Qarabag Media
Haqqımızda Əlaqə

Şərq dünyasında hökmranlığı ərəblərdən alan TÜRK


Tarix:7-12-2016, 07:50 Kateqoriya:Manşet / Türk dünyası / Şəxsiyyətlər

Şərq dünyasında hökmranlığı ərəblərdən alan TÜRK

Oğuzların Qınıq boyundan olan Toğrul bəy Mikayıl bəy oğlu 987-ci ildə anadan olmuşdu.

Ömrünün çoxunu türklərin zəfərlər qazanmasına və yeni torpaqların fəthinə sərf etmişdi. Çağrı bəyin ölümündən sonra onun qardaşı Toğrul bəy sultan elan edildi və bir ildən sonun onun adı zərb olunmuş pullar dövriyyəyə buraxıldı. Paytaxt Nişapurdan Reyə köçürüldü. Nişapurdan şərqdəki torpaqların idarəçiliyi Çağrı bəyə tapşırıldı. Cürcan və Kuhistanın idarəsi Sultan Toğrulun anabir qardaşı İbrahim Yınaloğluna həvalə olunurdu. Herat, Buşənc, Sicstan və Qurlar ölkəsini idarə etmək sultan Toğrulun əmisioğlu Əbu Əli əl-Həsənə (Səlcuq bəyin oğlu Musanın övladı) tapşırılırdı. Səlcuqoğlu İsrailin oğlu Şihabəddövlə Qutalmışa qərbə- Bizans istiqamətində yürüşlər etmək, Azərbaycanı erməni - gürcü - Bizansın birləşmiş qüvvələrindən qorumaq tapşırıldı. Bu işdə ona Sultan Toğrulun anabir qardaşı İbrahim Yınaloğlu kömək göstərməli idi, 8 iyul 1046 -cı ildə Abxaz çarı Liparitin başçılıq etdiyi erməni - gürcü- Bizansın birləşmiş qüvvələrinin mühasirəyə aldığı Gəncəyə gələn Səlcuqlu ordusu xaçlıları geri oturtdu. "Müsəlmanlar sayı hesabı bilinməyən xaçlı ordusundan 150 minini qılıncdan keçirdi". 1054- cü ildə Sultan Toğrul İran sülaləsi olan Buveyhilər tərəfindən sıxşdırılan xəlifə əl-Qaimin xahişilə Bağdad şəhərinə daxil oldu. Buveyhilərin sonuncu nümayəndəsi olan əl-Malik ər- Rəhim Əbu Nəsr əsir tutularaq Təbərək qalasına salındı. Bağdad minarələrindən çəkilən əzanlarda Misirdəki şiə Fatimilərin deyil, yenidən Abbasi xəlifələrinin və Səlcuq sultanının adına xütbə oxunmasına başlanıldı. "Bütün ərəb əmirləri Sultan Toğrulun əlini öpmək üçün onun yanına gəldilər". Xəlifənin qızı Səidə ən-Nisə ilə evlənən Sultan Toğrul 17 fevral 1063- cü ildə Təbrizdə təntənəli toy məclisi təşkil etdi.

Türk-İslam dünyasının ən görkəmli şəxsiyyətlərindən olan Səlcuqlu sultanı Toğrul cümə axşamı günü, 4 sentyabr 1063- cü ildə 70 yaşında vəfat etdi. Vəzir Həmid əl- Mülk əl-Qundurinin dediyinə görə Sultan Toğrul ona belə bir əhvalat danışmışdı: "Xorasanda fəaliyyətə başladığım ilk illərdə yuxumda gördüm ki, məni xoş iy verən dumanlı bir yerə qaldırdılar və qeybdən bir səs eşitdim : "Bizdən bir şey istə! Dediyin yerinə yetəcək". Mən dedim ki, uzun ömür istəyirəm. Mənə cavab verdilər ki, sən 70 il yaşayacaqsan".

Müasirlərinin yazdığına görə Sultan Toğrul cəsur, səbrli, geniş qəlbə malik bir insan idi. Dəbdəbəli geyinməyi sevməzdi. Ürəyində Uca Allaha dərin inam var idi. Bir dəfə də olsun Cümə namazından qalmır, bazar ertəsi və cümə axşamları oruc tuturdu. Pul toplamağı və nahaq qan tökülməsini istəməzdi. Nəzir verməkdə, xüsusilə məscid tikdirməkdə comərd idi. Sultan Toğrul demişdi: "Əgər mən tikdirdiyim evin yanında ondan uca məscid tikdirməsəm, Allahın qarşısında nə cavab verərəm!".

Şərq dünyasında hökmranlığı ərəblərdən alan TÜRKToğrul bəy Çağrı bəyin oğlu Yakuta Anadoluya aramsız olaraq hücumlar etməsini və orada türklərin yerləşdirilməsi vəzifəsini tapşırmışdı. Bundan narahat olan xəlifə Qaimbiəmrillah Toğrul bəyin yanına elçi göndərdi və xahiş etdi ki, onlardan əvvəl İraqa gələn və sonralar İraq türkmənləri kimi tanınan oğuzlarla Toğrul bəylə birgə gələn oğuzların bölgədə yerləşməsinin qarşısını alsın. Toğrul bəy isə xəlifənin elçisinə: "Əsgərlərimin sayı çoxdur, əlimizdə olan torpaqlar onlar üçün kifayət etmir", - dedi. Zəfərlər dalınca zəfərlər qazanan Toğrul bəy 1058-ci il yanvar ayının 25-də Bağdadda böyük təntənə ilə Şərqin və Qərbin hökmdarı elan edildi. Səlcuqlu dövlətinin ilk sultanı olan Toğrul bəy 1062-ci ildə Reyə doğru hərəkət etdi və burada böyük təntənə ilə qarşılandı. Amma o, Reyə gələrkən yolda xəstələnmişdi. Toğrul bəy bu xəstəlikdən sağalaraq bir daha ayağa qalxa bilmədi və 1063-cü ildə vəfat etdi. Toğrul bəyin ölümündən sonra onun yerinə Alparslanın ögey qardaşı Süleyman taxta çıxarıldı. Çünki Toğrul bəyin övladı yox idi. Süleyman bəyin taxta çıxarılmasını Toğrul bəyin əmisi Arslan Yabqunun oğlu Kutalmış bəy də müdafiə edirdi. Amma taxta çıxarılan Süleyman bəy gənc idi. Onun dövləti idarə etmək və döyüş təcrübəsi yox idi. Toğrul bəyin ətrafında onunla birlikdə döyüşlərdə qəhrəmanlıq göstərən silahdaşları və sərkərdələr, həmçinin digər adlı-sanlı türk bəyləri Süleymanın taxta çıxarılmasından narazı qalmışdılar.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı