Qarabag Media
Haqqımızda Əlaqə

Elnur Eltürk: `Tarixən erməni kilsəsi erməni milli şüurunun oyanmasında stimul olub`


Tarix:20-09-2016, 22:25 Kateqoriya:Manşet / Müsahibə

Elnur Eltürk: `Tarixən erməni kilsəsi erməni milli şüurunun oyanmasında stimul olub`Suallarımızı illərdən bəri diaspor məsələləri ilə məşğul olan Elnur Eltürk cavablandırdı.

– 2016-cı ildir. 15 ildən artıqdır ki, 21-ci əsrdəyik. Etiraf edim ki, bir çoxları kimi mən də yeni əsr, üstəlik yeni minilliklə birlikdə başlanan əsr öz sözünü deməyə başlayan kimi dünyada hansısa dəyişikliklərin, özü də təbii ki, müsbət ruhlu dəyişikliklərin baş verəcəyini düşünürdüm. Yeni əsr başladı. Və yeni əsrin ilk ilinin 9-cu ayında 11 sentyabr olayı yaşandı. Şəxsən mənim qənaətimcə, 11 sentyabrdan sonra dünyadakı sərhədlər daha keçilməz oldu. Və bundan hamıya, bütün ölkələrə pay düşüb. Siz necə düşünürsünüz?

– Geopolitik nöqteyi-nəzərindən yanaşmalıyıq. Gəlin görək dünyada 11 sentyabrdan sonra nələr baş verdi?! Doğrudanmı, Amerika bu qədər cılız və zəif dövlət idi ki, bir neçə terrorçu gəlib geniş miqyaslı dəhşətli hadisəni törətsin. Mənə çox maraqlıdır. Hələ də bu kimi suallar insanları düşündürür. Onsuz da güclü dövlətlər özlərinə sərf edən sərhədləri cızıblar. İndi dünyada kim güclüdürsə,özü üçün sərhəd cızır. İnsanlıq amili arxa plana keçir.

– Şərti olaraq “diaspor məsələsi” adlandıra biləcəyimiz problemlərlə nə vaxtdan məşğul olmağa başlamısınız? Ən əsası isə niyə məhz bu məsələyə bu qədər vaxt sərf edirsiniz?

-Tələbə olarkən Fazil Rəhmanzadənin “Yol” kitabı oxuyurdum. O zamandan xaricdə yaşayan soydaşlarımız və təşkilatlarımız haqqında təsəvvürüm yaranmağa başladı. Bu, kitab mənə gələcək fəaliyyətimə stimul verdi. Tələbəlik illərim ictimai fəallıqla keçib. Sırf diaspor fəaliyyətim Dünya Azərbaycanlıları Konqresindən başlayıb. Bir gün dostum Qarabağ qazisi Xanoğlan Heydərov səhv etmirsəmsə, 2006-ci il olardı, məni xaricdə diaspor fəaliyyəti ilə məşğul olan Dünya Azərbaycanlıları Konqresinə dəvət etdi. Dedi ki, orada ölkəmizin tanınmış ziyalıları fəaliyyət göstərirlər. Gəl, biz də burada çalışaq. Xanoğlan Heydərov özü ictimai fəal olduğu üçün bu işləri çox yaxşı bilirdi. Konqresin gənclər təşkilatının formalaşmasında böyük fəallığım olub. Bunu orada fəaliyyət göstərən insanlar bilirlər. Bu, təşkilatda fəaliyyətim mənə yüzlərlə dost və çevrə, təşkilatlarla işləmək imkanı qazandırdı. Bundan sonra diaspor təşkilatları sıx əlaqələr qurdum. Bu günə qədər öz imkanlarım daxilində fəaliyyətimi davam etdirirəm.

– Qabaqlar, sovet dövründə Vətənin haradan başlanması ilə bağlı yaddaqalan mahnı vardı… Diaspor haradan başlanır Elnur müəllim?

-Məncə, dünyanın hansı bir yerində soydaşımız yaşayırsa, diaspor oradan başlayır. Sadəcə olaraq, vətəni və onun bayrağını sevməlisən. Amma, yaşadığı ölkənin qanun və qaydalarına hörmət etməlisən ki, qaldığın ölkənin yerli insanları sənin vətəninə hörmət etsinlər. Öz dəyərlərini qorumaq şərti ilə yaşadıqları cəmiyyətə sürətlə inteqrasiya etməlidirlər ki, öz təsir imkanlarını olsunlar.

– Diasporun Vətəndən, Vətənin diaspordan əsas gözləntiləri hansılardır?

-Onlardan gözləntilərimiz nə qədər çoxdursa, eynilə onların bizdən gözləntilər var. Bunlar qarşılıqlı olarsa,istənilən hədəfə tez çatmaq olar. Onlara qarşı diqqətçil olmalıyıq. Çünki bizim mənəvi dəstəyimiz onlara böyük güc verir. Bu gün bizə daxili və xarici həmrəylik lazımdır. Dünya Azərbaycanlılarının IV Qurultayında ölkə rəhbəri qarşılıqlı əməkdaşlığın önəmini diqqət çəkməsi təsadüfi deyil.

– Deyilənə görə, bir çox dünya ölkələrində, şəhərlərində bir-biri ilə rəqabət aparan diaspor təşkilatlarımız var. Doğrudurmu?

-Təəssüf ki,var. Bu, məni çox narahat edir. Dəfərlərlə söhbət zamanı da narahatçılığımı səsləndirmişəm. Yəqin ki, bunun həlli üçün zaman lazımdır və müəyyən vaxtdan bu kimi hallar aradan qalxacaq. Yeni yaranan təşkilatlarla köhnə təşkilatlar arasında xırda anlaşılmazlıqlar olur. Ancaq yenə də qarşılıqlı işbirliyi olmalıdır.

– Səbəb nədir?

– Səbəbləri bir sıra amillərlə bağlamaq olar. Məncə, psixoloji-sosial və ictimai faktoru. Mən təhqirdən uzaq insanam. Mənə elə gəlir ki, intellektual insanlar həmişə münaqişələrdən uzaq gəzirlər. Burada bir az mənəm-mənəmliyin rolu var. Bəzi insanlar istəyirlər ki, irəlidə olsunlar. Biz də istəyirik ki, onlar sağlam və bir-birilərinə qarşılıqlı hörmətlə rəqabət aparsın. Buna baxmayaraq, yenə də Azərbaycan diasporunun yüzlərlə fədakar insanları var ki, onlar ölkəmiz üçün çox böyük işlər görürlər. Onların əməyini xüsusi qeyd etməliyik.

– Erməni diasporu az qala nağıllarımızdakı divlər qədər güclü təsvir edilir. Belədir bu doğrudan da?

– Erməni diasporunun yaranma tarixinə nəzər salsaq onların təsir imkanları ortaya çıxır. Belə fikirlərin olmasını təbii qarşılamaq lazımdır. Tarixən erməni kilsəsi erməni milli şüurunun oyanmasında stimul olub. Bir dəfə dostlarla bu mövzuda söhbət edirdik ki,onlar bəzi güclər Azərbaycan və Türkiyəyə hansısa bir təzyiq etmək istəyən zaman erməni diasporundan bir alət kimi istifadə edirlər. Bizə də bu “div”i gerçək güc kimi sırımağa çalışırlar. Amma, buna baxmayaraq daima hazırlıqlı və ayıq olmalıyıq.

– İndi də planlar, diaspor fəaliyyətinizlə bağlı planlar haqqında, dəyərli dostlarımızın təmsil edildiyi “Diaspor Jurnalistlər Birliyi”nin gələcək işləri haqqında danışaq.

-Biz DJB olaraq Azərbaycan həqiqətlərinin təbliğində hədəflərə çatmaq üçün fərqli layihələr həyata keçiririk. Öz təbliğati işimizdə yeni formalara üstünlük veririk. Çalışırıq ki, faciələrimizi özümüzün yox, başqalarının dili ilə dünya ictimaiyyətinə çatdıraq. Belə olduqda təbliğat daha böyük effekt vermiş olar./1905.az/

Fuad Babayev










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”