Qarabag Media
Haqqımızda Əlaqə

"Şrek" kimi tanıdığımız güləşçi haqqında maraqlı faktlar - 14 dildə danışa bilib


Tarix:6-12-2016, 07:44 Kateqoriya:Manşet / Araşdırma / Maraqlı

"Şrek" kimi tanıdığımız güləşçi haqqında maraqlı faktlar - 14 dildə danışa bilib

Hamımızın “Shrek” kimi tanıdığı cizgi qəhrəmanı əslində peşəkar güləşçi olub.

Mauris Tillet 1903-cü il 23 oktyabrda Rusiyada, Uralda fransız ailəsində anadan olub. Anası müəllimə, atası dəmiryolunda mühəndis işləyib. Kiçik yaşlarında atası dünyasını dəyişir. Rusiyada 1917-ci il inqilabından sonra Tillet anası ilə birlikdə Rusiyanı tərk edir və Fransaya, Reims bölgəsinə yerləşirlər. Tillet 17 yaşından sonra qəribə xəstəliyə yoluxur. Həkimlər ona "akromeqali" diaqnozu qoyurlar. Bu xəstəlik sümüklərin böyüməsinə səbəb olan nadir xəstəliklərdəndir. Beləki Tilletin boyu 170 sm olduğu halda, çəkisi 122 kq idi.

Gəncliyində Tillet uğurlu reqbi oyunçusu idi. 1926-cı ildə İngiltərə Kralı V Corc adına mükafatı qazanmışdı. Tillet hüquqşünas olmaq istəyirdi. Buna görə Fransada Tuluza Universitetinin Hüquq fakultəsinə qəbul olur. Sonra xəstəliyi ilə əlaqədar olaraq hüquq kariyerasını yarımçıq qoymalı olur.

"Bəlkə də belə bir üz ilə mən vəkil ola bilərdim, lakin mənim səsim eşşək nəriltisi kimidir. Buna qulaq asmaq sadəcə mümkün deyil. Buna görə mən Fransız Donanmasına getdim" - Lowell Sun Newspaper qəzetinə müsahibəsi. ABŞ, 8 aprel 1943-cü il

Tillet Universiteti tərk etdikdən sonra 5 il Fransız Donanmasında xidmət edir.

Mauris Tillet dindar katolik idi. 1947-ci ildə Roma papası onu görüşünə qəbul edib. İndiyə kimi Roma papası ilə görüşmək şərəfinə nail olmuş yeganə güləşçidir. Anasının sayəsində o katolik məktəbində təhsil almışdı. Burada o bir neçə xarici dil də öyrənmişdi. 1942-ci ilin ortalarında Tillet rus, ingilis, fransız, bolqar, litva dillərində səlist danışırdı. Bəzi məlumatlara görə o yaşadığı müddətdə artıq 14 dil öyrənmişdi.

Tillet bir neçə dəfə qeyd edibki, uşaqlığının çox hissəsini Sankt-Peterburqda keçirib. Çox gümanki o amerikalıların onun hardan gəldiyini və uşaqlığını harda keçirdiyini bilmələrini istəyirdi. Görünüşü ilə Tillet fəlsəfi və yumoristik idi. Gənclik illərində cəmiyyətə qarışmaqda çətinlik çəkirdi. Vaxt keçdikcə o mənfi cəhətlərini üstünlüyə çevirməyi bacardı.

"Gəmi heyəti üzvləri məni meymuna oxşadırdılar və mən bundan çox məyus olurdum. Bu kimin xoşuna gələr? Lağa qoyulmaqdan qurtulmaq üçün boş vaxtlarımı sahildə keçirirdim. Orada yaşayan əhali mənim görünüşümdən çox narahat idi" Look Magazine jurnalı 25 aprel 1950-ci il

Tillet 4 sentyabr 1954-cü ildə ürək xəstəliyindən vəfat edib.

Peşəkar kariyerası

1937-ci ilin fevralında Sinqapurda Karl Podjello ilə tanış olur. Podjello profesional güləşçi idi. o Tilletdə bu idmana maraq oyadır. Onlar məşq eləmək üçün Parisə köçürlər. Tiller İkinci dünya müharibəsi başlayana kimi Fransa və İngiltərədə döyüşlər keçirir. Müharibə ilə əlaqədar onlar 1939`da ABŞ`a köçürlər.

1940-cı ildə Massaçuest Ştatı, Bostonda "Fransız mələk" ləqəbiylə döyüşlər keçirməyə başlayır. Bostonda onun döyüşlərinə maraq artır. 1940-cı ilin May ayında Tillet Boston mərkəzli ağırçəkililər çempionatının qalibi olur və bu ünvanı 1942-ci ilə qədər qoruyur. 1942-ci iin əvvəllərində Monreal mərkəzli ağırçəkililər çempionatın qalibi olur. Boston mərkəzli qalibiyyət ünvanını da 1944-cü ildə təkrar qazanır. Fasiləsiz 19 ay heç bir döyüşdə məğlub olmamış və "məğlubedilməz" ləqəbi almışdır.

Onun uğurlarından sonra bir neçə "mələk" ləqəbli güləşçilər peyda olur. Bunlara Toni Enjelo ("rus mələk"), Cek Raş ("kanadalı mələk"), Vladislav Tulin ("polşalı mələk"), Klayv Uelş ("irlandiyalı mələk"), Cek Folk ("qızıl mələk"), Cil Querro ("qara mələk") və başqalarını misal göstərmək olar.
"Şrek" kimi tanıdığımız güləşçi haqqında maraqlı faktlar - 14 dildə danışa bilib

"Şrek" kimi tanıdığımız güləşçi haqqında maraqlı faktlar - 14 dildə danışa bilib

"Şrek" kimi tanıdığımız güləşçi haqqında maraqlı faktlar - 14 dildə danışa bilib

"Şrek" kimi tanıdığımız güləşçi haqqında maraqlı faktlar - 14 dildə danışa bilib

"Şrek" kimi tanıdığımız güləşçi haqqında maraqlı faktlar - 14 dildə danışa bilib

"Şrek" kimi tanıdığımız güləşçi haqqında maraqlı faktlar - 14 dildə danışa bilib

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”