Qarabag Media
Haqqımızda Əlaqə

Aqil Acalov doğum gününü valideyn himayəsindən məhrum uşaqlarla keçirdi


Tarix:25-10-2016, 04:12 Kateqoriya:Manşet / Müsahibə

Aqil Acalov doğum gününü valideyn himayəsindən məhrum uşaqlarla keçirdiAzərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov doğum günündə Bakıdakı "Uşaq Sığınacağı və Reinteqrasiya Mərkəzinə" baş çəkərək valideyn himayəsindən məhrum olan uşaqlarla görüşüb.

Federasiya rəhbərini digər alpaqutlar, idmançılar, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, "Uşaqların Xoşbəxt Gələcəyi" təşkilatının üzvü Arzu Şərifova yalnız buraxmayıblar.

Alpaqut Federasiyasının kollektivinin də baş çəkdiyi uşaq evində uşaqlara türkün bu qədim döyüş sənəti barədə məlumat verərək, onlara sağlam həyat tərzinin, idmanın önəmi də vurğulanıb.

Aqil Acalov doğum günlərini qeyd etməyi sevmədiyini bildirərək, belə bir günü məhz qayğıya ehtiyacı olan uşaqlarla keçirmək istədiyini söyləyib: "Uşaqlar bizim gələcəyimizdir. Sağlam təfəkkürlü, milli ruhda bir yetişən bir gənclik formalaşdırmaq istəyiriksə, bunu uşaq yaşlarından başlamalıyıq. Və hər birimiz bu yolda əlimizdən gələni etməliyik. Çox şükür ki, dövlətimiz uşaq evlərini hər cür şəraitlə təmin edir. Bu körpələrin ehtiyacı olan bizim qayğımız, sevgimizdir".

Kimsəsiz uşaqlarla xoş vaxt keçirən federasiya prezidenti bundan sonra da tez-tez onlara baş çəkəcəyini söyləyib: "Bu, mənim ən yaddaqalan ad günlərimdən oldu. Bu qədər sevgidolu uşaqlarla özəl günümü paylaşmaqdan çox zövq aldım".


Aqil Acalov doğum gününü valideyn himayəsindən məhrum uşaqlarla keçirdi










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"