Qarabag Media
Haqqımızda Əlaqə

STP-nin tərkibində olan müəssisələrdə 10 mindən artıq insan işləyəcək


Tarix:1-11-2016, 07:46 Kateqoriya:Manşet / İqtisadiyyat

STP-nin tərkibində olan müəssisələrdə 10 mindən artıq insan işləyəcək

Sabah Bakıda keçiriləcək VII Azərbaycan – Rusiya Regionlararası forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Sankt Peterburq şəhərindən gələn nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub.

STP-nin nümayəndəsi Əli Məmmədov qonaqlara Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında yaradılmış istehsal sahələrinin potensialı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsidir.

STP-nin tərkibində fəaliyyət göstərən ilk müəssisələrdən biri – Kabel və Maşınqayırma Zavodları qonaqlarda xüsusi maraq oyadıb. Məlumat verilib ki, Kabel zavodu regionun ən böyük kabel istehsalçısıdır. Burada istehsal olunan məhsullar həm daxili, həm də xarici bazarda satışa çıxarılır. Ən qabaqcıl texnologiyaların quraşdırıldığı zavodda 25000 çeşiddə məhsul istehsal olunur. Müəssisədə həmçinin optik rabitə kabelləri də hazırlanır.

Qonaqlar Maşınqayırma zavodunda istehsal olunan tikinti və sənayenin müxtəlif sahələrində istifadə olunan və təyinatına görə bir-birindən fərqlənən avtomobil qoşqu və yarımqoşquları, habelə yük avtomobillərinin şassiləri üzərinə quraşdırılan özüboşaldan və bortlu kuzovlar yaxından tanış olublar. Nümayəndə heyətinin nəzərinə çatdırılıb ki, zavodun kran təmiri və istehsalı kimi fəaliyyət sahələri vardır. Bu müəssisədə 200 tona qədər kranlar istehsal oluna bilər.

Daha sonra qonaqlar digər zavodlarla da tanış olub. Bildirilib ki, qısa müddətdə Cənubi Qafqazda unikal müasir texnopark yaradılıb. Artıq 17 zavod işə salınıb və qısa bir zamanda üç müəssisə də açılacaqdır. Sumqayıt texnoparkı bütövlükdə əsasən ixrac məhsulları istehsal edən 30 zavod və müəssisəni birləşdirəcək və burada 10 mindən artıq insan işləyəcəkdir. 2012-ci ildə STP iki beynəlxalq İSO standartı alıb ki, bu da texnoparkın məhsullarının dünya bazarına çıxarılmasına imkan yaradıb.

STP-nin iş prosesinin maraqla izləyən, Azərbaycanın uğurlu inkişafına heyran olduqlarını bildirən qonaqlarda Sumqayıt Texnologiyalar Parkından xoş təəssürat yaradıb. Sonda isə nümayəndə heyəti çay süfrəsinə dəvət olunub. Onları maraqlandıran suallar cavablandırılıb. Gələcəkdə STP-nin məhsullarının Sankt Peterburq bazarına çıxarılması perspektivləri, əməkdaşlıq əlaqələri müzakirə olunub.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı