Qarabag Media
Haqqımızda Əlaqə

Maliyyə çətinlikləri çəkən jurnalın yeni sayı nəşr olunub - FOTO - VİDEO


Tarix:6-10-2016, 22:30 Kateqoriya:Manşet / Laçın yurdu / Cəmiyyət

Maliyyə çətinlikləri çəkən jurnalın yeni sayı nəşr olunub - FOTO - VİDEO Artıq 5 ildir ki, nəşr olunan “Laçın yurdu” jurnalının 20-ci sayı işıq üzü görüb.

Öncəki illərə nisbətdə jurnal bu il maliyyə çətinlikləri ilə üz-üzə qalmışdır. Belə ki, ildə 4 dəfə nəşr olunan jurnalın bu il 3 dəfə çap olunması nəzərdə tutulub. Bu çətinliklərə baxmayaraq jurnalın təsisçisi və baş redaktoru Arif Məmmədli jurnalın dövrülüyünü dayandırmaq niyyətində deyil. İnanırıq ki, təəssübkeş laçınlılar, iş adamları sözün həqiqi mənasında jurnala maddi və mənəvi dayaq olacaqlar. “Laçın yurdu” jurnalı şou, reklam, şantaj xarakterli yazıları öz səhifələrində görmür və görmək fikrində də deyil. Diqqətli oxucular yaxşı bilirlər ki, jurnal ilk sayından başlayaraq Laçın rayonunun tarixindən, kəndlərindən, toponimlərindən, şəxsiyyətlərindən, ziyalılarından, sənət adamlarından, adət-ənənələrindən mütəmadi məqalələr çap edib və öz ənənəsini bu günə qədər də qorumaqdadır.

Jurnalın 20-ci sayında da əvvəlki saylarında olduğu kimi “araşdırma”, “axtar babaları”, “o kənd bizim kəndimizdi”, “kimlər keçdi bu dünyadan”, “ovqat”, “qazilərimiz”, “şəhidlərimiz”, “idmançılarımız” və digər rubrikalar altında müxtəlif məqalələr çap edilib.

Jurnalın yeni sayında Milli Məclisin de¬putatı Mahir Abbas¬zadənin müsahibəsi, Laçınlı təhsil işçilərinin konfransı və yüksək bal toplayan laçınlı abituriyentlər haqqında məlumat işıq üzü görüb.

İnanırıq ki, Ələddin Əhmədovun “Dağların sultanı”, Orxan Cəbrayılın “Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi – Firudin bəy Daryal”, Nemət Bəxtiyarın “Laçın dağlarının Nəcib şairi”, Venera Mirzəyevanın “Kərbəlayı Ramazan”, Elnur Mehdiyevin “Fədakar alim ömrü”, Sayad Qarayevanın “Fədakar ana” adlı məqalələri və digər yazılar oxucularımız tərəfindən maraqla qarşılanacaq.

Maliyyə çətinlikləri çəkən jurnalın yeni sayı nəşr olunub - FOTO - VİDEO

Maliyyə çətinlikləri çəkən jurnalın yeni sayı nəşr olunub - FOTO - VİDEO




Araz YAQUBOĞLU,
“Laçın yurdu” jurnalı baş redaktorunun müavini












SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ