Qarabag Media
Haqqımızda Əlaqə

Milli Qəhrəman Ənvər Arazovun anım günüdür

Tarix:2-12-2016, 20:51 Baxış Sayı:504 Kateqoriya:Manşet, Qəhrəmanlar

Milli Qəhrəman Ənvər Arazovun anım günüdür Ənvər Talış oğlu Arazov 2 dekabr 1953-cü ildə Gəncə şəhərində anadan olmuşdur.

15 saylı Gəncə şəhər orta məktəbinin səkkizinci sinfini bitirmişdir. Üzərində cərrahiyyə əməliyyatı aparıldığı üçün o, orta məktəbdə təhsilini davam etdirə bilməmişdir. Sonralar texniki-peşə məktəbində oxumuşdur. O, ilk əmək fəaliyyətinə Gəncə Gil-Torpaq Kombinatında elektrik kimi başlamışdır. Ənvər bir müddət bu kombinatda işlədikdən sonra Gəncə Politexnik Texnikumunda təhsilini davam etdirir və 1974-cü ildə ordu sıralarına çağırılır. Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdir. O, 3 il hərbi xidmət keçdikdən sonra yenidən doğma şəhərə - Gəncəyə qayıdır və “Büllur” zavodunda işləyə-işləyə texnikumda təhsilini davam etdirir.

Ənvər Arazov 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirib, zavodda əvvəlcə nizamlayıcı, sonra isə növbə ustası kimi çalışmağa başlayır.
1988-ci il... Azğın erməni quldurları Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə aramsız hücumlar edirdi.

Erməni yaraqlıları azərbaycanlılara qarşı təzyiqləri getdikcə gücləndirir, onları yurd-yuvalarından çıxmağa məcbur edirdilər. Ə.Arazov azğınlaşmış erməni daşnaklarına qarşı barışmaz mövqedə dayanmışdı. Xalq Hərəkatının ilk günlərindən onun səsi gah mitinqlərdən, gah da cəbhə bölgələrindən gəlirdi. O, erməni quldurları ilə açıq döyüşə girmək üçün Daxili İşlər orqanlarına daxil oldu və ilk günlərdən silaha sarıldı. Ağdərə döyüşlərində onun başçılıq etdiyi dəstə bir çox uğurlu əməliyyat keçirdi, əsgərlərin mühasirədən çıxarılmasında böyük fədakarlıq göstərdi. 2 noyabr 1992-ci il... Ə. Arazovun son döyüşü... O, noyabrın 1-dən 2-nə keçən gecə Ağdamın Sırxavənd kəndində erməni quldurlarına qarşı ağır döyüşə girdi. Bu qeyri-bərabər döyüşdə Ənvər böyük rəşadət göstərdi və qəhrəmancasına həlak oldu.

Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Arazov Ənvər Talış oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.

Karabakhmedia.az

SON XƏBƏRLƏR
"BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!"
"MQSİPHK" İctimai Birliyi Ağcabədi rayonunda tədbir keçirəcək
Tramp Səudiyyə Ərəbistanına yola düşüb
Yasəmən - ayrılığın adı
Boksçularımız İslamiadanı 7 medalla başa vurdu
ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasına dair bəyanat yayıblar
Mirşahinin qardaşı həbs edildi
Avropa Parlamentinin deputatları Azərbaycana səfər edəcək
"Surət Hüseynov demişdi ki, Laçını alsaq Elçibəyi devirə bilməyəcəm" - Sabiq qərargah rəisindən şok açıqlamalar
Azərbaycanın futbol üzrə milli komandası finala yüksəlib
25 ildir Laçını yuxularda görürük...
Azərbaycanın milli avtomobil brendinin dizaynı hazırlandı – FOTO
Laçının işğalından 25 il ötür
Ölümün ən gözəli də sənin oldu - Şəhid Milli Qəhrəmanımız yubiley yaşında...
Üzeyir bəyi sintezator çalmağa məcbur edənlər
And içdik ki, komandiri güllələyək
Ötərxan Eltac: TƏCİLİ ŞUŞANI QAYTAR, YOXSA...
Azərbaycan əhalisinin sayı açıqlanıb
Ərdoğan: “Türkiyə PYD/YPG-nin maraqlarını heç vaxt nəzərə almayacaq”
Prezident İlham Əliyev AXC-nin 100 illiyi ilə bağlı sərəncam imzaladı
Ölüm sevinməsin - Kimlər keçdi bu dünyadan
Azərbaycanı xaricdə necə tanıtmalı?
Bahar Muradova Zahid Oruca səsləndi: Bəlkə imkan verəsən danışaq?!
"Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki təkbaşına vasitəcilyindən də imtina etməliyik" – Politoloq
Şəhid Məzahir Bayramovun doğum günüdür
İdmançımız dördüncü qızıl medalını qazandı
Laçın - Qaragöl dövlət təbiət qoruğu - FOTO
Avropada Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlıq güclənir
Laçının işğalı ilə bağlı həqiqətlər - Laçın alayının sabiq qərargah rəisi danışır (MÜSAHİBƏ)
Yetimliyimizin 25 ili tamam olur!