Qarabag Media
Haqqımızda Əlaqə

İlham Əliyev `Kredit büroları haqqında` qanunun tətbiqi barədə fərman imzalayıb


Tarix:8-12-2016, 06:38 Baxış Sayı:535 Kateqoriya:Manşet / Hüquq

İlham Əliyev `Kredit büroları haqqında` qanunun tətbiqi barədə fərman imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev “Kredit büroları haqqında” 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

Karabakhmedia.az-ın məlumatına görə, fərmana əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; həmin Qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; həmin Qanunun 17.5-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, müvafiq məlumatların “Elektron hökumət” portalında yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyinə tapşırılıb ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 15.7-ci maddəsindən irəli gələn normativ xarakterli aktı Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində qəbul etməli, qanunun 5.2-ci, 5.7-ci, 7.2-ci, 7.3-cü, 16.2-ci və 23.4-cü maddələrindən irəli gələn normativ xarakterli aktları iki ay müddətində qəbul edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir./APA/

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların vaxtını uzatdı
Dilimizi və sözümüzü ucaldan şair
Omrümüzə sığmayan övlad sevgisi
Məleykə Abbaszadə yeni qəbul qaydalarından danışdı
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi - (V yazı)
Mən ziyalı deyiləm – Salam Sarvan
Saakaşvili Putinin cavabını verdi: Məni unuda bilmir
Məleykə Abbaszadə: “9-cu sinfi bitirənlərin 30 faizi 10-cu sinfə keçmir”
Şeyxin qudasının oğluna 4 il iş istədilər
Mehriban Əliyeva britaniyalı nazirlə görüşdü
Putin: Saakaşvili ukraynalıların üzündə tüpürcəkdir
Azərbaycanda xarici kəşfiyyatla əlaqə... - DSX
Netanyahudan İstanbuldakı Qüds qərarına - Reaksiya
Akop Badalyan: "Ermənistan kağız üzərində suveren dövlətdir"
Azərbaycan Cumhuriyyəti uğrunda canını fəda etmiş şahzadə - Feyzulla Mirzə Qacar
“Zərrab 2”: ABŞ daha bir türk iş adamını həbs etdi
Putin qocalıqdan şikayətləndi - Babay...
AZƏRBAYCAN ORDUSU ŞƏHİD VERDİ
Müsəlmanların Qüds fiaskosu - ŞƏRH
Kreml Ərdoğanın Qüds təklifinə qarşı çıxdı
Fazil Mustafa: "İran bu məsələdə Azərbaycana müsəlman dövləti kimi davranmır, daha çox erməni təəssüfkeşliyini çəkir"
İsrailin Bakıdakı səfirliyindən çağırış: “Məsul liderlər...”
Trampdan xüsusi tapşırıq: Rus proqramına qadağa
Səudiyyə Yəmənə hücuma keçdi: Onlarla ölən var
Ermənistan Türkiyə ilə razılaşmaları ləğv edir
“Məhəmməd peyğəmbər epilepsiya xəstəsi olmayıb” - QEYRİ-ADİ MÜSAHİBƏ
İlham Əliyev Qüds Zirvə toplantısında iştirak edir
Azərbaycanda birdən-birə varlanan adamın ŞOK CİNAYƏTLƏRİ - FAKTLAR
Ərdoğan dünyanı Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı
Azərbaycan 3 türk ölkəsi ilə ortaq ordu qurur