat 2-də sona çatdı.

Osmanlı donanması axşam qaranlığından faydalandı. Əvvəl Rodos bayraq bəyi Cəfər Bəy flotu və sonra da digər Osmanlı gəmiləri cənuba Çeşmə körfəzinə çəkildi. Burada 8 böyük kalyondan müdafiə etmə sırası və digər gəmilərdən 2 sıra quraraq gözləməyə başladılar. Osmanlı gəmiləri Çeşmə qalası qarşısında manevr edə bilməyəcək bir şəkildə yan-yana zəncirlənmişdi. Yaralı olan Cəzairli Həsən bəy kapitani-dərya Hüsaməddin Paşaya bu vəziyyətin təhlükəli olduğunu bildirdisə də, kapitan paşa körfəz ağızına və qala ilə sahil arasına qoyulan quru toplarının donanmanı qoruya biləcəyini söyləyib bu tövsiyələri qəbul etmədi.

6 iyuldan 7 iyula keçən gecə rus flotu 00:30-da hərəkətə keçdi. İngilis admiralı Griegin əmrində 4 kalyon və 2 firkateyn və 1 humbara gəmisi qaranlıqdan faydalanaraq Çeşmə körfəzinin girişində keşik tutan 4 Osmanlı kalyonu üzərinə top atəşi açıb hücuma keçdi. Bu müdafiə etmə qarışıqlığı içində növbətçi Osmanlı kalyonları körfəzə girişləri idarə edə bilmirdilər. İngilis admiralının planı ilə rus flotu 4 atəş gəmisi hazırlamışdı. Bu atəş gəmisi flotuna bir ingilis gəmi rəhbərlik edirdi. Körfəz girişində top tüstüləri və qarşıdurmalar arasında bu 4 gəmidən ibarət olan atəş gəmisi flotu limana girməyi bacardı. Flotun kapitanı atəş gəmisinin birini öz əliylə zəncirli formada dayanan Osmanlı gəmilərinin birinə bağladı. Hücum edən Rus gəmiləri humbara və yağlı paçavara ilə dolu top atəşiylə atəş gəmilərində yanğın törətdilər. Əvvəlcə osmanlıların təkcə bir kalyonu yanmağa başladı. Amma gəmilər üst-üstə və manevr edə bilməyəcək şəkildə dayandıqlarından bu yanğın digər Osmanlı gəmilərinə də dərhal keçdi. Saat 2:00-da artıq iki Osmanlı gəmisi batmışdı, digərlərini isə yanğın götürmüşdü. Gecə saat 4-də Osmanlılar daha yanğın çıxmamış olan iki böyük üç-anbarlı kalyonu qurtarmaq üçün kömək etməyə göndərdilər. Amma bu kalyonlardan biri sahilə çəkilməkdə ikən yanmağa başlayıb batdı. Digərləri, yəni Rodos kalyonu və 5 kadirga isə yanmadılarsa da rusların əllərinə keçdi. Səhər saat 8:00-da döyüş tamamilə sona çatdı.

Döyüş bitdikdən sonra 11 min civarında Osmanlı dənizçisi ölmüşdü. Rusların itkiləri isə 700 nəfər civarında idi. Kaptani-Dərya Hüsaməddin Paşa vəzifəsindən uzaqlaşdırıldı. Yerinə Cəzairli Həsən Paşa gətirildi.

Çeşmə dəniz döyüşü osmanlıların İnebahtı döyüşündən sonra dənizlərdə aldığı ən böyük məğlubiyyət hesab olunur. Osmanlı dövləti bu döyüşdən sonra bir müddət effektiv donanmasız qaldı.

Osmanlı-rus müharibəsinin 1774-cü ildə bitməsinə qədər rus donanması Çeşmə limanını dəfələrlə geri gələrək top atəşinə tutdu.

Çeşmə dəniz döyüşü, Krıma gedən yol Qısa bir müddət sonra bağlanan Küçük Kaynarca müqaviləsi ilə Rusiya Krımı ələ keçirdi. Osmanlı dövləti bununla da Qaradənizi Ruslarla paylaşmaq vəziyyətində qaldı.

Rəhim Xoyski

SON XƏBƏRLƏR
AZƏRİ yoxsa Türk!!! - FOTO/SƏNƏD
Cümhuriyyət öz xilaskarını həbsdən necə qaçırdı? - İLGİNC HEKAYƏT
Xalq artisti Qəndab Quliyeva vəfat etdi
Bakının "Formula 1"-lə əlaqədar bağlanan mərkəzi küçələri bu axşam açılacaq
GENERAL ƏLİAĞA ŞIXLİNSKİ VƏ QARABAĞ SAVAŞI
40 minlik ordunun əli süpürgəli generalı – Səməd Bəy Mehmandarov
Ordumuz gerçək zəfərini yalnız işğal altındakı torpaqlara ayaq basacağı gün qeyd edə bilər
M.Ə.Sabir və sosial azadlıq məsələsi
Azərbaycan Silahlı Qüvvələr gününü qeyd edir
YENİ NƏSLİ NECƏ YETİŞDİRMƏLİ?!
Lent.az-ın 9 yaşı tamam oldu
“Bölgələrdən səslər-3” toplusu çap edilib
Ərdoğan bayram namazında huşunu itirdi
Azərbaycan xalqının mədəniyyətinin nüvəsində Türk mədəniyyəti, adət-ənənələri dayanır
Pakistanda terror: ölənlərin sayı 73-ə çatıb
Şah İsmayıl Xətainin bilinməyən sirli tərəfi
İŞİD-in daha bir rəsmisi məhv edildi
“Qarabağ” Ukrayna “Şaxtyor”unun qapıçısını transfer edib
Əbülfəz Elçibəyin doğum günüdür
"Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir" - Ərdoğan
"Kürdlər dövləti qursalar, onu yaşada biləcəklərmi?” - Türkiyə prezidentinin baş müşaviri
Berluskoni: Trampın arvadını çox bəyənirəm
Nazir həkimlərlə bağlı yeni əmr imzaladı
Şirvanda revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodu açılıb - FOTO
"Eldar Mahmudov bütün günü restoranlarda gəzir. Niyə məhkəməyə gətirilmir?" - Zərərçəkmiş Maqsud Mahmudov
Jurnalistlər üçün üçüncü binanın təməli qazılmağa başladı
Azərbaycan ordusunun şərəfinə yeni medal təsis olunur - FOTO
Şəhid Elnur Əliyevin həyatından bəhs edən bədii-sənədli film çəkilir
Azərbaycanda boşanmaların sayı artıb
Azərbaycanda ət bahalaşır – QOYUNLAR ƏRƏB ÖLKƏLƏRİNƏ SATILIR?