Qarabag Media
Haqqımızda Əlaqə

Yeni dövrün tələblərinə uyğun olaraq Konstitusiyada müəyyən əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranıb


Tarix:8-09-2016, 22:31 Kateqoriya:Manşet / Müsahibə

Yeni dövrün tələblərinə uyğun olaraq Konstitusiyada müəyyən əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranıbMahir Abbaszadə: Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər dövlətimizin daha da güclənməsinə xidmət edəcək.

Məlum olduğu kimi, sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsi (referendum) keçiriləcək. Prezident İlham Əliyevin təşəbbüsü əsasında səsverməyə çıxarılan Referendum Aktına görə, Konstitusiyanın 23 maddəsinə (9, 24, 25, 29, 32, 36, 47, 49, 53, 56, 57, 58, 59, 60, 68, 71, 85, 89, 100, 101, 105, 121, 126) əlavə və dəyişikliklərin edilməsi, habelə yeni 6 maddənin (98, 103, 106, 108, 110, 146) əlavə edilməsi nəzərdə tutulub. Milli Məclisin deputatı Mahir Abbaszadə “Yeni Azərbaycan” qəzetinə verdiyi müsahibədə bu əlavə və dəyişikliklərin hansı sahələri əhatə etməsindən, həmçinin əhəmiyyətindən danışıb. Millət vəkili ilk olaraq bu əlavə və dəyişikliklərin hansı zərurətdən irəli gəldiyinə dair sualı cavablandırıb:

- Öncə onu deyim ki, hazırda Azərbaycan çox ciddi hüquqi-siyasi hadisə ərəfəsindədir. Sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi (referendum) keçiriləcək. Bəzən radikal düşərgə təmsilçiləri, yaxud hansısa “ekspertlər” bu dəyişikliklərin zəruri olmadığını iddia edir, özlərinin “haqlı” olduğunu sərgiləmək üçün müxtəlif əsassız açıqlamalarla gündəmi zəbt etməyə çalışırlar. Bu iddialara cavab olaraq bildirmək yerinə düşər ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər Azərbaycan Respublikasında gedən iqtisadi inkişafdan, ölkədə vətəndaşların hüquq və azadlıqlarının qorunması, dövlət strukturlarının təkmilləşdirilməsi, Silahlı Qüvvələrin gücləndirilməsi, respublikanın təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, vətəndaşların məhkəmələrə özlərinin hüquqlarının qorunması üçün müraciətlərinin tam şəkildə təmin edilməsi, o cümlədən seçkili orqanlarda iştirak və burada olan baryerlərin aradan qaldırılması zərurətindən, bilavasitə Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasından irəli gələn dəyişikliklərdir.

Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası dünyanın ən mütərəqqi əsas qanunlarından sayılır. Lakin həyat yerində durmur. İnsanlar, cəmiyyət, dünya sürətlə dəyişir və inkişaf edir. Eyni zamanda, ötən hər gün meydana yeni tələblər, yeni meyarlar çıxarır. Təbii ki, yeni dövrün tələblərinə uyğun olaraq bir sıra qanunlarda, o cumlədən Əsas Qanunda müəyyən əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranır. Bir sözlə, gənc dövlət kimi Azərbaycanın fəaliyyəti, inkişafı, dünya dövlətləri arasında özünə layiqli yer tutması, beynəlxalq konvensiyalara qoşulması belə bir zərurət yaradıb ki, 2002-ci və 2009-cu illərdə olduğu kimi, bu dəfə də Konstitusiyada müəyyən əlavə və dəyişikliklər edilsin.

- Dəyişikliklər əsasən insan hüquq və azadlıqlarının daha da genişləndirilməsini özündə ehtiva edir...

- Ümumiyyətlə, bu dəfə təklif edilən əlavə və dəyişikliklərə blok şəklində baxsaq, görərik ki, onların bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunub. İnsan hüquqları ilə bağlı mövcud müddəalara bəzi vacib əlavə və dəyişikliklər təklif edilib. Məsələn, Konstitusiyanın 24-cü maddəsinə “İnsan ləyaqəti qorunur və ona hörmət edilir” ifadəsi əlavə olunması təklif edilib. Eyni zamanda, həmin maddəyə hüquqlardan sui-istifadəyə yol verilməməsi ilə bağlı vacib bir əlavə də edilib. İnsan hüquqlarının vacib elementi olan bərabərlik hüququ ilə bağlı Konstitusiyada təklif olunan yenilik isə əhalinin müxtəlif kateqoriyaları ilə bağlıdır. Məsələn, 25-ci maddəyə təklif edilib ki, birinci cümlədə “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə, ikinci cümləsində “milli” sözü “etnik” sözü ilə əvəz edilsin. Bundan başqa, həmin maddəyə aşağıdakı məzmunda VI əlavə edilir: “Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar”.

Referendum Aktı layihəsində yer alan vacib məsələlərdən biri də mülkiyyətlə bağlıdır. Məlumdur ki, bəzi hallarda mülkiyyət sahiblərinin davranışları və fəaliyyəti Azərbaycanın sosial dövlət fəlsəfəsinə uyğun gəlmir. Bir çox hallarda mülkiyyətçilər və ya sahibkarlar sahib olduqları mülkiyyətdən səmərəli istifadə olunmasında maraqlı olmur, ya da inhisarçı və istismarçı mövqedə dururlar. Bu isə Azərbaycanın ümumi iqtisadi maraqlarına cavab vermir. Belə olan halda, bu cür məsələlərin tənzimlənməsi zərurəti ortaya çıxır. Bununla yanaşı, sahibkarlıq subyektlərinin müxtəlif sosial layihələrdə iştirak etməsi məsələsi də vacibdir. Yəni sahibkarlar, xüsusi mülkiyyətçilər öz sosial öhdəliklərini dərk etməlidirlər. Layihədə Konstitusiyanın 29-cu maddəsində V və VI hissələrə müvafiq olaraq “Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur”, “Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər” məzmunlu cümlələrin əlavə edilməsi qeyd edilib. Bununla bağlı bildirmək yerinə düşər ki, ümummilli sərvət olan torpaqlardan səmərəli istifadə çox aktualdır. Hazırkı mərhələdə ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına dair Dövlət proqramları həyata keçirilir və bu sahədə təhlükəsizliyin təmin edilməsi üçün torpaq ehtiyatları əsas baza rolunu oynayır. Bu səbəbdən torpaqlardan səmərəli istifadə edilməsi məsələsi müstəsna əhəmiyyət kəsb edir. Elə sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququnun qanunla məhdudlaşdırılması da məhz bu çağırışlardan irəli gəlir.

İnsan hüquqları ilə bağlı daha bir dəyişiklik şəxsi toxunulmazlıq hüququ ilə bağlıdır. Belə ki, təklif olunan dəyişikliklər şəxslərin toxunulmazlıq hüquqlarının daha da gücləndirilməsini nəzərdə tutub.

İnsan hüquqları blokuna dair sonuncu dəyişiklik təklifi isə 36-cı maddə ilə bağlıdır. Həmin dəyişiklik əmək hüququ əsasında işləyənlərin hüquqlarının müdafiəsini özündə ehtiva edir və elə bu səbəbdən də kifayət qədər böyük ictimai maraq doğurur. Bu məqsədlə müvafiq maddəyə edilən dəyişikliyə lokaut anlayışı əlavə edilib.

- Məlumdur ki, təklif edilən dəyişikliklərdə ölkəmizin təhlükəsizliyi ilə bağlı mühüm müddəalar da öz əksini tapıb. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Təbii ki, hər bir xalqın və dövlətin milli təhlükəsizliyi ən prioritet məsələdir. Bu mənada, təhlükəsizliyimizin konstitusion əsaslarının yaradılması üçün əsas qanuna ediləcək dəyişikliklər olduqca böyük əhəmiyyətə malikdir. Yəni bu gün dünyada cərəyan edən hadisələri, həmçinin bu hadisələr fonunda milli dövlətlərin mövcudluğuna ciddi təhdidlərin yaranmasını nəzərə alsaq o zaman qeyd edə bilərik ki, Referendum Aktı layihəsində təhlükəsizlik məsələlərinin yer alması milli dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Bu baxımdan təklif edilib ki, 58-ci maddənin IV hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin: “Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır”.

Eyni zamanda, qüvvədə olan Konstitusiyanın 9-cu maddəsinin I hissəsində qeyd olunur ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır. Lakin bu maddədə Azərbaycan Ordusunun Silahlı Qüvvələrin bir hissəsi olduğu barədə əlavənin edilməsi bu maddənin tam mahiyyətini açmış olur və mövcud boşluğu aradan qaldırır. Belə ki, təklif olunan yeni redaksiyada 9-cu maddənin I hissəsində qeyd olunur ki: “Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir”.

Heç şübhəsiz, bu dəyişikliyin konstitusion norma səviyyəsinə qaldırılması qeyri-qanuni hərbi birləşmələrin yaradılmasının qarşısını almaq üçün vacib hüquqi bazanı formalaşdırmış olur. Silahlı birləşmələr dedikdə onun tərkibində çoxsaylı qoşun növlərinin olmasından söhbət gedir. Bu dəyişikliklər qeyri-qanuni silahlı birləşmələrin yaradılmasının qarşısının alınması məsələsini gündəmə gətirir. Bu, dünyada son zamanlar yaşanan hadisələrlə bağlıdır. Yəni təhlükəsizlik məsələlərindən doğan zərurətdir. Bu baxımdan konstitusion norma ilə özünün təsdiqini tapması vacibdir.

- Bundan başqa, dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bir sıra mühüm dəyişikliklər də nəzərdə tutulur. Bu dəyişikliklərin mahiyyətini necə izah edərdiniz?

- Birmənalı olaraq qeyd etmək yerinə düşər ki, Referendum Aktında idarəetmə institutlarında yeni keyfiyyət dəyişikliklərinin yaradılması da nəzərdə tutulub. Yəni Konstitusiya Aktı layihəsinə əlavə edilmiş 4 yeni maddə (103, 106,108 və 110-cu maddələr) ilk növbədə dövlət strukturlarının optimal təkmilləşdirilməsi, onların səlahiyyətlərinin dəqiqləşdirilməsi və son nəticədə yaxşı idarəetmə mexanizmlərinin tələblərinə cavab verməsi mahiyyəti kəsb edir. Həmin dəyişikliklərə əsasən, ölkəmizin siyasi idarəçilik sistemində ilk dəfə olaraq Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi nəzərdə tutulub. Bu isə heç də təsadüfi deyil. O mənada ki, Azərbaycan prezidentli respublikadır, bəzi hallarda bir-birini təkrar edən müəyyən idarəetmə strukturları var. Prezident üsul-idarə sisteminin mövcud olduğu bir sıra ölkələrdə ölkə prezidenti 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi özünə birinci vitse-prezident və vitse-prezidentlər təyin etmək hüququ var. Bu sistem idarəetmədə yeni keyfiyyət yaradır. Ona görə də vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda idarəetmə sahəsində yeni və olduqca vacib hadisədir. Layihədə əks olunmuş təklifə əsasən, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Eyni zamanda, layihədə Konstitusiyaya “Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir” məzmunlu cümlənin əlavə edilməsi də qeyd edilib. Beləliklə, Azərbaycanda yeni effektiv, optimal idarəetmə institutu yaradılacaq. Prezidentlik institutu daha da güclənəcək və idarəetmədə yeni operativ və effektiv mərhələ başlayacaq.

- Bəs bir millət vəkili kimi, dəyişikliklər paketində parlamentin səlahiyyətləri ilə bağlı öz əksini tapan müddəalarla bağlı nələri vurğulamaq istərdiniz?

- Referendum Aktı layihəsində əksini tapan məsələlərdən biri də Azərbaycan Respublikasının Milli Məclisi ilə bağlıdır. Layihədə qeyd edilib ki, “Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır”. Müharibə şəraitində olan, ərazisinin 20 faizinin işğal altında olduğu bir ölkə üçün hakimiyyətin vahid bir mərkəzdə formalaşması olduqca vacib məsələlərdən biridir. Prezidentə bu səlahiyyətin verilməsi prezidentlik institutunu daha da möhkəmləndirməklə ölkənin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək.

Bir sözlə, Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktı günün tələbidir və əminəm ki, xalqımız bu islahatlara səs verəcək.

Nadir AZƏRİ










SON XƏBƏRLƏR
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov
NATO-nun qalmaqallı sənədini imzalamağa Ərdoğanı nə vadar etdi?
TÜRKİYƏ XİN RƏHBƏRİNDƏN QARABAĞ AÇIQLAMASI
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub
Prezidentdən Əlibaba Məmmədovla bağlı - SƏRƏNCAM
Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
“Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir” - Fuad Muradov
Ukraynanın NATO-ya qəbul olunmasının şərti açıqlandı
Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Bakının bu rayonunda yolların yenidən qurulmasına 11,8 milyon manat ayrıldı
İlham Əliyev parlamentin buraxılması haqqında sərəncam imzalayıb, növbədənkənar seçkilərin vaxtı təyin edilib
Bakıda İƏT-in sədri seçilib
Danimarkada azərbaycanlı gənc 12 saniyəyə rəqibini məğlub etdi
Konstitusiya Məhkəməsi Prezidentin sorğusu ilə bağlı QƏRAR qəbul edib
Bakıda bu məktəblər qalib elan olundu - SİYAHI
“Bunu etsələr, ölkəyə gətirilən ikinci əl avtomobillərin qiyməti baha olacaq...” - Ərşad Hüseynov
Azərbaycan-İran sərhədində silahlı insident baş verib
Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə
Azərbaycanda qatar maşınla toqquşdu: ölənlər var
İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış olub
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması sədrinin Brüsselə səfəri başlayıb
Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb - VİDEO
Güney azərbaycanlı gənc rejimin qüvvələri tərəfindən ailəsinin gözünün qarşısında öldürülüb – Təbrizdə
Paşinyan Məmmədyarovla görüşdən əvvəl Mnatsakanyana nə deyib?
Misir Mərdanov deputat olmaq arzusunu gizlətmədi – “Mən namizədliyimi verə bilərəm”
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Putinin gizli qatarı ilk dəfə görüntüləndi – VİDEO
“Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm” - BDU-nun rektoru
Lavrov: "Qarabağ icmaları arasında təmaslar bərpa olunmalıdır"
Meşədə asılmış qadın meyiti tapıldı