Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanı nə gözləyir? - 3 illik rəsmi proqnoz


Tarix:20-11-2016, 19:30 Kateqoriya:Manşet / İqtisadiyyat

Azərbaycanı nə gözləyir? - 3 illik rəsmi proqnoz

İqtisadiyyat Nazirliyi tərəfindən 2017-ci il və sonrakı üç il üzrə makroiqtisadi proqnozlar açıqlanıb.

Karabakhmedia.az xəbər verir ki, 2017-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 1,0 faiz olmaqla 61,4 mlrd. manat təşkil edəcək. 2018-2020-ci illər ərzində artım tendensiyasının davam edəcəyi və 2020-ci ildə ÜDM-nin real artım tempinin 2,4 faiz olacağı proqnozlaşdırılır.

Qeyri-neft sektorunda ÜDM-in real ifadədə 2,5 faiz artaraq 41,7 mlrd. manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 82,7 faiz həcmində nəzərdə tutulur. 2017-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun 4,0 mlrd. manatı və ya 6,4 faizi kənd, meşə və balıqçılıq təsərrüfatının, 22,2 mlrd. manatı və ya 36,2 faizi sənayenin, 6,1 mlrd. manatı və ya 10,0 faizi tikintinin, 24,3 mlrd. manatı və ya 39,6 faizi xidmətlərin istehsalının, 4,8 mlrd. manatı və ya 7,8 faizi məhsula və idxala xalis vergilərin payına düşəcək.

Beləliklə, növbəti il və sonrakı 3 ildə fiskal yığcamlaşdırma siyasətlərinin davam etdirilməsi, dövlət büdcəsi xərclərinin optimallaşdırılaraq daha qənaətlə icra edilməsi, dövlət sektorunda xərclərin səmərəliliyin daha da artırılması, dövlətin borc və öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirilməsi, dövlət borcunun sərt limitləşdirilməsi, dövlət büdcəsinə ARDNF-dan transfertin az proqnozlaşdırılması və növbəti illərdə tədricən azaldılması, qeyri-neft sektoru və onun aparıcı sahələrində qabaqlayıcı iqtisadi artımın, habelə dövlət investisiyaları deyil, qeyri-neft ixracına əsaslanan iqtisadi artım modelinə keçidin dəstəklənməsi istiqamətində siyasət davam etdiriləcək./Qafqazinfo/

Günel Türksoy










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO