Qarabag Media
Haqqımızda Əlaqə

Bütün öd daşları əməliyyat olunmalıdırmı? - MÜSAHİBƏ


Tarix:14-09-2016, 22:36 Kateqoriya:Manşet / Müsahibə

Bütün öd daşları əməliyyat olunmalıdırmı? - MÜSAHİBƏAvropa və Türkiyə Fitoterapiya Cəmiyyətinin üzvü, dərman bitkiləri üzrə tədqiqatçı, həkim-fitoterapevt Elnur Rəhimovun Trend-ə müsahibəsi.

- Azərbaycanda öd daşı kimi tanınan xəstəliyin insanlar arasında yayılma səviyyəsi necədir? Kimlər daha çox risk qrupuna aid edilir?

- Əsas risk qrupu qadınlar, xüsusilə qadınların hamiləlik dövrüdür. Xolesterin mənşəli öd daşları qadınlarda daha çox rast gəlinir. Öd daşı digər ölkələrdə olduğu kimi Azərbaycanda da geniş yayılıb.

- Niyə görə kişilərə nisbətən qadınlarda bu xəstəliyə daha çox rast gəlinir?

- Bu, daha çox hamiləliklə əlaqələndirilir. Hamiləliyin 3-cü trimesterində öddə xolesterinin miqdarı artır və hamilə qadınlarda yemək zamanı öd kisəsinin hərəkətliliyi zəifləyir. Bununla da ödün kolloidal stabilliyi pozulur və o, çökməyə meyilli olur. Tədqiqatlar göstərir ki, hamilə qalan qadınların 20-30%-də öd kisəsində çöküntülər əmələ gəlir. Amma hamiləlikdən sonra bu qadınların yalnız 5-12%-də öd daşı inkişaf edir.

Qadınlarda daha çox olan esterogenləri nəzərə alsaq, esterogenlər qaraciyərdə lipoprotein reseptorlarını stimulyasiya edir və qida ilə daxil olan xolesterinin maksimal mənimsənilməsini təmin edir. Bununla da öddə xolesterinin miqdarı artmış olur. Yaş faktoru da önəmlidir. Yaşa dolduqca ödə xolesterin ifrazı artır və öd turşularının yaranması isə azalır. Öd daşları çox alkoqollu içki qəbul edən kişilərdə də yaranır. Alkoqolun uzun müddət qəbulu nəticəsində yaranan seroz kimi qaraciyər xəstəlikləri öd turşularının sekresiyasının azalmasına səbəb olur. Öd turşularının azalması isə xolesterinin həll olunmasında çətinliklər yaradır və onun çökməsinə gətirib çıxarır. Digər tərəfdən, seroz, öd yollarının infeksiyaları kimi qaraciyər xəstəliklərində öddə bilirubinin miqdarı da artmış olur ki, bu da piqment daşlarının yaranmasına gətirib çıxarır.

- Öd daşı hansı səbəblərdən yaranır?

- Öd daşının əmələ gəlmə müxtəlifliyi çoxdur. Əksər hallarda öd daşı tərkibcə xolesterin mənşəli olduğu üçün mübadilə pozğunluğu öd daşının yaranmasına daha çox səbəb olur. Adicə “Seftriakson” antibiotiki 4 gündən çox və intensiv istifadə olunarsa, öddə ilk olaraq, çamur, yəni palçıq, daha sonra daş əmələ gələ bilər. Həmçinin birdən-birə kəskin arıqlama və ya kökəlmə də hazırkı dövrdə ən çox rast gəlinən öd daşı səbəblərindəndir.

- Sağlam qidalanan şəxsdə öd daşı yarana bilərmi?

- Sağlam qidalanan şəxslərdə öd daşı daha az əmələ gəlir. Sağlam qidalananlarda ödün qaraciyərdə yaranması və öd kisəsində emal olunması, eləcə də bağırsaqlarda rahat öz işini görməsi üçün şərait olduğundan ehtimal azdır. Amma 1-2 faiz hallarda öd daşının sağlam qidalanan insanlarda da yaranmasına rast gəlinir.

- Öd daşı diaqnozu ilə həkimə getdiyimiz zaman həkimlərin çoxunun məsləhəti yalnız bu olur: "öddə daşı əritmək mümkün deyil, onu kəsdirin". Həqiqətənmi öd daşının əridilməsi mümkün deyil?

- Heç bir orqan artıq yaradılmayıb və hər birinin öz funksiyası var. "Bütün öd daşları əridilməli və ya əməliyyat olunmalıdır " deyə bir aksiom yoxdur. Əməliyyata göstərişi olan, eləcə də təbii yolla əridilməsi mümkün olan öd daşları var. Bunun üstünə erkən düşülərsə, əksər hallarda əritmək mümkün olur. Bu məsələdə USM, eləcə də rentgen müayinəsinin doğruluğu da önəmlidir. Elə olub ki, öd daşının əridilməsini israr edən pasientlərdə əməliyyat göstərişi çıxıb. Əksər xəstələrə isə əməliyyatın vacibliyini deyiblər, amma əməliyyata ehtiyac olmayıb, daşı əridə bilmişik. Adətən, USM həkimləri daşı görüb “bunu kəsdirin” deyirlər, sonra xəstə müalicə olunduqdan 2-3 ay sonra yenidən USM-ə təkrar yoxlanışa getdikdə onlar məəttəl qalıblar ki, daşlarınız kiçilib və ya əriyib.

- Öd daşının bitkilərlə əridilməsi mümkündürmü?

- Öd daşının təbii yolla əridilməsi mümkündür və bu, müəyyən edilmiş müayinələrdən asılıdır.

- Ödün cərrahi yolla götürülməsi sonralar insan orqanizmi üçün hansı problemlər yarada bilər?

- Öd kisəsinin əməliyyatla xaric olması açıq və laparoskopik olur. Bu zaman ödün hansı göstərişlə xaric olması önəmlidir. Əməliyyatdan sonra yarana bilən fəsadlar da ona uyğun olur. Bəzən tam müayinə olunmadıqda öd yollarında kiçik ölçüdə daş olarsa, əməliyyatdan sonra bu, ağrı verə bilər.

- Ödümüzü necə qoruya bilərik?

- Əsas odur ki daş əmələ gəlmədən öncə onu qoruyaq. Hər səhər yeməkdən 20 dəq əvvəl 10 q solmazçiçəyi və alaqanqal götürüb 200 ml - də dəmləmək və içmək, günorta yeməkdən öncə “Melissa” və ya istiotlu nanə yarpağı (5 q olmaqla) içmək olar. Axşam yeməkdən öncə zəyərək toxumu 1 çay qaşığı toz halına salıb qəbul etmək məsləhətdir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov
NATO-nun qalmaqallı sənədini imzalamağa Ərdoğanı nə vadar etdi?
TÜRKİYƏ XİN RƏHBƏRİNDƏN QARABAĞ AÇIQLAMASI
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub
Prezidentdən Əlibaba Məmmədovla bağlı - SƏRƏNCAM
Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
“Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir” - Fuad Muradov
Ukraynanın NATO-ya qəbul olunmasının şərti açıqlandı
Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Bakının bu rayonunda yolların yenidən qurulmasına 11,8 milyon manat ayrıldı
İlham Əliyev parlamentin buraxılması haqqında sərəncam imzalayıb, növbədənkənar seçkilərin vaxtı təyin edilib
Bakıda İƏT-in sədri seçilib
Danimarkada azərbaycanlı gənc 12 saniyəyə rəqibini məğlub etdi
Konstitusiya Məhkəməsi Prezidentin sorğusu ilə bağlı QƏRAR qəbul edib
Bakıda bu məktəblər qalib elan olundu - SİYAHI
“Bunu etsələr, ölkəyə gətirilən ikinci əl avtomobillərin qiyməti baha olacaq...” - Ərşad Hüseynov
Azərbaycan-İran sərhədində silahlı insident baş verib
Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə
Azərbaycanda qatar maşınla toqquşdu: ölənlər var
İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış olub
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması sədrinin Brüsselə səfəri başlayıb
Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb - VİDEO
Güney azərbaycanlı gənc rejimin qüvvələri tərəfindən ailəsinin gözünün qarşısında öldürülüb – Təbrizdə
Paşinyan Məmmədyarovla görüşdən əvvəl Mnatsakanyana nə deyib?
Misir Mərdanov deputat olmaq arzusunu gizlətmədi – “Mən namizədliyimi verə bilərəm”
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Putinin gizli qatarı ilk dəfə görüntüləndi – VİDEO
“Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm” - BDU-nun rektoru
Lavrov: "Qarabağ icmaları arasında təmaslar bərpa olunmalıdır"
Meşədə asılmış qadın meyiti tapıldı