Qarabag Media
Haqqımızda Əlaqə

Sabiq baş nazir Həsən Həsənov: "Azərbaycanlılar zərdüştilik dininə sitayiş etməyiblər"


Tarix:8-09-2016, 08:18 Kateqoriya:Manşet / Müsahibə

Sabiq baş nazir Həsən Həsənov: "Azərbaycanlılar zərdüştilik dininə sitayiş etməyiblər" Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri, ictimai-siyasi xadim, tarix üzrə elmlər doktoru Həsən Həsənovun rus dilində “Qız Qalası” kitabının müəllifidir. Kitabda Həsən Həsənov Azərbaycanın tarixi-memarlıq irsi üçün mühüm əhəmiyyət kəsb edən Qız Qalası və onun inşası, memarlıq üslubu və digər xüsusiyyətləri, eləcə də Zərdüştlük və atəşpərəstlik dini təlimləri ilə əlaqədar yeni tarixi-elmi yanaşmalarla çıxış edib. Həsən Həsənovun apardığı elmi-tədqiqat fəaliyyəti ilə bağlı APA-ya müsahibəsini təqdim edirik.

– Sizin Zərdüştilik dini ilə bağlı fikirləriniz "Qız Qalası" kitabınızda yer alıb. Fikirlərinizi bizimlə də bölüşməyinizi istərdik.

– Qısaca desəm, Azərbaycanlılar zərdüştilik dininə bir xalq olaraq cəm şəklində sitayiş etməyiblər!

– Niyə?

– Ona görə ki, Zərdüştilik dini türk əsilli xalqların düşüncəsinə və mənəviyyatına zidd dindir.

– Deyilənə görə axı Zərdüşt Azərbaycanda doğulub?

– Bəli, bəzi mənbələr deyir ki, Zərdüşt Azərbaycanda doğulub. Amma bu, heç də onun yaratdığı dinə məhz azərbaycanlıların sitayiş etməsini düşünməyə əsas vermir. Məsələn, İsa peyğəmbər yəhudi olaraq doğulub, lakin onun dininin arxasınca yəhudilər deyil, qeyri-yəhudi xalqlar gedib.

– Bəs niyə azərbaycanlılar arasında Zərdüştilik dininin doğma olması haqqında geniş fikirlər yayılıb?

– Bunun iki səbəbi var. Səbəbin biri ondan ibarətdir ki, əvvəllər Rus İmperiyası, sonra da Sovet ideologiyası azərbaycanlıları türk kökündən ayırmaq məqsədilə dönük xalq kimi qələmə verirdilər. Bir çox alimlərimiz azərbaycanlıların dönmə xalq olduqları ideyasını geniş şəkildə elmi əsərlərdə və məqalələrdə əks etdirirdi. İkinci səbəb də ondan ibarətdir ki, bir çoxu atəşpərəstlik mövhumunun mahiyyətinə varmadan onu zərdüştiliklə eyniləşdirir.

– Bəs zərdüştilik atəşpərəstlik deyilmi?

– Xeyr. Zərdüştilər özlərini atəşpərəst saymırlar və vurğulayırlar ki, onların dinində ilahi qüvvə atəş deyil, Ahura Mazdadır. Ahura Mazdaya azərbaycanlılar Hörmüz deyir. Od isə əslində zərdüştilikdə ilahi qüvvə deyil. Sadəcə ilahi qüvvə ilə, yəni Ahura Mazda-Hörmüz ilə əlaqə vasitəsidir.

– Bəs atəşpərəst kimlərdir?

– Təkrar edirəm ki, zərdüştilik atəşpərəstlik deyil, zərdüştilər atəşə pərəstiş etmirlər. Atəşə pərəstiş edən xalq isə islamaqədərki türk əsilli xalqlardır. Bu başqa mövzudur və onu müstəqil şəkildə təqdim etmək lazımdır.

– Dedikləriniz nə ilə sübut oluna bilər?

– Dediklərimi ancaq və ancaq Zərdüştilərin Əhəmənilər dövründə formalaşan Avesta və Sasanilər dövrünə aid olan bir sıra başqa müqəddəs kitabları vasitəsilə sübut etmək olar. Mənim dediklərimə inananlara təşəkkürümü bildirirəm, inanmayanlara isə məsləhət görürəm ki, mövqelərini aydınlaşdıracaq kiçik bir tədqiqat aparsınlar.

– Bu tədqiqat nədən ibarətdir?

– Ən azı aşağıdakı məlumatlara cavab verərək həqiqətən də Zərdüştiliyin türk əsilli xalqlarının dini olub-olmamasını dəqiqləşdirmək olar.

1.Avestada iki ilahi qüvvə haqqında söhbət gedir. Onlardan biri Ahura Mazda (Hörmüz) – xeyir ilahisidir, ikincisi isə Anqromaniya (Əhriman) – şər qüvvəsidir. Avestada hansı etnik qrupların Ahura Mazda (Hörmüz), hansıların isə Anqromaniya (Əhriman) tərəfdarı olmasını aydınlaşdırmaq.

2.Avestada Franqrasyan, pəhləvi mənbələrində isə Frasyaq adlanan şəxsin kim olmasını, bu şəxsin hansı etnik qrupa mənsubluğunu və zərdüştiliyə münasibətinin necə olduğunu aydınlaşdırmaq.

3.Zərdüştilik dinini qəbul edənlər ilkin olaraq mütləq aşağıdakı ifadəni səsləndirməli və ona riayət etməlidirlər. Avestada yer alan cümlə aşağıdakı kimidir: “Mən özümü Mazdaya pərəstiş edən dinin tərəfdarı sayıram. O dinin, hansı ki, «xvaetvadata» yoluna riayət edir”. «Xvaetvadata» ifadəsinin mahiyətini aydınlaşdırmaq

– Olmazmı bu suallara Siz özünüz aydınlıq gətirəsiniz?

– Hesab edirəm ki, islamaqədərki azərbaycanlıların zərdüşt olmasında israrlı olan şəxslər tədqiqat yolu ilə mövqelərini müəyyənləşdirsələr onlar üçün daha inandırıcı olar. Mənim təsirimlə kifayətlənməyib, özləri bu qərara gəlməlidirlər.

– Sizin qeyd etdiyiniz müqəddəs kitabları tapmaq axı elə də asan məsələ deyil.

– Bəli, razıyam. Bu səbəbdən də Avesta və başqa zərdüşti əsərlərlə bilavasitə tanış ola bilməyənlər suallarını, bu ideyanı yayanlara yönəltməlidirlər. Bildirmək istərdim ki, izləyicilər tərəfindən bu mövzuya maraq və çoxsaylı suallar yarandıqda, redaksiyanızda bunu lazım bilsə, mən öz tərəfimdən tövsiyə etdiyim mənbələrə əsaslanaraq ən azı bu üç mövzuya aydınlıq gətirməyə hazıram.

– Son sözünüz nədən ibarətdir?

– Zərdüştilərin müqəddəs kitabı olan Avesta və digər müqəddəs kitabları ilə bilavasitə tanış olmayan, bu kitablarda əks olunan qədim xalqlar arasında qarşıdurmanın mahiyyətini, hansı etnik qrupun şər, hansının xeyir qüvvəsi kimi qələmə verildiyini, Franqrasyan-Frasyaq adlı şəxs əslində kim olduğunu, «xvaetvadata» sözünün mənasını və onun arxasında duran mənəvi yükü bilməyən, şəxs heç bir vəclə deyə bilməz ki, xalqımız qədimdə “zərdüşti” olub, ya olmayıb.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov
NATO-nun qalmaqallı sənədini imzalamağa Ərdoğanı nə vadar etdi?
TÜRKİYƏ XİN RƏHBƏRİNDƏN QARABAĞ AÇIQLAMASI
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub
Prezidentdən Əlibaba Məmmədovla bağlı - SƏRƏNCAM
Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
“Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir” - Fuad Muradov
Ukraynanın NATO-ya qəbul olunmasının şərti açıqlandı
Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Bakının bu rayonunda yolların yenidən qurulmasına 11,8 milyon manat ayrıldı
İlham Əliyev parlamentin buraxılması haqqında sərəncam imzalayıb, növbədənkənar seçkilərin vaxtı təyin edilib
Bakıda İƏT-in sədri seçilib
Danimarkada azərbaycanlı gənc 12 saniyəyə rəqibini məğlub etdi
Konstitusiya Məhkəməsi Prezidentin sorğusu ilə bağlı QƏRAR qəbul edib
Bakıda bu məktəblər qalib elan olundu - SİYAHI
“Bunu etsələr, ölkəyə gətirilən ikinci əl avtomobillərin qiyməti baha olacaq...” - Ərşad Hüseynov
Azərbaycan-İran sərhədində silahlı insident baş verib
Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə
Azərbaycanda qatar maşınla toqquşdu: ölənlər var
İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış olub
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması sədrinin Brüsselə səfəri başlayıb
Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb - VİDEO
Güney azərbaycanlı gənc rejimin qüvvələri tərəfindən ailəsinin gözünün qarşısında öldürülüb – Təbrizdə
Paşinyan Məmmədyarovla görüşdən əvvəl Mnatsakanyana nə deyib?
Misir Mərdanov deputat olmaq arzusunu gizlətmədi – “Mən namizədliyimi verə bilərəm”
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Putinin gizli qatarı ilk dəfə görüntüləndi – VİDEO
“Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm” - BDU-nun rektoru
Lavrov: "Qarabağ icmaları arasında təmaslar bərpa olunmalıdır"
Meşədə asılmış qadın meyiti tapıldı