Qarabag Media
Haqqımızda Əlaqə

Baş həkim: "Çöpçülərin bu qədər geniş yayılması xoşagələn hal deyil"


Tarix:2-11-2016, 23:55 Kateqoriya:Manşet / Tibb

Baş həkim: "Çöpçülərin bu qədər geniş yayılması xoşagələn hal deyil""İl ərzində tənəffüs yollarında yad cisimlərin qalması hallarına yemək borusu ilə müqayisədə daha az rast gəlinir".

Bunu Ə.F. Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Xudiyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ay ərzində yemək borusuna yad cisimlərin düşməsi ilə bağlı 10-15 müraciət daxil olur: "Bu da il ərzində minimum 150 nəfər təşkil edir. Son zamanlar daha çox uşaqların 20 qəpik udması halları qeydə alınıb. Belə halda uşaqlar döş qəfəsində narahatlıq hiss edir, yalnız su qəbul edə bilir, digər qidalar isə keçə bilmədiyi üçün qusma ilə müşahidə olunur".

Baş həkim deyib ki, xəstəxanaya müraciət edənlərin yemək borusunda və tənəffüs yollarında yad cisimlər qalıbsa, onlar əməliyyat edilmədən təbii üsulla çıxarılır: "Nadir hallarda, yəni yad cisim ağciyəri keçib birbaşa toxumaya keçibsə, onda döş cərrahı tərəfindən qabırğararası kəsik aparılaraq əməliyyat olunur. Yemək borusunda və tənəffüs yollarında yad cisimlərin qalması halları bir neçə aylıq uşaqdan 17-18 yaş arasına qədər müşahidə olunur. Yad cisimlərin orqanizmdən çıxarılması narkoz altında aparılır".

A.Xudiyev Novruz bayramı ərəfəsində uşaqların tənəffüs yollarında yad cisimlərin (qoz, fındıq ləpəsi və qabığı) qalması hallarına çox rast gəlindiyini vurğulayıb: "Bayram günləri olanda işimiz daha da çətinləşir".

Baş həkim qeyd edib ki, diqqətli valideynlərin uşaqların tənəffüs orqanlarında yad cisimlər az hallarda qalır: "Müşahidələr onu deməyə əsas verir ki, zəif nəzarətdə olan uşaqlarda belə hallar daha çox rastlanır".

A.Xudiyev yemək borusunda və tənəffüs yollarında yad cisimlərin çöpçülər tərəfindən çıxarılması qeyri-mümkün olduğunu söyləyib: "XXI əsr olmağına baxmayaraq, bu gün də müxtəlif ərazilərdə çöpçülər fəaliyyət göstərir. Bəzən valideynlər uşaqlarını çöpçüyə apardıqdan sonra onlarda müəyyən ağırlaşmalar meydana çıxır və bundan sonra xəstəxanaya gətirilirlər. Azərbaycanda çöpçülərin bu qədər geniş yayılması xoşagələn hal deyil"./Report/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Abşeron Gənclər Şəhərciyində yanğın başlayıb
Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür - VİDEO
MSK ödənişli təşviqat aparacaq KİV-lərin siyahısını AÇIQLADI
HAVA XƏBƏRDARLIĞI: 5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
Almaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"
Kürdlər 34 İŞİD üzvünü sərbəst buraxıblar
Putin və Ərdoğan İstanbulda danışıqlara başlayıb
Qudasını qaçıran Rizvanın arvadı: "Ərimə yalvardım ki, balamın üstündən oyun oynama"
İlham Əliyev iranlı və ukraynalı həmkarlarına başsağlığı verdi
Xamneyi: “Axşamkı hücumla amerikalılara yalnız şillə vurduq, intiqam qarşıdadır”
ABŞ Ağ Evin təhlükəsizliyini gücləndirib
Nərminin başına açılan dəhşət - Başını əzib, dırnaqlarını kəsiblər
Şəhid hərbçimiz torpağa tapşırıldı – FOTO
Ruhani: “Regiondan amerikalıların ayaqları kəsiləcək”
Sabaha olan hava proqnozu açıqlanıb
Çavuşoğlu İraqa danışıqlara gedir
“Bu adamlara izah olunmalıdır ki, siz belə avtomobillərlə yola çıxarkən böyük təhlükə doğurursunuz...”
Pensiya almaq istəyənlərə şad xəbər: Yaş həddində dəyişiklik
Azərbaycanda keçiriləcək parlament seçkiləri AŞPA Bürosunun iclasında müzakirə ediləcək
ATƏT DTİHB-nin uzunmüddətli müşahidəçi missiyası Azərbaycana gəlib
“Hamıdan kömək istəyirəm, ürəyim doludur” - Şəhid pilotun anasından gəlininə ittiham
Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb
Tovuzda qızın vəhşicəsinə öldürülməsi: Hədəf qohumları göstərilir
"Bizim yaşamağa da vaxtımız olmadı" — "Arzular bağı" yenidən səhnədə
Akademik Bahadır Tağıyev vəfat edib
Almaniyada azərbaycanlının şikayəti əsasında erməni avtobusdan düşürülüb
Paşinyan növbəti dəfə pərt oldu və Azərbaycanla bağlı səhvini etiraf etdi...
Elza Seyidcahan deputatlığa namizəd oldu
20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib