Qarabag Media
Haqqımızda Əlaqə

Şərəf, qeyrət, ucalıq zirvəsidir ŞƏHİDLİK!


Tarix:22-11-2016, 03:20 Baxış Sayı:520 Kateqoriya:Manşet / Qəhrəmanlar / Cəmiyyət

Şərəf, qeyrət, ucalıq zirvəsidir ŞƏHİDLİK!Hamı kimi onun da öz arzuları vardı. Xoşbəxt məktəb illərinin astanasına arzuların qanadında uçub gəlmişdi. Taleyinə nələr yazıldığından xəbərsiz gəncliyin xoş ab-havasında köksündə daşıdığı gizli sevgiylə gələcəyə boylanırdı. Vətənin üstünə çökəcək qara dumandan xəbəri yoxdu. Və bu xoş düşüncələrdə onun heç ağlına da gəlməzdi ki, bir gün şərəfli bir ada sahib olub ən uca zirvədə məkan quracaq.

Söhbət açdığım qəhrəman əslən Ağdaş rayonunun Aşağı Nemətabad kəndində dünyaya göz açan, 1970-ci il təvəllüdlü şəhidimiz Sabir Kamil oğlu Şamilovdu. Məktəb illərinin sonunda imperiyanın süqutu vətənimizdən problemsiz ötmədi. Yurdun ən dilbər guşəsi Qarabağ işğala məruz qaldı. Əsrin dəhşətli faciəsi olan 20 yanvar hadisəsindən sonra Ermənistan SSR-də yaşayan azərbaycanlıların kütləvi surətdə qovulması baş verdi. Azərbaycan hakimiyyət orqanlarının qərarı ilə qaçqınlar Bakı və Sumqayıtda yerləşdirildi. Bu ərəfədə münaqişənin ilk qurbanları: iki Azərbaycan vətəndaşı Əsgəranda öldürüldü. 1991-ci ildə ermənilər Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində qondarma Dağlıq Qarabağ Respublikasının yaradılmasını elan etdilər. "Dağlıq Qarabağ respublikasının özünümüdafiə dəstələri" adı altında 15.000 nəfərdən ibarət qanunsuz silahlı qruplar təşkil olundu. Qarışıqlıq ərəfəsində Rusiya və Qazaxıstan prezidentlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Jeleznovodskda (Rusiya) keçirilən görüşdə münaqişənin sülh yolu ilə həll olunması barədə razılıq əldə edilsə də, erməni silahlı qüvvələri Dağlıq Qarabağın Xocalı və Hadrut rayonlarının azərbaycanlı əhalisinə qarşı kütləvi hücumlara başladı. 30 -a yaxın kənd işğal olunaraq viran edildi və sakinlər öz evlərindən didərgin salındı. Bütün bu hadisələr xalqın qanını oynatdı. hamı meydanlara cəbhələrə axışdı! Vətən darda idi! Vətən oğulları səfərbər olub düşmənə qarşı vuruşurdular. Sabir də döyüş səngərində şücaətlə vuruşurdu. Bu hadisə hamı kimi onun da ruhunu sarmış, bütün arzularının üstündən xətt çəkmişdi. "Öncə Vətən"- şüarıyla qaynar döyüşlərə girmişdi. Çılğın gəncliyin böyük vətən sevgisi şahin əzmində idi. Talanmış yurd fəryadına, işgəncəyə məruz qadınların-körpələrin iniltilərinə ürək tablamırdı. Ağdərə uğrunda qızğın döyüşlərdə idi Sabir. Gözəl xarakteri və qorxmazlığı ilə döyüşçü dostlarının rəğbətini qazanan qəhrəman Çıldıran döyüşlərində də iştirak edir. 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlir. Məmləkətin, xalqın qan yaddaşı, qürur yerinə çevrilir!

Şərəf, qeyrət, ucalıq zirvəsidir ŞƏHİDLİK!Canını Vətəninə qurban edən Sabirin qardaşları da könüllülər dəstələrinə yazılmışdılar. Ailədə 3 qardaş, 1 bacı idilər. İngilis yazıçısı Con Smit deyir ki, əgər həyatın sənin üzünə gülümsəməsini istəyirsənsə, qabaqca sən özün həyatın üzünə gülümsə. Sabir də həyatın üzünə gülümsəyərək öz möhtəşəm yerini seçmişdi. Uca məqama sahib olmuşdu! Möhtəşəm, üçrəngli bayrağa bükülmüş əsgər tabutu Aşağı Nemətabad kəndinə yol almışdı. Analar ağlamırdı! Saçlarını yolmurduar! Qürurla göz yaşlarını içlərinə leysan kimi tökürdülər. "Vətən sağ olsun!" -deyən ana, ürəyində Sabir balasına layla çalırdı. Hardasa sevdalı bir qız bəyaz əvəzinə qara paltar geyinirdi. Sevgililərin qulaq kəsildikləri anadillər də susmuşdular. Vətənin bir yanında qan tökülür, bir yanında isə təbiət sükuta bürünmüşdü. Dünyadan dünyaya əsgər köçürdü! Və bu günə qədər də işğaldan azad olmayan qara bəxtli Qarabağımızın göylərində fırlanır narahat ruhları! Vətənə sədaqət andı içən Sabirin də narahat ruhu onların arasındadır! Beləcə, Qarabağ hadisələri dövründə Ağdaş torpağı 181 şəhid verdi.

Şərəf, qeyrət, ucalıq zirvəsidir ŞƏHİDLİK!Müqəddəs “Qurani-Kərim”də deyilir: “Şəhidlərə ölü deməyin, onlar diridirlər və Allahın nemətləri ilə faydalanırlar, ancaq siz bunu bilmirsiniz”. Qeyrət, ucalıq zirvəsidir ŞƏHİDLİK! Vətən uğrunda ölmək böyük şərəfdi. Bu səbəbdən Vətən oğulları qaçmadı silahların qabağından. "Təki Vətən, el var olsun"- deyə səngərlərə atıldılar, yol aldılar şəhidlik zirvəsinə!

Vətənin səsinə səs verən mübarizlərimiz, Sabirlərimiz, əziz xatirəniz həmişə yaddaşımızda yaşayacaq. Çünki qəhrəmanlar ölmürlər, onlar əbədi yaşayırlar! Uğruna can verdiyin Qarabağımızda ruhunla görüşmək ümidilə, rahat uyu, şəhidim!!

Şərafət Şəfa




loading...




SON XƏBƏRLƏR
Azərbaycanda nümunəvi çimərlik yaradılacaq
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur
Avstriyanın ATƏT-dəki sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəyanat yayıb
İranda İsmayılizm təriqətinin yaranması
"Azarkeşlərin sayından asılı olmayaraq, biz Azərbaycanı təmsil edirik" - Qurban Qurbanov
SEVGİ TOYA GEDƏNDƏ BƏZƏNƏN ADAM KİMİ AŞİQİ TƏZƏLƏYİR
Tarix dərsliklərimizdə “erməni barmağı” nazirlikdən və Tarix İnstitutundan güclü imiş – bu da bir fakt…
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri protokol imzaladılar
«Ermənistan Azərbaycana müharibədən başqa çıxış yolu qoymayıb»
Vətən sevgisi, vətəndaşlıq borcu
Toy mərasimləri və sağlıqlar - ARAŞDIRMA
"İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır"
"Sarkisyan sözünün üstündə durmadı" - Prezidentin köməkçisi
Qanunsuz kredit almağa görə yeni cəzalar kəsiləcək
Əfsanə Laçın beynəlxalq müsabiqənin finalına yüksəldi
Madridin “Atletiko” klubu Bakıya gəlib
Con Makkeyn İraq hökumətini səhv etməməyə çağırıb
Kərkük azad edildi - VİDEO
"Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun" - Sarkisyan
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv mühitdə keçib - BƏYANAT
Macarıstanda Türkiyə və Azərbaycanlı iş adamları bir araya gəldi - FOTO
Türkiyə Bərzani ailəsini ingilislərdən necə XİLAS ETDİ? - 85 illik MƏXFİ SƏNƏD AÇILDI
II Türk Dünyası Sənədli Filmlər Festivalı Bakıda
Dünya Azərbaycanlıları Konqresi Rusiyaya müraciət edib - MƏTN
Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
Nigeriyada yaşayan azərbaycanlı xanım Afrikanın ən varlı adamına Azərbaycandan danışdı
İranın pilotsuz təyyarələri İŞİD-in mövqelərini darmadağın etdi - VİDEO
Soornbay Jeenbekov Qırğızıstanın yeni prezidenti seçilib
Milli Ordumuzun ilk “Qarabağ əməliyyatı”