Qarabag Media
Haqqımızda Əlaqə

Rəşad Sadıqov: `Bu gün o səhvi düzəltməyə çox cəhd etdik, amma bacarmadıq`

Tarix:9-12-2016, 09:09 Baxış Sayı:579 Kateqoriya:Manşet, Müsahibə, İdman

Rəşad Sadıqov: `Bu gün o səhvi düzəltməyə çox cəhd etdik, amma bacarmadıq`

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov İtaliya "Fiorentina"sı ilə Avropa Liqasının qrup mərhələsinin son tur matçından sonra brifinq keçirib. Karabakhmedia.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi əvvəlcə 1:2 hesabı ilə uduzduqları oyun barədə danışıb...

- Belə oyunlardan sonra danışmaq çətindir. Ümumilikdə, uşaqlar əllərindən gələni etdilər. Sonadək vuruşduq, mübarizə apardıq. Təəssüf ki, qapımıza nə gəldisə, qol oldu. Belə oyunlarda bu cür qollar buraxmaq bağışlanmazdır. 60-cı dəqiqədə buraxdığımız qolda rəqibin zərbə vurmasına özümüz şərait yaratdıq. Bunadək "Fiorentina"nın başqa hücumu olmamışdı. Bir qədər sonra bərabərlik qolunu vurduq. Bununla da üstünlük bizim tərəfə keçməli idi. Amma yenə də heç nədən qol buraxdıq. Belə...

- İkinci qol epizodunda top Sizin ayağınıza dəyib meydanı tərk etmişdi?

- Əsla məndən çıxmamışdı. Top ümumiyyətlə, ayağıma dəyməmişdi. Əksinə, Federiko Bernardeski topu düzəltmək istəyirdi. Bu zaman top onun ayağından meydanı tərk etdi. Hakim isə bizim əleyhimizə künc zərbəsini göstərdi. Nə isə... Hakimlik haqda danışmaq istəmirəm.

- İlk qol epizodunda qapıçı İbrahim Şehiç komandasını xilas etməli idi, yoxsa...

- O qolda hər birimizin səhvi var idi. Gərək o zonadan zərbə vurmağa da imkan verməyəydik. Zərbə olubsa belə, qarşısını almaq lazım idi. Hamımız birgə udub-uduzmuşuq. Buraxılan qolda və ya fərqlənə bilmədiyimiz epizodlarda kiminsə adını çəkmək istəmirəm. Bu gün məğlub olduq. Amma digər tərəfdən, bu mövsüm Avroliqada qapımıza nə gəlirdisə, qol olurdu. Əvvəlki turda yadıma gəlmir ki, "Slovan"ın 4-cü qolu da vurmaq imkanı oldu, amma fərqlənə bilmədi. Yaxud elə Çexiya təmsilçisi ilə Bakıdakı görüşdə qapımıza hər iki zərbə qolla nəticələndi. Çempionlar Liqasının III təsnifat mərhələsində "Viktoriya" Bakıda cəmi bir qol imkanı yaratdı, o da qol oldu. Hansı zərbə olursa, qolla nəticələnir. Elə olmur ki, rəqibin imkanı yaransın, amma yararlana bilməsin. Biz də deyək ki, yaratdıqları imkanlardan istifadə etməyi bacarmadılar, əvəzində biz heç nədən qol vurduq. Bilmirəm, bu, qismətdir, yoxsa nəyisə düz etmirik. Nəticə çıxarmaq lazımdır.

- Zədəniz nə yerdədir?

- Hazırda bu haqda çox danışmaq istəmirəm. İli başa vururuq.

- Bir epizodda rəqib futbolçu Matias Veçino ilə mübahisəniz oldu...

- Ürəyimdə bir kəlmə var idi. Bunu ona dedim. Sadəcə, həmin sözü burada açıqlamaq istəmirəm. Təkcə ona yox, 3-4 nəfərə dedim.

- Başa düşdülər?

- Bəli.

- Yəni, xarici dildə dediniz?

- Belə də... Hər halda fikrimi ona çatdırdım.

- 2 il əvvəl Bakıda İtaliya "İnter"i ilə Avroliqanın qrup mərhələsinin son tur matçından sonra "Bəlkə də bu, mərhələ adlamaq üçün son şansım idi" demişdiniz. Bu dəfə də eyni şans ələ düşmüşdü. Növbəti belə imkanın yaranacağına ümidiniz var?

- Həmin vaxt düşünməzdim ki, yenə də son turda belə bir şans olacaq, amma qrupdan çıxa bilməyəcəyik. Amma sonrakı 2 mövsümdə də son turadək şansımızı qoruduq. Yenə də ola bilər, belə şans ələ düşməsin, yaxud da düşsün. Əvvəlcədən dəqiq bir söz demək olmur. Bəlkə gələn mövsüm elə ilk mərhələdəcə uduzacağıq. Futboldur da...

- Mətbuat konfransında da Qurban Qurbanova bu sualı verdik, amma qeyri-müəyyən cavab verdi. Sizdən də soruşum: Bu, Avropa arenasında son oyununuz idi, yoxsa davam edəcəksiniz?

- Qəribə sualdır. Niyə elə qənaətə gəlmisiniz? Açıq şəkildə demək istəyirsiniz ki, Rəşad, niyə getmirsən? Düzü, hələ bu haqda düşünmürük. Sadəcə, müalicə olunmadan oyunlara çıxırdım. Ona görə də zədəmi sağalda bilmirdim. Amma son bir ildə ciddi zədələnməmişdim. Gələn mövsüm barədə bir söz deyə bilmərəm. Bu mövsümü başa vuraq. Millinin də çox vacib matçları var. Bundan sonra baxarıq.

- Tam bərpa olmadan oynadınız. Vəziyyətinizdə dəyişiklik olmayıb?

- Pisləşmə olmadı. Amma bərpa dövrü bitməmiş oynadım. Riskli olsa da, atlatmağı bacardım. Gələcək oyunlara baxacağıq. Kubok matçını çox güman ki, buraxacağam. Bəlkə çempionat qarşılaşmasında meydana çıxdım.

- Avropa Liqasında qrup mərhələsinə 4-cü cəhddən sonra düşdünüz. 4-cü cəhddən sonra qrupdan çıxa biləcəksiniz?

- Nə deyim? Bu il çox yaxşı fürsətimiz var idi. Əslində bizə heç nə lazım deyildi. Bircə o lazım idi ki, "Fiorentina" evdə PAOK-u udsun. Bununla da hər şey bitəcəkdi. Hətta bu gün uduzsaydıq belə, qrupdan çıxırdıq. Amma görürsünüz ki, futboldur. İtaliyada gözlənilməz nəticə oldu. Özümüz isə Çexiyada çox pis oynayıb uduzduq. Bəlkə də gələn il qismətimizə qrupdan çıxmaq düşər. PAOK-un "Fiorentina"ya 90+3-cü dəqiqədə vurduğu qolla bağlı sadəcə bir şeyi diqqətinizə çatdırmaq istəyirəm: Həmin epizodda PAOK-un oyunçusu topu əli ilə qarşısına atır. Bu epizodu dünən "Fiorentina"nın oyununu analiz edərkən görmüşəm. Çox üzücü bir andır. Həmin vaxt hakim qayda pozuntusu qeydə alaraq, "Fiorentina"nın lehinə cərimə zərbəsi təyin etsəydi, oyun da bitəcəkdi. Amma referi gözünün qarşısında olan kobudluğa fit çalmır. Əksinə, PAOK hücumu davam etdirərək, qələbə topunu vurur. Yəni, o qədər belə xırda-xırda elementlər oldu ki, ümumi nəticəyə təsir etdi. Bundan sonra öz oyunumuza baxacağıq. Keçmişlə yaşamaq, hakimləri və ya kimisə danışılmış oyunda qınamaq istəmirəm. Günahı sırf özümüzdə axtarmaq lazımdır. Biz mərhələni "Slovan"la səfər matçında uduzduq. Nəticədə işimizi çox çətinə saldıq. Bu gün o səhvi düzəltməyə çox cəhd etdik, amma bacarmadıq.

- Ardıcıl 3-cü mövsümdür ki, komandanız mərhələni son turda əldən verir. Qrupdan çıxmaq üçün nə çatmır?

- Deməli, ustalığımız hələ o səviyyədə deyil ki, həlledici oyunlarda nəticəni öz xeyrimizə dəyişə, son nöqtəni qoya bilmirik. Amma ümumilikdə əvvəlki iki mövsümlə müqayisədə, qrupda daha çox xal yığmışıq, ilk dəfə iki qələbə qazanmışıq. Təəssüfləndirici məqam odur ki, hər şey həll olunduğu halda, son iki turda hər şey çöndü. Bu dəqiqə çox şeyləri qabartmaq olar.

- Belə ağır oyundan sonra Premyer Liqaya adaptasiya olmaq çətinlik yaratmayacaq?

- Çətin olacaq, amma məcburuq. Çünki həm Çempionlar Liqası, həm də Avropa Liqasına yol buradan keçir. Gələn il də avrokuboklarda çıxış etmək istəyiriksə, mütləq çempionata köklənməliyik. Qarşıda komandamızı Azərbaycan Kubokunda "Sumqayıt"la ağır oyun gözləyir. Sonra isə "İnter"lə çemionat matçına çıxacağıq.

Karabakhmedia.az

SON XƏBƏRLƏR
"Ermənilər qüvvələrini cəbhə xəttinə çəkirlər, tanklar ön xəttə toplanıb"
XX əsrin faciəsi: Xocalı soyqırımından 25 il ötür (VİDEO)
Füzuli rayon 40 saylı tam orta məktəbdə Xocalı qurbanları anılıb - FOTO
Ordumuz düşmənin atəş nöqtəsini darmadağın etdi - VİDEO
İraqda 4 min cəsədin basdırıldığı kütləvi məzarlıq aşkar olunub
"Facebook"da pulköçürmə sistemi istifadəyə verilib
“Sənədsiz evlərə və torpaqlara mülkiyyət hüququ verilməlidir” - Ombudsman
Niderland Parlamentinə Xocalı soyqırımı ilə bağlı petisiya təqdim olunub
Ağdamda kəndlər boşaldılır? — İcra başçısından açıqlama
Düşmən geri oturduldu: İtkilərimiz var - RƏSMİ
Ermənilərin irimiqyaslı təxribatı - MN
Gürcüstanda azərbaycanlılar yaşayan kənddə etiraz aksiyası keçirilib
Dilimiz, milli kimliyimiz...
129 nömrəli məktəbdə Xocalı soyqırımı anıldı - FOTO
Bakıda Xocalı soyqırımına həsr olunmuş turnir keçirilib - (FOTO-VİDEO)
Türkiyə hərbi texnikalarını Suriya sərhədinə göndərdi
“Bu prosesdə bəzi güclər ermənilərə dəstək verib” - Hikmət Eren
Rotterdam Erasmus Universitetində Azərbaycanla bağlı seminar keçirilib
"Cavad xan kimi mərd ulu babamızın olması bizim üçün şərəfdir" - Cavad xan nəslinin Malayziyada yaşayan davamçısı - MÜSAHİBƏ
Buraxılış imtahanlarında inşalara verilən tələblər açıqlanıb - SİYAHI
"Vikipediya"da bir neçə dildə Milli qəhrəmanlarımız haqqında məlumatlar yerləşdirilib
Əhməd Ağaoğlu: Bəs bizim ziyalılarımız haradadır?
Azərbaycanda 179 naməlum şəhid məzarı aşkar edilib
Jirinovski ombudsmanla Kremldə vals oynadı – Video
Düşmənin diversiya qrupunun təxribat törətmə cəhdini nazir özü izlədi - VİDEO
Erməni təxribatı davam edir: qumbaraatanlardan atəş açdılar
Türkiyənin Bolu şəhərində “Xarıbülbül” abidəsinin açılışı olub
Ət sürətlə bahalaşır, heyvan qıtlaşır...
Məhkəmə Əli İnsanovun vəsatətini təmin etməyib
Rusiya ordusunun Xocalı töhfəsi