Qarabag Media
Haqqımızda Əlaqə

Məşədi Mehralı körpüsü - Əsirlikdə olan abidələrimiz

Tarix:18-10-2016, 15:33 Baxış Sayı:1497 Kateqoriya:Manşet, Laçın yurdu, Abidələr

Məşədi Mehralı körpüsü - Əsirlikdə olan abidələrimiz Bahadur müəllimin (Bahadur Nəcəfov) yaradıcılıq işinin bir hissəsi Azərbaycanın Laçın rayonu və həmin rayonun Pircahan kəndi haqqında mikroantropoloji və etnoqrafik toponimlərini tarixi araşdırmaları ilə bağlıdır. Bu mövzunun tədqiqini atam 1980-ci ildən bəri zərrə-zərrə toplayaraq zəhmətlə, əziyyətlə, atamın öz sözü ilə desəm, “gözünün nurunu” itirmək bahasına ərsəyə gətirmişdir. Ömür vəfa etmədiyi üçün onun bu şərəfli və məsuliyyətli işini övlad borcu olaraq mən öz üzərimə götürmüşəm.

Əsərin bir hissəsi bu yazı mətninin içərisində olduğu kimi (yazı mətninin bir qismi “Ağrıdağ” qəzetinin 29 aprel–5 may 1989-cu il tarixli sayında dərc olunmuşdur) verilir. “Azərbaycan Respublikası, Laçın rayonu, Pircahan kəndinin mikroantropoloji və etnoqrafik toponimləri” Hər söz bir tarixdir deyiblər. Tariximizin gözügötürməyənlər tərəfindən məhv edilməsi, adların saxtalaşdırılması və ya erməniləşdirilməsi bu barədəki araşdırmalara zəruri ehtiyac yaradır. Adlar getdi tarix batdı, tarix batdı millət öldü. Ona görə də ilk növbədə adlar qorunub saxlanmalıdır. Çox böyük ürək ağrısı və təəssüf hissilə qeyd etməliyik ki, Laçın torpağı hələ də erməni işğalı altındadır. Bu torpaqda ad və ya tarixi abidələrimizə qarşı aparılan vandalizm indi də açıq-aşkar davam etdirilir.

Azərbaycan tarixində mühüm əhəmiyyətə malik maddi mədəniyyət abidələrindən biri olan, Laçının tarixi abidələri içərisində XVIII əsrin axırı və XIX əsrin əvvəllərində inşa edilmiş Pircahançay üzərindəki Məşədi Mehralı tağbənd körpüsü kəndin 4-5 km-də yerləşir, Həkəri çayının yuxarı hövzəsindədir. Pircahanlı Behbudalıyev Məşədi Mehralı Məşədi Mərdan oğlu bu körpünü öz şəxsi vəsaiti hesabına tikdirmişdir. Əsrlərin amansız sınaqlarından uğurla çıxmış bu əzəmətli tarixi abidənin divarları yumurta ağı qarışığı ilə hörülmüşdür. Körpü tikilib qurtarandan sonra onun ilk çay daşqınından uğurla çıxması münasibətilə Məşədi Mehralı naxırından bir neçə tuncu cöngə ayırıb kəsdirmiş və ətini qurban payı kimi kəndbəkənd əhaliyə paylatmışdır. Körpü Laçının ucsuzbucaqsız yaylaqlarına dartınan Qarabağ, Mil, Muğan, Təklə və hətta Şirvan köçəri əhalisinə, o cümlədən də 60 minlik Laçın əhalisinin yarıdan çoxunu əhatə edən 60-dan artıq kəndə eyni səxavətlə illər boyu təmənnasız xidmət göstərmişdir. Xatırladaq ki, Məşədi Mehralı Məşədi Mərdan oğlu Bevdalıyev (Behbudalıyev) Pircahan kəndinin himqoyanlarının 4-cü nəslinə mənsub olan beş qardaşdan biridir (Bu yazı müəllifinin – Bahadur Nəcəfovun ata babası Nəcəfalı (Nəcəf) isə həmin qardaşlardan ən kiçiyidir). Hələ çox-çox əvvəllər xain erməni qəsbkarları körpünün partladılıb məhv edilməsinə nail olmaq üçün əhali arasında belə şayiə yaymışlar ki, körpünün hər iki bünövrəsində qiymətli xəzinə var. Bu hiylə ilə körpünü məhv etmək istəmişlər. Lakin körpünü tikdirmiş kişinin törəmələri və el, camaat belə şayiələrin qarşısını almış, körpünün 1992-ci il işğalına qədər salamat qalmasına, nəhayət ki, nail olmuşlar. Bu cür şayiələrlə ermənilər körpünün 200–300 metr şimal-qərbində, çayın sol sahilində yerləşən ulu kökdən qalma “Qışlaq” adlanan qəbiristanlıqdakı daş heykəlləri, qarşıqarşıya dayanmış nəhəng daş qoçları və s. qəbrüstü məbəd və abidələri, onlara aid daş yazıları partladıb məhv elətdirməyə nail olmuşlar (guya onların da içərisində qızıl gizlədilmişdir deyərək). İndi bu körpüdən əsərəlamət belə qalmayıb. Erməni xəyanətkarları başqa əvəzsiz mədəni-tarixi abidə və məbədlərimiz kimi, onu da partladıb məhv etmişlər. Körpüdən təxminən 200 metr qərbdə, çayın sağ sahilində “Məşədi Mehralılar” deyilən geniş bağlar və maldarlıq binələri cərgələnirdi. Həmin tikililərdən işğala qədər 11 kəndi əhatə edən və mərkəzi də Pircahan kəndi olan sovxoz da hazır heyvandarlıq bazası kimi uzun illər istifadə edib faydalanmışdır. Beləliklə, Pircahanlı Məşədi Mehralının öz şəxsi vəsaiti hesabına tikdirdiyi bu möhtəşəm tarixi abidəni indi ancaq foto-şəkildə görmək mümkündür.

Laçında Ağoğlan məbədi deyilən bir tarixi abidə də var. Bu məbədin tarixi daha qədimlərə gedib çıxır. Ermənistanla sərhəd xəttinin yaxınlığında yerləşdiyindən ermənilər vaxtaşırı bu qədim tarixi abidənin “ziyarətinə” gəlmiş, hər gedəndə də özləri ilə heç olmazsa bir daş götürüb aparmağı da unutmamışlar.1 Elə daşları ki, onları ancaq texnikanın gücü ilə söküb, üzərindəki qədim türk yazılarını erməniləşdirmək üçün İrəvana, Gorusa aparmış, “işlərini” görüb qurtardıqdan sonra yenə gətirib öz yerinə hörmüşlər. Bəşəriyyət tarix boyu çox xəyanətlər görüb, lakin tarixi abidələrin dəyişdirilərək erməniləşdirilməsi kimi xəyanəti bəşər övladı ermənilərdən başqa heç kimdə görməmişdir. Bu, həqiqətən də bəşər tarixində yalnız ermənilərə məxsus nadir xəyanətdir. Onun ağır zərbəsi təkcə bir xalqa, bir millətə və ya bir ölkəyə dəyən zərbə deyildir. Belə xəyanətlərin acı nəticələri bütün dünya tarixinə, bütün bəşər övladına dəyir...”

Xalid BAHADUROĞLU

Laçın yurdu - №3(6), 2012

SON XƏBƏRLƏR
"BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!"
"MQSİPHK" İctimai Birliyi Ağcabədi rayonunda tədbir keçirəcək
Tramp Səudiyyə Ərəbistanına yola düşüb
Yasəmən - ayrılığın adı
Boksçularımız İslamiadanı 7 medalla başa vurdu
ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasına dair bəyanat yayıblar
Mirşahinin qardaşı həbs edildi
Avropa Parlamentinin deputatları Azərbaycana səfər edəcək
"Surət Hüseynov demişdi ki, Laçını alsaq Elçibəyi devirə bilməyəcəm" - Sabiq qərargah rəisindən şok açıqlamalar
Azərbaycanın futbol üzrə milli komandası finala yüksəlib
25 ildir Laçını yuxularda görürük...
Azərbaycanın milli avtomobil brendinin dizaynı hazırlandı – FOTO
Laçının işğalından 25 il ötür
Ölümün ən gözəli də sənin oldu - Şəhid Milli Qəhrəmanımız yubiley yaşında...
Üzeyir bəyi sintezator çalmağa məcbur edənlər
And içdik ki, komandiri güllələyək
Ötərxan Eltac: TƏCİLİ ŞUŞANI QAYTAR, YOXSA...
Azərbaycan əhalisinin sayı açıqlanıb
Ərdoğan: “Türkiyə PYD/YPG-nin maraqlarını heç vaxt nəzərə almayacaq”
Prezident İlham Əliyev AXC-nin 100 illiyi ilə bağlı sərəncam imzaladı
Ölüm sevinməsin - Kimlər keçdi bu dünyadan
Azərbaycanı xaricdə necə tanıtmalı?
Bahar Muradova Zahid Oruca səsləndi: Bəlkə imkan verəsən danışaq?!
"Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki təkbaşına vasitəcilyindən də imtina etməliyik" – Politoloq
Şəhid Məzahir Bayramovun doğum günüdür
İdmançımız dördüncü qızıl medalını qazandı
Laçın - Qaragöl dövlət təbiət qoruğu - FOTO
Avropada Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlıq güclənir
Laçının işğalı ilə bağlı həqiqətlər - Laçın alayının sabiq qərargah rəisi danışır (MÜSAHİBƏ)
Yetimliyimizin 25 ili tamam olur!