Qarabag Media
Haqqımızda Əlaqə

Lənkəranda kinkanın yığımına başlanılıb - 3 dəfə çiçək açan bitkinin orqanizmimizə faydası


Tarix:24-11-2016, 18:42 Kateqoriya:Manşet / İqtisadiyyat

Lənkəranda kinkanın yığımına başlanılıb - 3 dəfə çiçək açan bitkinin orqanizmimizə faydası

Lənkəranın sitrus meyvə bağlarında kinkan meyvəsinin yığımına başlanılıb.

Karabakhmedia.az xəbər verir ki, insan orqanizm üçün faydası çox olan bu bitkinin vətəni cənub-şərqi Çin və Hindçin olsa da, ölkəmizin cənub bölgəsində də yetişdirilir.

Kinkan sitrus meyvələri arasında ən xırda ölçüyə malikdir. Soyuqdəymənin və öskürəyin qənimi olan kinkan meyvəsindən qan təzyiqi yüksək olan insanlar daha çox istifadə edirlər.

Kiçik meyvənin böyük faydalarından biri də odur ki, kinkan orqanizmin immun sistemini gücləndirir, bədənin xəstəliklərə qarşı müqavimətini artırır. Mütəxəssislər kinkan meyvəsini qabıqla bir yerdə istifadə etməyi məsləhət görürlər. Lənkəranın bazarlarında kinkan meyvəsinin bir kiloqramı 2 manata satılır.

Fermer Şıxəli Kazımov bildirib ki, kinkanın qiyməti yeni il üçün qalxacaq, martda isə bir kiloqramının 4,5-6 manat olması ehtimalı var.

Kinkan bitkisi 3 dəfə çiçək açdığı üçün onun yığımı noyabrın sonlarından iyul ayına qədər davam edir. Digər sitrus meyvələrindən kinkanın üstün cəhəti ondadır ki, onu istənilən vaxt ağacdan dərib yemək mümkündür.

Mərhələlərlə yetişən kinkanın məhsuldarlığı bu il yaxşıdır. Böyük ağaclar 60-70 kiloqram bar verib.

Yüksək qulluq tələb etməyən və xəstəliyə davamlı olan bu bitki digər sitrus bitkilərindən daha tez - üçüncü ildən məhsul verməyə başlayır.
/Azərtac/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”
Gürcüstanda deputatlar parlamentə buraxılmır
"Azərbaycan ordusu 1992-də Xankəndiyə girirdi…" – Ermənistanın keçmiş baş naziri
İran yenidən qarışdı - Polislər öldürülür - VİDEO
Prezident “28 May” metrostansiyasının qarşısında – FOTOLAR
Peşəkar rəssam, titulsuz yazıçı, medalsız idmançı və təltifsiz kinoaktyor
Azərbaycan millisi Slovakiya ilə oyundan öncə son məşqinə çıxıb
Bu gün Beynəlxalq Kişilər Günüdür
Ahmet Sağlam AKP-dən istefa verdi
Tehranda təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb- VİDEO
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏLİ MÖCÜZ ŞƏBÜSTƏRİ
"Onlar "Qarabağ" sevqisi üçün birləşir" - "İmarət" 10 yaşında