Qarabag Media
Haqqımızda Əlaqə

Mənfi gözlü insanlardan uzaq durun - PARAPSİXOLOQ MƏSLƏHƏTİ


Tarix:8-11-2016, 23:20 Kateqoriya:Manşet / Tibb

Mənfi gözlü insanlardan uzaq durun - PARAPSİXOLOQ MƏSLƏHƏTİ

Hərdən ətrafımızda olan insanların bizı pis təsir etdiyini anlayırıq. Başımız ağrayır, bizə adi və sadə görünən işlərimiz çətinləyə düşər, ailədə söz-söhbət yaranır və xırda problemlər artmağa başlayır. El arasında filankəsin gözü var deyimlərini hər zaman eşitmişik. İndi müasir dildə ona aura deyirik. Aura nədir və bu yeni sözün həyatımızla bağlılığı nədən ibarətdir? Xiromant, psixoloq və parapsixoloq Vahid Məcidlə söhbətimizdən belə başa düşdük ki, indi mənfi aurası olan insanlar müsbət aurası olan insanlardan daha çoxdur. Səbəb isə sadə və qısadır. Mənfi müsbətə qalib gəlir.

1Xəbər.com-a danışan V.Məcid deyir ki, bütün canlılar fiziki və daxili (ruhi) enerjiyə malikdirlər. O cümlədən insanlar da iki enerji sahəsinə aiddir. – fiziki enerji və ruhi enerjiyə, buna həmçinin biopole, aura da deyirlər. Müxtəlif adlar olsa da məna isə birdir. "Məsələ ondan ibarətdir ki, Insan aurasının özü 2 hissəyə bölünür. Dağıdıcı aura (aqressiv, yırtıcı, paxıl düşüncə, yaxud zəhərli şüa yönəltməsi) bir də pozitiv aura (buna ruhani aurada deyirlər, köməkçi, bərpaedici, mələyi aura). Bütün bunlardan bəlli olur ki, ümumən insanlar özləri xeyir və şər, yaxşı və pis, xeyirxah və əzazil, paxıl və rəhimli, yırtıcı və sakit tip və keyfiyyətlərinə bölünürlər. Sadaladığım bu əlamətlər birbaşa insanın özünün biopolesi yaxud aurası hesab olunur."

Parapsixoloqun təbirincə desək, auranın özü düşüncənin, hərəkətin, məqsədin əsas tərkib hissəsini təşkil edir. Paxıl insanın aurası da mənfiyüklü olur, - ətrafına mənfi qazabənzər enerji, zəhərləyici şüa ötürür. Bütün bunları onunla təmasda olan insan o dəqiqə hiss edir. Qarşı tərəfdə baş ağrılar, halsızlıq, ürəkbulanma halları, hətta bədənin temperaturu da qalxa bilər.

İnsanın sağlamlığı, psixi drumu ona təsir edəcək müsbət və mənfiyuklü enerjidən şox asılıdır. Mənfiyüklü, pis auralı insanlar digərlərinə çox pis təsir edir ki, qarşılarındakı zəif və müdafiəsiz kəsi çətin vəziyyətə sala bilir.

Vahid Məcidin sözlərinə görə, pozitiv auraya malik insanların özləri passiv və aktiv sahələrə bölünürlər. Passiv auraya malik insan dağıdıcı auraya malik “insanın” qarşısında çox dözümsüz olurlar - xəstələnər, zəifləyər, işləri alt-üst ola bilər, hətta ölə bilərlər. Amma aktiv müsbətyuklü insanlarda isə bu proses çox zəif baş verir. Müdafiə qabiliyyəti təbii resurslar üzərində qurulur, eyni zamanda şüurlu surətdə özünümüdafiə öz bəhrəsini verir. Mənfi və müsbət auraya malik şəxslər hətta uzaqda yaşasa belə, yaxud başqa zamanda yaşayıbsa belə doğum tarixini toplamaqla təyin etmək mümkün olur.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”