Qarabag Media
Haqqımızda Əlaqə

Hər guşəsində bir tarix var - Dünya etnoqraflarını heyrətdə qoyan Azıx mağarası


Tarix:5-12-2016, 18:59 Baxış Sayı:830 Kateqoriya:Manşet / Abidələr

Hər guşəsində bir tarix var - Dünya etnoqraflarını heyrətdə qoyan Azıx mağarası

Dünyada ilk insan məskəni sayılan Füzuli rayonunun ərazisindəki Azıx mağarası da erməni təcavüzünün qurbanı olub.

Təkcə Azərbaycanın deyil, dünyanın ən qədim tarixə malik diyarlarından biri olan Füzuli rayonunun ərazisindəki Azıx mağarası ilk insan məskəni kimi bəşəri sivilizasiyanı heyran qoymaqdadır. Bu Azərbaycan torpağı minilliklər boyu müxtəlif məşəqqətlərin şahidi olub. Ötən əsrin əvvəlində olduğu kimi, sonunda da Qarabağ torpaqlarında minilliklərin yaşıdı və şahidi maddi-mədəniyyət abidələrimiz daşnak siyasətinin qurbanlarına çevrildi. İlk vaxtlar “mədəni” şəkildə (keçmiş SSRİ-nin beynəlmiləlçilik bayrağı altında) həyata keçirilən bu çirkin siyasət, nəhayət, ötən əsrin 80-ci illərindən sonra açıq-aşkar, təcavüzkar formada özünü göstərdi. Məqsəd təkcə Azərbaycan ərazilərini işğal edərək etnik təmizləmə siyasəti aparmaq deyildi. Buradakı əcdadlarımızın yadigarları və tariximizin alt qatlarına məxsus maddi-mədəniyyət abidələrimizi məhv etmək, minilliklərin, əsrlərin izlərini silmək, saxtalaşdırmaq onların əsas niyyəti idi. “Böyük Ermənistan” uğrunda aparılan çirkin, şovinist siyasət Azərbaycanın, sözün əsl mənasında, dilbər guşəsi olan Qarabağın nəinki dağlıq hissəsində, onun digər ərazilərində də öz izlərini qoydu. İşğala məruz qalan qədim yaşayış məskənlərimizdən biri də ərazilərinin xeyli hissəsi Ermənistan ordusunun nəzarəti altında qalan, dünyanın etnoqraflarını bu gün də heyrətdə qoyan Azıx mağarasının yerləşdiyi Füzuli rayonudur.

Əsası 1827-ci ildə qoyulmuş rayonun ilk adı Qarabulaq olub. 1930-cu ildə sovet hakimiyyəti bir sıra digər yaşayış məntəqələrimizin adını dəyişdirdiyi kimi, Qarabulağa da “əl gəzdirdi”. Onu inkişaf etdirmək əvəzinə adı dəyişdirilərək Qaryagin qoyuldu. Bu qondarma adı rayon 1959-cu ilə qədər daşımağa məcbur oldu. Əslində, Qaryaginin şəxsən kimliyi burada yaşayanların çoxuna, sadə insanlara bu gün də məlum deyil. Böyük söz ustadı, Azərbaycan ədəbiyyatının banilərindən olan Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun adının dəyişdirilərək Füzuli adlandırılması təkcə füzulisevərlərin deyil, xalqımızın ürəyincə idi. Beləliklə, 1959-cu ildə Füzuli rayonu yaradıldı. Rayonun ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə aparılan tədqiqatlar bir daha təsdiqlədi ki, Azərbaycan torpaqları ulu, qədim tarixini öz qoynunda, qoruyub saxlayır və dərin köklərə malikdir. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən on beş kilometr məsafədəki Azıx mağarasından tapılmışdır. Azərbaycan arxeologiya elminin nailiyyətlərindən biri olan bu abidə Qarabağın Füzuli bölgəsində Paleolit dövrünün mövcudluğunu aşkarlamış oldu. Burada uzunluğu 600 metrə çatan 8 dəhliz mövcud olub. Dəhlizlərin bəzilərinin uzunluğunun 20-25 metr olması o dövr üçün möcüzə idi. Arxeoloqların gəldiyi qənaətə görə, Azıx Qafqazda indiyə kimi aşkar edilmiş mağaralardan ən böyüyü və “qoca”sıdır.

Buradakı tapıntı üzərində aparılan tədqiqatlar təsdiqləmişdir ki, o, ən azı 350-400 min illik bir dövrü əhatə edir.

Füzulidə Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra tarixi-mədəni abidələr də var. Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəllidə hamar daşlardan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndindəki Hacıqiyasəddin məscidi (1862-ci il), Karvansara (1864-cü il), Füzuli şəhərindəki Hacı Ələkbər məscidi (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulmuş at, qoç fiqurları tariximizin dərin qatlarından soraq verən, mədəniyyətimizin inkişafını təsdiqləyən tutarlı faktlardır.

İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və digər obyektlər var idi.

Füzulinin bir çox yaşayış məntəqələri ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və birbaşa döyüş meydanlarına, səngərlərə getməsi nəticəsində düşmən tapdağından azad edilmişdir. Rayonun işğaldan azad olunmuş ərazilərində salınmış 13 qəsəbə və 20 kənd Füzuli əhalisinin doğma torpaqla ünsiyyət yerinə çevrilib. Həmin qəsəbələrdən 12-si işğaldan azad edilən ərazidə yeni salınıb və məcburi köçkün ailələri burada müvəqqəti məskunlaşıb. Hazırda burada 51 min nəfər məcburi köçkün ailəsi yerləşib.

1100 nəfərdən çox şəhid, yüzlərlə itkin vermiş Füzulidə bu gün 1500-ə yaxın əlil və şikəst də Qarabağın qaytarılması uğrunda hər an döyüşlərə atılmağa hazırdır və onlar Ali Baş Komandanın əmrini gözləyirlər.

Ulu öndər Heydər Əliyevin bir çağırışı ilə Füzulinin ərazisinin bir hissəsi işğaldan azad olunubsa, demək, təcavüzün və separatizmin qurbanlarına çevrilmiş digər rayonlarımızı da əsir və girovluqdan xilas edəcəyik! Bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də deyir! Bunu Azərbaycanın dövlət başçısının göstərdiyi qətiyyətli mövqe, gündən-günə güclənib formalaşan, bu ilin aprel ayının əvvəllərində zəfər yolu keçərək düşmənin bağrını yaran Milli Ordunun hərtərəfli potensialı və xalqımızın mübariz ruhu deyir!

Məhəmməd NƏRİMANOĞLU




loading...




SON XƏBƏRLƏR
Müsəlmanların Qüds fiaskosu - ŞƏRH
Kreml Ərdoğanın Qüds təklifinə qarşı çıxdı
Fazil Mustafa: "İran bu məsələdə Azərbaycana müsəlman dövləti kimi davranmır, daha çox erməni təəssüfkeşliyini çəkir"
İsrailin Bakıdakı səfirliyindən çağırış: “Məsul liderlər...”
Trampdan xüsusi tapşırıq: Rus proqramına qadağa
Səudiyyə Yəmənə hücuma keçdi: Onlarla ölən var
Ermənistan Türkiyə ilə razılaşmaları ləğv edir
“Məhəmməd peyğəmbər epilepsiya xəstəsi olmayıb” - QEYRİ-ADİ MÜSAHİBƏ
İlham Əliyev Qüds Zirvə toplantısında iştirak edir
Azərbaycanda birdən-birə varlanan adamın ŞOK CİNAYƏTLƏRİ - FAKTLAR
Ərdoğan dünyanı Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı
Azərbaycan 3 türk ölkəsi ilə ortaq ordu qurur
Müğənni Fədayə Məmmədova həbsdə qaldı - Yenilənib
İsrail qırıcıları Qəzzanı bombaladı
Günel onu tərk edən sevgilisi Rza Zərrabdan YAZDI: “Gülək, ya ağlayaq, kaş ki, məni...”
İstanbuldakı ermənilər və nə qədər gec deyil...
Türkiyə parlamentində dava - Foto
Bir günə məşhurlaşan ağdamlı müəllim-tələbə - Video
Bu qərarlar İsraili məhv edə bilər - Siyahı
Rəşad Sadıqovun təyinatı rəsmiləşdi
Millət vəkili türkman rəhbəri Bakıya dəvət etdi
Qətlə yetirilən icra başçısının oğlu illər sonra danışır: `Qatillə görüşmək istərdim`- FOTOLAR
Ucuzlaşmalı olan yağ niyə bahalaşdı? - Video
Qasım Süleymani: "İran Fələstindəki bütün qruplara dəstəyə hazırdır."
Vəkilindən Fədayə ilə bağlı - Yeni xəbər
Qarabağda erməni əsgər yoldaşını güllələdi
AB-dən Putinin qərarına reaksiya: Savaş bitməyib
Cahangir Hacıyevlə həbs olunanlar məhkəməyə müraciət etdi
Vergilər Nazirliyində bütün əməliyyatlar dondurulub
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi