Qarabag Media
Haqqımızda Əlaqə

Közhan Yazqan: `Fəaliyyətimizlə bütün türk gənclərinə bu birliyi göstərmək istəyirik`


Tarix:9-12-2016, 23:41 Baxış Sayı:388 Kateqoriya:Manşet / Türk dünyası / Müsahibə

Közhan Yazqan: `Fəaliyyətimizlə bütün türk gənclərinə bu birliyi göstərmək istəyirik` "Azərbaycan türk dünyasına liderlik edəcək bir gücə malik, bu istiqamıtdə önəmli rol oynaya biləcək bir ölkədir"

Bu günlərdə vəfatının dördüncü ildönümü qeyd edilən Turan Yazqanın bir zamanlar təsis etdiyi Türk Dünyası Araşdırmalar Vəqfi bu gün də öz uğurlu fəaliyyətini davam etdirir. Vəqfin qarşıdakı planları, nəzərdə tutulan layihələr, eləcə də qurumun yaxın gələcəkdə Azərbaycanla əlaqədar ideyaları ilə bağlı Türk Dünyası Araşdırmalar Vəqfinin sədri Közhan Yazqanla söhbətləşdik. Müsahibədə Közhan Yazqan Bakı ilə yanaşı bir sıra bölgələrdə də lisey açmaq barədə düşünüldüyünü vurğulayıb.

-Közhan bəy, bu günlərdə Türk dünyasının sevdalısı, Türk Dünyası Araşdırmalar Vəqfinin qurucusu Turan Yazqanın vəfatının dördüncü ildönümü qeyd edildi. Turan Yazqanı anma törənində neçə ölkədən nümayəndə iştirak edirdi?

-Türk coğrafiyasının müxtəlif bölgələrindən olan qonaqlarımız Turan Yazqanı anma proqramında iştirak etdilər. Turan Yazqanın anma proqramında Azərbaycandan, Qaqauz Elindən, Makedoniyadan, Macarıstan, Qazaxıstan, Tatarıstan və Qırğızıstandan qonaqlarımız vardı. Turan Yazqanın vəfatının dördüncü ildönümü ilə bağlı keçirilən tədbirə təşrif buyurmuş hər kəsə ailəm və Türl Dünyası Araşdırmalar Vəqfi adından dərin təşəkkür ifadə edirəm. Turan Yazqanın vəfatının dördüncü ilində də onun yoxluğunu hiss edirik. Turan Yazqan həyatı boyunca milləti üçün çalışdı. O, həyatını türklüyə, türk dünyasına və türkə dair nə varsa ona həsr etdi. O, hər zaman türk millətinin alnıaçıq, başının dik olması üçün çalışdı. Bu məqsədlə qurduğu və 32 il rəhbərlik etdiyi Türk Dünyası Araşdırmalar Vəqfi onun bizə buraxdığı ən böyük əmanətdir. Turan Yazqan İsmayıl Qaspıralının dildə, fikirdə, işdə birlik ideyasını və ulu öndər Mustafa Kamal Atatürkün "Türk birliyinə inanır və onu görürəm" sözlərini özünə bayraq edərək mücadiləsini bu mərkəzdə həyata keçirib.

-Turan Yazqanın hər zaman arzuladığı, həyata keçirməyə çalışdığı Turan Birliyi bu gün də öz aktuallığını qoruyub saxlayır. Bəs, bu istiqamətdə hansı işlər görülür?

-Turan Birliyi atamın arzuladığı bir ideya olmaqla yanaşı həmçinin Mustafa Kamal Atatürkün türk gənclərinə bir nəsihəti idi. Ulu öndərimiz Atatürk türk birliyinə inanır və onu görürəm demişdi. Turan Yazqan da bunu vəsiyyət olaraq qəbul etmişdi. Bu mənada atamın fikri belə idi ki, Atatürkün gördüyü türk birliyini hər bir tük gənci mütləq görməlidir. Bu istiqamətdə də çalışmalıyıq. Türk Dünyası Araşdırmaları Vəqfi də bu istiqamətdə çalışmaqdadır. Fəaliyyətimizlə bütün türk gənclərinə bu birliyi göstərmək istəyirik. Təbii ki, bu günümüzdə anladığımız bayraq birliyi deyil. Eyni zamanda mədəni, iqtisadi birlikdir. Yəni, İsmayıl Qaspıralının dediyi kimi dildə, fikirdə, işdə birlikdir. Bu idealla da mərhum Turan Yazqan vəqfi bizlərə əmanət etdi.

-Bəs qeyd etdiyiniz birliyin reallaşması üçün bir irəliləyiş varmı?

-Əlbəttə. Çox gözəl təməllər atılıb, bunu görürük. Ən azından biz hər il Türk dünyasının gənclərini bir araya gətiririk və bundan qürur hissi keçiririk. Bu istiqamətdə başladığımız işlər davam edir və bundan sonra da davam edəcək.

-Bəs bu işdə sizlərə dəstək göstərilirmi?

-Əkbəttə ki, könül dəstəyi var. Amma qət edəcəyimiz yol çoxdur. Ona görə də bunu dövlət siyasəti halına gətirmək lazımdır. Bu halda böyük enerji sərf edərək uğurlu nəticələr əldə edə bilərik. Bu gün bu birliyə ehtiyac var. Turan hocamızın da dediyi kimi günümüzdə bütün dünyanın iqtisadi, yeraltı qaynaqları türk coğrafiyasındadır. Ona görə də türk coğrafiyasına bəxş edilən qaynaqlar ilk olaraq türklər tərəfindən istifadə edilməlidir.

-Turan Yazqanın Azərbaycan üçün ən böyük bir əmanəti Bakı Atatürk Liseyi idi. Yaxın gələcəkdə Bakı Atatürk Liseyi ilə bağlı hansısa addımların atılması, yeniliklərin edilməsi gözlənilirmi?

-Bakı Atatürk Liseyi örnək təhsil müəssisəsi kimi Azərbaycanda fəaliyyətini hər zaman davam etdirəcək. Türk Dünyası Araşdırmalar Vəqfinin durumundan asılı olmayaraq bu lisey yaşamağa davam edəcək. Ən böyük məqsəd və hədəfimiz Atatürk liseyi kimi məktəbləri türk coğrafiyasında yaymaqdır. Uşaqlara dildə, fikirdə, işdə birlik ideyalarını çatdıran məktəblərin yayılması çox önəmlidir. Bakı Atatürk Liseyinin mərhum müdiri Əli Devrimlə bir çox planlar üzərində işləyirdik. Fərqli bölgələrdə fərqli fəaliyyətlər həyata keçirəcəkdik. Əli bəyin ruhunun şad olması üçün bu işləri həyata keçirəcəyik.

-Belə başa düşdüm ki, Türk Dünyası Araşdırmalar Vəqfinin Azərbaycan ərazisində yeni məktəblər açmaq planı gündəmdədir?

-Bəli, Türk Dünyası Araşdırmalar Vəqfinin Azərbaycan ərazisində yeni məktəblər açmaq planı gündəmdədir. Hətta Əli bəylə Azərbaycanın müxtəlif ərazilərində bölgə liseylərinin açılması planı üzərində də işləyirdik. İnşallah bu ideyanı da gerçəkləşdirərik. Yəni, mərkəzlə yanaşı, mərkəzə yaxın bölgələrdə də yatılı liseylər açmaq barədə düşünürük.

-Səhv etmirəmsə Bakı Atatürk Liseyi ilə Türk Dünyası Araşdırmalar Vəqdinin Türkiyə ərazisində fəaliyyət göstərən liseylərin biri ilə qardaşlaşması layihəsi də nəzərdə tutulurdu.

-Bəli. Bu bir ideal məsələsidir və hər zaman bizim idealımızdır. Zamanında bunlar da gerçəkləşəcək. İspartada fəaliyyət göstərən Turan Yazqan liseyi ilə qardaşlıq əlaqələri quruldu və gediş-gəliş başlayacaq. Həmçinin Əli Devrimin müdir oluğu dönəmdə Aydındakı bir məktəblə əlaqələrin qurulması nəzərdə tutulurdu. Onlarla da əlaqələr qurulacaq. Yəni bu işlərdə axsama olmaz. Bakıdakı Atatürk Liseyindəki ən böyük sıxıntımız bina ilə bağlıdır. Liseyin binası kiçik olduğu üçün ikinövbəli dərs keçməli oluruq.

-Közhan bəy, Azərbaycanın bu günkü inkişafı, tutduğu mövqe sizdə hansı təssüratı yaradır?

-Müstəqilliyinin 25 ilini yaşayan Azərbaycanın son 10 ildən artıq müddətdə əldə etdiyi nailiyyətlərə nəzər saldıqda belə qənaətə gəlmək mümkündür ki, Azərbaycan türk dünyasına liderlik edəcək bir gücə malik, bu istiqamıtdə önəmli rol oynaya biləcək bir ölkədir. İnşallah Azərbaycan Türk dünyasının parlayan ulduzu olmağa davam edəcək.

Suleyman




loading...




SON XƏBƏRLƏR
"Hakim yanlış qərar verdi” - Qurban Qurbanov
“Qarabağ” ÇL-in qrupunda xal qazanan ilk Azərbaycan klubu olub - VİDEO
Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ
Avtomobillərin dövlət qeydiyyat nişanlarının standartı açıqlanıb
Azərbaycanda nümunəvi çimərlik yaradılacaq
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur
Avstriyanın ATƏT-dəki sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəyanat yayıb
İranda İsmayılizm təriqətinin yaranması
"Azarkeşlərin sayından asılı olmayaraq, biz Azərbaycanı təmsil edirik" - Qurban Qurbanov
SEVGİ TOYA GEDƏNDƏ BƏZƏNƏN ADAM KİMİ AŞİQİ TƏZƏLƏYİR
Tarix dərsliklərimizdə “erməni barmağı” nazirlikdən və Tarix İnstitutundan güclü imiş – bu da bir fakt…
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri protokol imzaladılar
«Ermənistan Azərbaycana müharibədən başqa çıxış yolu qoymayıb»
Vətən sevgisi, vətəndaşlıq borcu
Toy mərasimləri və sağlıqlar - ARAŞDIRMA
"İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır"
"Sarkisyan sözünün üstündə durmadı" - Prezidentin köməkçisi
Qanunsuz kredit almağa görə yeni cəzalar kəsiləcək
Əfsanə Laçın beynəlxalq müsabiqənin finalına yüksəldi
Madridin “Atletiko” klubu Bakıya gəlib
Con Makkeyn İraq hökumətini səhv etməməyə çağırıb
Kərkük azad edildi - VİDEO
"Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun" - Sarkisyan
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv mühitdə keçib - BƏYANAT
Macarıstanda Türkiyə və Azərbaycanlı iş adamları bir araya gəldi - FOTO
Türkiyə Bərzani ailəsini ingilislərdən necə XİLAS ETDİ? - 85 illik MƏXFİ SƏNƏD AÇILDI
II Türk Dünyası Sənədli Filmlər Festivalı Bakıda
Dünya Azərbaycanlıları Konqresi Rusiyaya müraciət edib - MƏTN
Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri başlayıb