Qarabag Media
Haqqımızda Əlaqə

Dirilik suyu – Bəzi xüsusiyyətlərinə görə dünyada bənzəri olmayan İstisu


Tarix:25-11-2016, 23:39 Kateqoriya:Manşet / Qarabağ / İşğal Əraziləri

Dirilik suyu –  Bəzi xüsusiyyətlərinə görə dünyada bənzəri olmayan İstisu

Təbiətin Azərbaycana bəxş etdiyi min bir nemətdən biri də bizi dünyaya tanıdan və loğman kimi neçə milyon insanı sağaldaraq həyata qaytaran dirlik suyu –Kəlbəcər rayonunda çıxan İSTİSUDUR.

İstisu Kəlbəcərin qərb hissəsində silsilə dağ yamaclarındadır. Göyçə gölündən 300 verstlik yolda yerləşir. Dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir. Oradan dəmiryol stansiyasına (Ağstafaya) 112 verstlik maşın yoludur. Yevlax-Bərdə dəmir yolu ilə isə İstisuya Tərtər-Ağdərədən keçən yol 200 km-dir. Kəlbəcər-İstisu arası isə Tərtər çayı boyunca uzanan maşın yolu ilə 25 km-dir. 1940-cı ildə 2 sahədə (Kəlbəcər-Ağdərə, Kəlbəcər-İstisu) İstisu-Tərtər yolu çəkilmişdi.

Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqayın gözü ilə bu yerlərə baxsaq və dili ilə desək, belə alınardı: “...Kəlbəcər rayonundakı İstisu mineral su bulağı təbiətin gözəl hədiyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexoslovakiyadadır) eynidir və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir”.

O, zamanın ən körkəmli kimyaçı alimi E.E.Karstenski Kəlbəcər ərazisindəki mineral suları yoxladıqdan sonra, İstisuyun müalicəvi əhəmiyyətini daha yüksək (hətta- Karlovı-Varıdan da yüksək) qiymətləndirmiş və bu mülicə otağının təkcə bu əraziyə, Azərbaycana, SSRİ-yə deyil, dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərmişdir.

İstisuyun istiliyi 58,8 0C qədərdir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. Verilən məlumatlar göstərir ki, İstisu mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxır. Sudolduran sexlər isə bunun cəmi 22 mln. litrindən istifadə edir. Qalan 3 milyard 941 milyon 316 min litr su havayı axıb gedir. Axan sular yığılıb satılsaydı ildə 630mln 610min 560 manat gəlir əldə etmək olardı.
İstisu mineral bulaqları 1138-cu ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlmişdir. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir. 1 saylı buruq quyusundan çıxan suyun kimyəvi tərkibi.

M4,9 CO7,1 HCO3S3. C134 SO41 T 61 dərəcə C-dir.

Na75. Ca14
Çexiyanın Karlovi-Vari və Ermənistanın Cermuk mineral sularına yaxındır. Bu mineral bulaqların suyu müalicə məqsədilə içilir və ondan vanna kimi istifadə edilir. İstisu kurortunda mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəkət orqanları və ginekoloji, uroloji xəstəliklərə tutulanlar müalicə olunurlar. İstisu mineral bulaqlarının suyundan alınan duzlar xronik qəbizlik, qaraiyər, öd kisəsi, qastrit və s. xəstəliklərin müalicəsində işlədilir.
İstisuit mineralı. – amfibol qrupuna aid olan mineraldır. Onun tərkibi belədir.

7,6 (Ca, Na) 0,5 (A1 Fe+3) (Si4O11) 2H2O
Sütunvari kristallar və lifli (uzunluğu 2-3 sm) aqreqatlar əmələ gətirir. Külü boz rənglidir. Sərtliyi 5-5,5-dir. Kəlbəcər rayonu ərazisindəki Dəlidağ intruzivi ətrafındakı kontakt-metasomatik mineral assosiasiyasında vollastonitlə sıx paragenezdə rast gəlir. Burada istisu qarnitoit intrusivinin əhəngdaşı ilə kontaktında əmələ gəlmişdir.

İstisu mineralı Kəlbəcər rayonundakı İstisu kurortunun adındandır.
(http://kalbajar.wixsite.com/kalbajar93)

Dirilik suyu –  Bəzi xüsusiyyətlərinə görə dünyada bənzəri olmayan İstisu

Həbib Misirov




loading...




SON XƏBƏRLƏR
Mustafa Vəkiloğlu kim idi? – Azərbaycan Cümhuriyyəti - 100
DƏMİR MAYOR KARVANI NECƏ MƏHV ETDİ
Bu gün Milli Qəhrəman Yusif Mirzəyevin anım günüdür
İş adamı Fizuli Məmmədov daha 5 Qarabağ qazisinə mənzil bağışlayacaq
"Qarşımızda heç kim dayana bilməz" - Mövlud Çavuşoğlu
Türkiyənin “Aser Teknoloji” şirkəti antidron silahını nümayiş etdirib
Prezident Qarabağ münaqişəsinin həlli şərtini açıqladı
Yol polisləri özlərini suya atıb ana və 6 aylıq körpəni xilas etdilər – AĞDAŞDA
İŞİD üzvü olan AZƏRBAYCANLI qadınlara İraqda hökm oxundu
Azərbaycanda bolşevik işğalına qarşı üsyanların təşkili və həyata keçirilməsi
İsrail ordusu Suriyaya girəcək - Netanyahu
Ötən ay Azərbaycanda 13 milyon manatlıq kompüter və elektrik avadanlıqları istehsal edilib
Lavrov Azərbaycanı Rusiyadan qoparmaq cəhdləri barədə danışıb
Osmanlı xəstə yatağında olsa da, Azərbaycana vəfa borcunu yerinə yetirdi — Azərbaycan Cümhuriyyəti - 100
Azərbaycan cüdoçuları ilk yarış günü 4 medal qazandı
Daha bir azərbaycanlı futbolçu Çexiya klubuna transfer olundu
NATO rəhbəri Rusiyadan gələn nüvə təhlükəsi ilə bağlı xəbərdarlıq etdi
“Bütöv Azərbaycan ideyasının KİV-də təbliğinin hazırkı durumu” mövzusunda diskussiya
Şəhid Rüstəm Mirzəyevin anım günüdür
"Hamıya partizanların səfərbər edilməsi haqqında əmr göndərilib" — QARABAĞIN GENERAL-QUBERNATORU SULTANOV
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına yeni texnika daxil edildi
Hollandiya uydurma “erməni soyqırımı”nı tanıdı
Lütlənən qız-gəlinlərimizlə fəxr etməliyikmi?..
Rusiyanın Mərkəzi Bankı qarət edildi
İsgəndər Həmidov Araz Əlizadənin cavabını verdi
Nazirlik summativ qiymətləndirmə ilə bağlı yenilikləri açıqlayıb
Əfqan müharibəsinin gizlinləri: Azərbaycanın itkin, yaralı, adsız qəhrəmanları…
ABŞ-ı dünyaya rəzil edən FOTOLAR
Binəli Yıldırım: "Türkiyə PKK ilə mübarizədə müttəfiqlərdən daha çox dəstək gözləyir"
Ərdoğanla Tillerson arasında görüş yekunlaşıb