Qarabag Media
Haqqımızda Əlaqə

Dennis Alby: `Digər ölkələrlə müqayisədə İsveçdə erməni diasporu elə də güclü deyil`


Tarix:1-12-2016, 15:07 Baxış Sayı:231 Kateqoriya:Manşet, Müsahibə

Dennis Alby: `Digər ölkələrlə müqayisədə İsveçdə erməni diasporu elə də güclü deyil`
İsveçdə bu gün Azərbaycan diasporunun vəziyyəti və fəaliyyəti və.s mövzularda söhbət etmək üçün "Swazco" Azərbaycan-İsveç Dostluq Cəmiyyətinin sədri Dennis Alby ilə etdiyimiz söhbəti təqdim edirik.

-Dennis bəy, İsveç-Azərbaycan əlaqələrinin inkişafında Azərbaycan icmasının rolunu necə görürsünüz?

-İsveç-Azərbaycan əlaqələrinin inkişafında Azərbaycan icmasının önəmli rolu var. Bu əlaqələrin daha da inkişafı üçün Azərbaycan diasporunun və cəmiyyətlərinin peşəkar iş birliyi vacidbir.

-Ümumiyyətlə,İsveç cəmiyyətində Azərbaycana münasibət necədir?

-İsveç cəmiyyətində təəssüflər olsun ki, Azərbaycan haqqında kifayət qədər məlumat yoxdur. Azərbaycanla İsveç əlaqələrinin inkişafı sahəsində böyük potensiallar var. Xüsusilə, mədəniyyət və turizm sahəsində bunu əminliklə qeyd etmək olar. Azərbaycan diasporunun qarşısında bu əlaqələri yaratmaq, inkişaf etdirmək və zirvəyə çatdırmaq üçün mühum vəzifələr durur. Təəssüf hissi ilə bildirməliyəm ki, diasporumuz indiyənə qədər bu vəzifənin öhdəsindən lazımı qədər gələ bilməyib. Azərbaycan cəmiyyətlərinin çoxunda İsveç icması ilə necə işləmək barədə kifayət qədər rəsmi məlumat yoxdur. Mən bu nöqsanı hiss edərkən, Swazco-nun yaradılmasına ehtiyac duydum. Və, belə bir təşkilat yaratmaq qərarını verdim. Swazconun idarə heyətinin yarısı milliyyətcə isveçlilərdən ibarətdir və bu heyət yüksək səviyyəli elm və ya dövlət qulluqçularından təşkil olunur. Swazconun məqsədlərindən biri İsveçdəki digər təşkilatları birləşdirmək və gücləndirməkdir.

-İsveç mediası ilə əlaqələriniz hansı səviyyədə tənzimlənir?

-İsveç mediası Azərbaycana siyasi və insan hüquqları baxımından yanaşırlar. Bizim cəmiyyət yeni yaranmasına baxmayaraq, il yarım ərzində media, İsveç xarici işlər nazirliyi və müxtəlif elm adamları ilə əlaqələr qurub. Azərbaycanı İsveçdə tanıtdırıb. Bizim məqsədimiz budur ki, İsveç mediasının diqqətini daha çox Azərbaycanın mədəniyyəti və tarixinə, xalqımızın qədim adət-ənənəsinə yönəldək.

-Erməni diasporunun fəaliyyəti nədən ibarətdir?Onlar İsveç cəmiyyətinə hansı fəaliyyətlə təsir göstərirlər?

-Erməni diasporu İsveçdə siyasi sahədə Türkiyə əleyhinə davamlı olaraq əks-təbliğat aparır. Digər ölkələrlə müqayisədə İsveçdə erməni diasporu elə də güclü deyil. Amma sistemli şəkildə çalışırlar.

-Cəmiyyətiniz qarşıda hansı tədbirlər keçirtməyi planlaşdırır?

-Dekabrın 2-də İsveçin Stokholm şəhərinin mərkəzində Qafqaz regionu mövzusunda seminarımızı keçiriləcək. Gələn ilin mart ayında İsveçdən Bakıya bir turizm səfərini təşkil edəcəyik. Fəaliyyətimizin əsas istəyi isveçlilərə gözəl Bakımızı yaxından tanış edək. Bundan əlavə İsveçdə yaşayan Azərbaycan haqqında da bir sərgi keçirtməyi planlaşdırırıq. Mədəniyyət sahəsində layihələr gerçəkləşdirməyi düşünürük. İmkanımız olarsa, Azərbaycandan İsveçə rəqs qrupu və musiqiçiləri dəvət etmək istəyirik.

Elnur Eltürk




loading...




SON XƏBƏRLƏR
İstanbul Azərbaycan Teatrının ilk layihəsi olan ‘Adsız qadın‘ - FOTOLAR
Avtobus sürücüsünə silah çəkən şəxsin kimliyi müəyyənləşib
Laçınlar yurdunun köməksiz futbolu və ya torpaq meydançadan Londona gedən yol - FOTOLAR
Azərbaycanda oğurlanan nadir əşyalar tapıldı
Yüz yaşlı pedaqoq
Barselonada terror aktında şübhəli bilinən 4 nəfərin hamısı öldürülüb
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
"Məni öz həkimlərimiz bu hala saldı" - FAYTONÇU NAZİM
AŞIQ ƏLƏSGƏR FENOMENİNİN AÇILIŞINA, MÖCÜZƏLİ YARADICILIĞININ TƏHLİLİNƏ DÜZGÜN BAXIŞ
“23 avqustda “Qarabağ”a dəstək üçün stadionda olacağıq” - Danimarkalı siyasətçi
Avropa Birliyi Şimali Koreyaya qarşı sanksiyaları genişləndirdi
Koalisiya qüvvələri Suriyaya zərbə endirdi - 20-ə yaxın ölü
Qaxın Sarıbaş kəndindəki “Qədim məscid” bərpa olunur
Köçkünlərin yaşadıqları evin yanından neft çıxdı - VİDEO
“Qarabağ”ın Avropada oynaması bizə nə qazandırır?
"İlham Əliyev İran prezidentinin andiçmə mərasiminə getməməklə doğru qərar verdi"
Dilqəm Əsgərovun oğlu: “6 aydır xəbər ala bilmirik”
İlham Əliyev Mikayıl Müşfiqin abidəsini ziyarət etdi
“Sovetski”də 17 piyada keçidi salınıb
İŞİD İraq banklarından 835 milyon dollar oğurlayıb
Azərbaycan ordusunun sarsıdıcı əməliyyatı - Başkəndin alınmasında 25 il ötür
Ermənilər Ağdamın işğal altında olan ərazilərinə od vurub
“Qarabağ” Kopenhagendə də tək qalmayacaq — Türklərdən möhtəşəm jest
"Qarabağ" iştirak ərizəsini PFL-ə təqdim etdi
Ermənilər kəndimizi atəşə tutublar, 13 YAŞLI UŞAQ YARALANIB
Nail Allahverdiyev Bakı İstintaq Təcridxanasına köçürülüb
Prezident deputatların etik davranışı ilə bağlı sərəncam imzaladı
"Heç nədən, alacağım cəzadan da qorxmuram" - Astan Şahverdiyev
Millət vəkili: "Hamıya xəbərdarlıq edildi ki, ailə üzvlərinizə nəzarət edin"
Nəvəsini öldürən nənənin tutulması barədə rəsmi məlumat