Qarabag Media
Haqqımızda Əlaqə

TERRORİZM VƏ ERMƏNİZM


Tarix:22-11-2016, 23:28 Kateqoriya:Manşet / Yazarlar

TERRORİZM VƏ ERMƏNİZM Saxtalaşdırılan tarix bəşəriyyətin ən ağır günahlarından biridir. Bir şey unudulur ki, heç vaxt heç nə gizli qalmır. Tarix özü bunu aşkarlayıb ortaya çıxarır. Son zamanlar cərəyan edən hadisələr bunun sübutudur.

Bəşəriyyət XX əsrdə bir çox müdhiş soyqırım və etnik təmizləmə cinayətlərinin şahidi olmuşdur. Bu cinayətlərin içərisində isə ən dəhşətlisi Xocalı soyqırımıdır. Bu soyqırımın təşkilatçıları və icraçıları bəşəriyyətə qarşı ən ağır cinayətlər törətmiş canilər kimi beynəlxalq qanunlar əsasında mühakimə olunmalıdırlar!
Ermənilərin Xocalıda törətdikləri vəhşiliklər bütün dünyaya məlumdur. Erməni terrorizmi bu gün bütünlükdə Qafqazda sülh və əmin - amanlığın bərqərarı üçün çox təhlükəlidir. Bu gün Cavaxetiyada erməni separatçı hərəkatı Gürcüstanın ərazi bütövlüyünə təhlükədir. Bu bir daha sübut edir ki, Ermənistan Respublikasının dövlət terrorizmi siyasəti çox genişdir. Bir fakta diqqət yetirin. Ermənistan dövlətinin konstitusiyasının gerbində Ararat dağı həkk olunub. Əslində isə bu Türkiyə ərazisində yerləşən Ağrıdağdır. Bundan başqa Ermənistanın dövlət müstəqilliyi haqda deklorasiyasına görə Türkiyə ərazisinin bir hissəsi olan Cənubi Anadolu Ermənistan ərazisi kimi göstərilir. Bu gün Türkiyəyə, Azərbaycana qarşı yönələn erməni terror siyasəti sabah da təbiidir ki, onu dəstəkləyən dövlətlərə qarşı da yönələcək. “Böyük Ermənistan” ideyası ilə yaşayan erməni siyasətçiləri öz məqsədlərini həyata keçirməkdən ötrü hər cür zorakılığa, vəhşiliyə, çoxsaylı insan qırğınına, oğurluğa, bir sözlə insanlığa yaraşmayan və sığışmayan hər bir şeyə əl atırlar. BMT – nin üzvü olan Ermənistanın dünyanın “etnik” ermənilərinə çağırış şüarı bütün dünyada səslənir. Şüar belədir: “Əgər sən ermənisənsə, Ermənistana kömək et!”. Təbii ki, onlar da biganə qalmırlar. Əllərindən gələn maddi və mənəvi dəstəyi göstərirlər. Hələ ötən əsrin 70 –ci ilindən Qarabağ məsələsinə qədər olan vaxta nəzər salaq. 1990 – cı ilə qədər 300 – dən çox terror aktı törədilmişdir. Erməni qruplaşmalarının plan-layihəsi ancaq türk diplomatlarına, siyasətçilərinə və biznesmenlərə yönəldilmişdi. ASALA adıyla yaradılan bu təşkilatın əsas meyarı Türkiyənin cənubunu, İranın şimal hissəsini, Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvanı, bir də indiki Ermənistan ərazisini birləşdirərək “Böyük Ermənistan” yaratmaqdır. Çox maraqlıdır ki, bu işləri həyata keçirmək üçün lazım olan külli miqdarda vəsait haradan əldə olunur?! Təbii ki, beynəlxalq terrorizmin iqtisadi – maliyyə bazasını təşkil edən mənbələrdən erməni təşkilatları da qidalanır. Bundan başqa konkret faktlara əsaslanaraq onu da isbat etmək olur ki, erməni terrorizmin maliyyə bazasının möhkəmlənməsində narkobiznes öz töhfəsini verir. Dünya ölkələrinin rəsmi orqanlar tərəfindən himayə edilən qeyri -leqal narkobiznesin inkişafı üçün əlverişli şərait yaradılmışdır. Ən iyrənc hallardan biri də bizim işğal olunan ərazilərimizdə narkotik tərkibli bitkilər plantasiyalarının salınması və buna xüsusi diqqətin ayrılmasıdır.

Bu gün bütün dünyanın əhalisi bəşəri ağrıları törədən mikroblara qarşı səfərbər olmalıdırlar. Təkcə Azərbaycanda son yüz ildə 86 dəfə soyqırım törədilmişdir. Onu da nəzərə almaq lazımdır ki, 1954 – cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına görə xalqlara və millətlərə məxsus mədəni irsin toxunulmazlığı olduğu kimi insan haqları və hüquqlarının müddəaları da qorunmalıdır. Təəssüf ki, ermənilər buna məhəl belə qoymurlar.

Amma mənfur düşmən bu gün Azərbaycan dövlətinin nə qədər qüdrətli, Milli Ordunun nə qədər güclü olduğunu aprel hadisələrində bir daha anladı. Arxalarında kim durur dursun, biz haqqımız olanı almağa qabilik! Qarabağ bizim dədə-baba yurdumuzdu! Bütün dünya azərbaycanlıları bu gün Ali Baş Komandanın ətrafında sıx birləşib.

Biz Ali Baş Komandana və Milli Ordumuzun gücünə güvənir, torpaqlarımız uğrunda vuruşmağa hər an hazırıq!!!

Ramin Əhmədov,
“Türk dünyası ağsaqqalları”
qəzetinin baş redaktoru










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"