Qarabag Media
Haqqımızda Əlaqə

Zəngilanın işğalından 23 il keçir…


Tarix:29-10-2016, 20:34 Kateqoriya:Manşet / İşğal Əraziləri / Cəmiyyət

Zəngilanın işğalından 23 il keçir…Oktyabrın 29-da respublikamızın dilbər guşələrindən olan Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 23 il keçir.

Karabakhmedia.az xəbər verir ki, 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan sonuncu rayondur. Müharibədə 188 şəhid verən Zəngilan rayonunun 44 sakini itkin düşmüş sayılır. Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görmüşdü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.

Zəngilan inzibati ərazi vahidi rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Bakı–Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Rayonun ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olub. Zəngilanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı – üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edirdi.
İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.

Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. İndi düşmən baltasına tab gətirə bilməyən həmin çinarları ermənilər doğrayaraq xarici ölkələrə satırlar. Həmçinin mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də hazırda ermənilər tərəfindən talan edilir.

Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğu bərbad vəziyyətə salınıb. Qoruq ərazisindəki qiymətli ağacları kəsib-doğrayan ermənilər onlardan mebel sənayesində istifadə etməkdədirlər.

Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngindir. Onlardan ən böyüyü “Şəhri Şərifan” adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır.
İndi doğma yurd-yuvalarından didərgin düşmüş zəngilanlılar ölkəmizin müxtəlif rayonlarında yaşayırlar…

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Mustafa Vəkiloğlu kim idi? – Azərbaycan Cümhuriyyəti - 100
DƏMİR MAYOR KARVANI NECƏ MƏHV ETDİ
Bu gün Milli Qəhrəman Yusif Mirzəyevin anım günüdür
İş adamı Fizuli Məmmədov daha 5 Qarabağ qazisinə mənzil bağışlayacaq
"Qarşımızda heç kim dayana bilməz" - Mövlud Çavuşoğlu
Türkiyənin “Aser Teknoloji” şirkəti antidron silahını nümayiş etdirib
Prezident Qarabağ münaqişəsinin həlli şərtini açıqladı
Yol polisləri özlərini suya atıb ana və 6 aylıq körpəni xilas etdilər – AĞDAŞDA
İŞİD üzvü olan AZƏRBAYCANLI qadınlara İraqda hökm oxundu
Azərbaycanda bolşevik işğalına qarşı üsyanların təşkili və həyata keçirilməsi
İsrail ordusu Suriyaya girəcək - Netanyahu
Ötən ay Azərbaycanda 13 milyon manatlıq kompüter və elektrik avadanlıqları istehsal edilib
Lavrov Azərbaycanı Rusiyadan qoparmaq cəhdləri barədə danışıb
Osmanlı xəstə yatağında olsa da, Azərbaycana vəfa borcunu yerinə yetirdi — Azərbaycan Cümhuriyyəti - 100
Azərbaycan cüdoçuları ilk yarış günü 4 medal qazandı
Daha bir azərbaycanlı futbolçu Çexiya klubuna transfer olundu
NATO rəhbəri Rusiyadan gələn nüvə təhlükəsi ilə bağlı xəbərdarlıq etdi
“Bütöv Azərbaycan ideyasının KİV-də təbliğinin hazırkı durumu” mövzusunda diskussiya
Şəhid Rüstəm Mirzəyevin anım günüdür
"Hamıya partizanların səfərbər edilməsi haqqında əmr göndərilib" — QARABAĞIN GENERAL-QUBERNATORU SULTANOV
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına yeni texnika daxil edildi
Hollandiya uydurma “erməni soyqırımı”nı tanıdı
Lütlənən qız-gəlinlərimizlə fəxr etməliyikmi?..
Rusiyanın Mərkəzi Bankı qarət edildi
İsgəndər Həmidov Araz Əlizadənin cavabını verdi
Nazirlik summativ qiymətləndirmə ilə bağlı yenilikləri açıqlayıb
Əfqan müharibəsinin gizlinləri: Azərbaycanın itkin, yaralı, adsız qəhrəmanları…
ABŞ-ı dünyaya rəzil edən FOTOLAR
Binəli Yıldırım: "Türkiyə PKK ilə mübarizədə müttəfiqlərdən daha çox dəstək gözləyir"
Ərdoğanla Tillerson arasında görüş yekunlaşıb