Qarabag Media
Haqqımızda Əlaqə

Aqil Acalov: Xoşqədəm Hidayətqızının səhvinə ATV cavabdeh deyil!


Tarix:15-11-2016, 00:27 Kateqoriya:Manşet / Müsahibə

Aqil Acalov: Xoşqədəm Hidayətqızının səhvinə ATV cavabdeh deyil!Alpaqut Federasiyasının prezidenti Aqil Acalov tele-aparıcı Xoşqədəm Hidayətqızı ilə bağlı yayılan videoya öz münasibətini bildirib. O, ilk olaraq, demokratik bir ölkə olan Azərbaycanda söz azadlığı sahəsindəki mövcud qiyməti yüksək qiymətləndirib: "Bu gün ölkəmizdə fikir azadlığı var, demokratiya var. Sözə heç bir sərhəd yoxdur. Ölkə başçısı cənab İlham Əliyev də hər zaman çıxışlarında demokratiyanı və onun ümdə prinsiplərini, söz azadlığını, fikir azadlığını dəstəklədiyini dönə-dönə vurğulayır. Və bu azadlıqların qorunması üçün dövlətimiz tərəfindən gərəkli addımlar atılır. Bu gün televiziyalar da, mətbuat da bu söz azadlığından kifayət qədər bəhrələnirlər. Amma bəzən efirə xoş olmayan məqamlar da çıxır. Ayrı-ayrı şəxslər onlara verilən azadlıqlardan sui-istifadə edərək efirə yaraşamayan hərəkətlər sərgiləyirlər".

Aqil Acalov Xoşqədəm Hidayətqızının videosu ilə bağlı ATV kanalını təqsirləndirən insanlara da müraciət edib: "Bu xanım şou yaratmaq, insanların acısından tamaşa düzəldib reytinq toplamaq naminə yalançı gözyaşları ilə, saxta mimikaları ilə tanınır. Amma bu, nə ATV-nin, nə də başqa bir kanalın günahı deyil. Bu gün hər kəs bu olaya görə ATV kanalını günahlandırır. Amma ATV nə edib? Xoşqədəm Hidayətqızına imkan yaradıb ki, köməyə ehtiyacı olanlara yardım etsin, çarəsizlərin çarəsi olsun. Məgər ATV kanalı deyib ki, insanların acısından şou düzəlt, saxta göz yaşlarınla insanları efir qarşısına topla?".
Federasiya prezidenti ATV televiziyasının hər zaman çarəsizlərin yanında olduğunu, onların problemlərini işıqlandırdığını, bir çox sanballı sosial-iqtisadi-idman verilişləri ilə, xəbərləri ilə diqqət çəkdiyini də vurğulayıb: "ATV kanalı vətənpərvər ruhda hazırladığı materiallarla, sosial problemin həlli istiqamətində görülən işlərlə, idmana, mədəniyyətə qayğısı ilə tanınan, sevilən telekanallarımızdan biridir. Bu kanalın rəhbərliyinin hansısa bir aparıcının kadrarxası oyunlarından, artistliklərindən məlumatı olmaması normaldır. Bu səbəbdən günahlandırarkən obyektiv olmağımız lazımdır, təqsirin kimdə olduğunu araşdırmağımız lazımdır"










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”