Qarabag Media
Haqqımızda Əlaqə

Stalin Azərbaycandakı bu qalada cəza çəkib

Tarix:27-09-2016, 11:48 Baxış Sayı:1664 Kateqoriya:Manşet, Abidələr

Stalin Azərbaycandakı bu qalada cəza çəkib
Ötən əsrin əvvəllərində burada 3 minə yaxın məhbus olub. Onlara 4 böyük, 14 kiçik nəzarətçi nəzarət edib. Binada 2 tibb kamerası fəaliyyət göstərib.

Qalalar tarixən, uzunmüddətli dairəvi müdafiə üçün hazırlanan, daim qarnizonu, silahları, ehtiyatları olan strateji əhəmiyyətli məntəqə rolu oynayıb. Qədim dövrlərdə torpaq bəndlər, ağac, kərpic, daş və sair divarlarla əhatə olunan müdafiə istehkamı qurulardı. İnşaat işlərinin təkmilləşdirilməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qülləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9-10 metrə, bəzi hallarda 30 metrə çatırdı.

Azərbaycanda ən qədim qalalar siklop tikintilərdir. Qalaların təsnifatını verərkən demək lazımdır ki, feodalizm dövründə şəhərlərin ətrafı ikiqat, üçqat divarlarla və xəndəklərlə də əhatə olunurdu. Bu tip qalalar üçün dördkünc, dairəvi və yarımdairəvi bürclər xarakterikdir.

Azərbaycan ərazisində bir çox qalalar mövcud olub və belə qalalardan biri də Lənkəran Qalasıdır (yaxud Dairəvi Qala). Bu qala rusların 1727-ci Xəzərin Lənkəran sahillərində yerləşməsi və möhkəmlənməsi üçün tikilən 3 qaladan biridir.

Tədqiqatçı Ayaz Əhmədovun Sputnik-in bölgə müxbirinə verdiyi məlumata əsasən, qalanın cənub və şimal-şərq hissəsində 2 dairəvi istehkam-dayaq məntəqəsi olub: "Bunlardan biri hal-hazırda Lənkəran şəhərinin mərkəzində "Mayak" binası kimi istifadə edilən binadır. Digəri isə şəhərin başqa bir hissəsində olan və uzun illər həbsxana kimi istifadə olunan Dairəvi Qaladır. Bəzi mənbələrdə hər iki istehkam arasında yeraltı yol olduğu qeyd olunur. Bu yeraltı yolda iki nəfər ayaq üstə və yan-yana sərbəst hərəkət edə bilib. Sözügedən yolun işıqlandırılması üçün hər 2 metrdən bir rəflərdə qoyulan saxsı qablarda çıraqlar yandırılıb".

Müsahibimiz bu istehkamların 1869-cu ilə kimi mühüm müdafiə və dayaq məntəqəsi rolu oynadığını deyib: "1869-cu ildə bu məntəqələrin birində, daha doğrusu şimal-şərq hissəsindəkində olan istehkamın üzərinə silindr şəklində tikili əlavə olunub və donanmaya təhvil verilib. Məhz 1869-cu ildən bu bina Lənkəranda "Mayak" kimi bu günə kimi istifadə edilir".

"Lənkərançay yaxınlığında, daha dəqiq cənub hissəsində olan digər istehkam-dayaq məntəqəsi Çar Rusiyası və eləcə də Sovet dönəmində bina həbsxana kimi istifadə edilib. Bu binada 140 nəfər məhbusun cəza çəkməsi nəzərdə tutulsa da, öncə buraya 268 nəfər məhbus yerləşdirilib", — tədqiqatçı vurğulayıb.

Onun sözlərinə görə, "Lənkəran ensiklopediyası"nda yazılan məlumata əsasən, Dairəvi qalada 1911-ci ildə 2668 nəfər məhbus cəza çəkib: "Onlara 4 böyük, 14 kiçik nəzarətçi nəzarət edib. Binada 2 tibb kamerasının hərəsində 15 nəfər olmaqla, eyni vaxtda 30 məhbus müalicə olunub. 1965-ci ildə Dairəvi qalada fəaliyyət göstərən həbsxana ləğv edilib. 1970-90-ci illərdə bina tikiş sexi kimi fəaliyyət gstərib. 2010-cu ildə bina təmir edilib və yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunur". Bəzi mənbələrdə qeyd olunur ki, 1903-04-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan və o dövrdə "Koba" ləqəbi ilə tanınan İosif Stalin bu qalada cəza çəkib. Hazırda binada Lənkəran Şəkil Qalereyası fəaliyyət göstərir./Sputnik/

Karabakhmedia.az


SON XƏBƏRLƏR
Məşhur italyan modeldən Xocalıya dəstək
Xocalı şəhidləri Parisdə yad edilib
İBRAHİM OĞLU ÖMƏR XƏYYAMA HANSI ƏHVƏLATI DANIŞMIŞDI
Azərbaycan İsrailə “Dəmir günbəz” kompleksi sifariş verib
`Rusiya MDB-yə qoşulmağımız üçün Xocalı soyqırımını törətdi` - Sabiq müdafiə naziri
Ailə tərkibi 6 nəfər olan köçkünlərə 4 otaqlı ev veriləcək
Komitə məcburi köçkünlərə müraciət etdi - aylıq müavinətlər bu ay verilməyəcək
Qasımuşağı tikmə və xalçalarında `S` şəkilli ornament (`qol`)
Şəhidlərimizin adları açıqlandı - RƏSMİ
Cəbhədə növbəti toqquşma: Düşmən itki verdi - RƏSMİ
Arutunyan: “Müharibəyə hazırlaşmalıyıq, əks təqdirdə itirdiklərimiz böyük olacaq”.
Yolumuz Vətənədi - Qönçəgül Kamalqızı yazır
“Münaqişə tərəflərini təmkinli olmağa və danışıqlara dəvət edirik” - İran XİN
Xocalının son toyu – FOTO
Prezident “Xocalı” abidəsini ziyarət edib
Xarici İşlər Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı BƏYANAT
"Bacım ölmüş anamın döşünü əmərək sağ qaldı" - Xatirə Orucova
`Atamı gözümün önündə diri-diri yandırdılar` – Xocalıda valideynlərini itirmiş `25-lər`dən biri
Əbədi nifrət...
Rusiyanın Ankaradakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib
"Ermənilər qüvvələrini cəbhə xəttinə çəkirlər, tanklar ön xəttə toplanıb"
XX əsrin faciəsi: Xocalı soyqırımından 25 il ötür (VİDEO)
Füzuli rayon 40 saylı tam orta məktəbdə Xocalı qurbanları anılıb - FOTO
Ordumuz düşmənin atəş nöqtəsini darmadağın etdi - VİDEO
İraqda 4 min cəsədin basdırıldığı kütləvi məzarlıq aşkar olunub
"Facebook"da pulköçürmə sistemi istifadəyə verilib
“Sənədsiz evlərə və torpaqlara mülkiyyət hüququ verilməlidir” - Ombudsman
Niderland Parlamentinə Xocalı soyqırımı ilə bağlı petisiya təqdim olunub
Ağdamda kəndlər boşaldılır? — İcra başçısından açıqlama
Düşmən geri oturduldu: İtkilərimiz var - RƏSMİ