Qarabag Media
Haqqımızda Əlaqə

Paulu Souza "Qarabağ"dan danışdı: "Avropada özündən söz etdirir"

Tarix:8-12-2016, 09:00 Baxış Sayı:234 Kateqoriya:Manşet, İdman

Paulu Souza "Qarabağ"dan danışdı: "Avropada özündən söz etdirir"

"Fiorentina"nın baş məşqçisi Paulu Souza Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la oyun öncəsi Bakıda mətbuat konfransı keçirib.

Karabakhmedia.az-ın məlumatına görə, o, "Qarabağ"a hörmətlə yanaşdıqlarını deyib: "Qarabağ"a xüsusi hörmətimiz var. Güclü baş məşqçiləri, yerli və əcnəbi futbolçuları var. "Qarabağ"ı İtaliyada böyük hesabla məğlub etməyimizə baxmayaraq ilk 20-25 dəqiqələrdə çox güclü futbol oynadı."

"Fiorentina"nın çalışdırıcısı bildirib ki, "Qarabağ" güclü komandalardan biridir: "Məqsədimiz güclü rəqiblərə ciddi yanaşıb, qələbə qazanmaqdır. Futbolun gözəlliyi ondadır ki, hər hansı sürprizlə qarşılaşırsan. Demək olar ki, qrupdan çıxmışıq. Amma bu bizə çox rahat oynamağa imkan vermir. Üç qapıçımız var. Təcrübə oynanılaraq qazanılır. Sabahkı oyunda hansı qapıçının meydana çıxacağı sirr olaraq qalsın."

P.Souza sabahkı oyun üçün start heyətini açıqlamaq istəməyib: "Mən oyunçularımdan əvvəl jurnalistlərlə danışmıram. Start heyətini italiyalı jurnalistlərdən soruşsanız daha yaxşı olar. Onlar hər oyundan əvvəl bunu düzgün tapır."

P.Souza Qarabağ adının tarixçəsini bilmədiyini də söyləyib: "Təəssüf ki, mənasını bilmirəm. Bir şeyi bilirəm ki, bu komanda güclü səyləri nəticəsində Avropada özündən söz etdirir."

Qeyd edək ki, mətbuat konfransının sonunda yerli jurnalistlər P.Souzaya "Qarabağ"ın tarixçəsi haqda qısa məlumat verib.

Əlavə edək ki, "Qarabağ" - "Fiorentina" görüşü sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Karabakhmedia.az

SON XƏBƏRLƏR
Bu gün Böyük Turançı Ziya Gökalpın doğum günüdür
Qubadlı rayon Tarix-Diyarşünaslıq muzeyi
Dağların Laçın aşığı - FOTO
“DQR”in sabiq “müdafiə naziri” saxlanılıb
Yeni dərs ili üçün tələbə qəbulu qaydaları açıqlandı
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu
21 Azər soyqırımı haqqında kitab işıq üzü görüb
Turan-İran, yoxsa Turan-Avropa qarşıdurması? - I yazı
Diaspor sədri Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi
Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalda olub
Azərbaycan filmləri beynəlxalq festivalda nümayiş etdiriləcək
Novruz bayramı münasibətilə hərbi hissələrdə “Açıq qapı” günü keçirilib
“Hiss edirsən ki, yaz gəlir, o, yaz ki…” – DEPTATNDAN “NOVRUZ” TƏBRİKİ
Həm vuranıq, həm hədəfiz biz!
Haşimov, vot vaşi artilleriya!
Dillərin toqquşması: İranda yaşayan Türklərin arasındakı ikidilliliyə ötəri bir baxış
Azərbaycanda Novruz bayramı qeyd olunur
Suriya rəhbərliyi BMT-nin xüsusi elçisini qəbul etməkdən imtina edib
Azərbaycan Cümhuriyyətini devirmək üçün «Qarabağ qiyamı»
Metroda baş verən terror aktından 23 il ötür
Bakıda DYP avtomobili ağır qəza törətdi: Yaralılar var
Ermənilərin gözü qarşısında onların bayrağına tüpürən azərbaycanlı əsir
Bütöv Azərbaycan tonqalı ətrafında Novruz şənliyi - FOTOLAR
Tramp: “Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu yaranıb”
Müdafiə naziri bir qrup hərbi qulluqçuya "polkovnik" hərbi rütbəsi təqdim edib
Türkiyənin məşhur jurnalistləri Bilik Fondunda oldular
Faiq Ələkbərli Ankarada Türk Birliyindən, Konyada isə Alparslan Türkeşdən danışacaq
Evini satıb Qarabağ haqqında film çəkdi
Bakıda Macarıstan Günləri keçirilib
“Sonuncu terrorçunu məhv edənədək əməliyyatlarımızı davam etdirəcəyik”