Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanda 400-ə yaxın orqan köçürülməsi aparılıb


Tarix:5-09-2016, 07:20 Kateqoriya:Manşet / Tibb

Azərbaycanda 400-ə yaxın orqan köçürülməsi aparılıb

2008-ci ildən bu günədək Azərbaycanda 93 qaraciyər transplantasiyası, 298 böyrək köçürülməsi əməliyyatı icra olunub.

Karabakhmedia.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası söbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib. Azərbaycanda 2 orqanın - qaraciyər və böyrək transplantasiyasının 2008-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasında həyata keçirildiyini deyən M.Kazımi əlavə edib ki, transplantasiya əməliyyatları onun rəhbərliyi ilə sırf Azərbaycan komandası tərəfindən aparılır.

M.Kazıminin sözlərinə görə, yalnız Azərbaycanda deyil, bütün dünyada orqan transplantasiyası olunan və buna ehtiyacı olan xəstələrin sayı gündən-günə artmaqdadır. Bunun səbəbləri diaqnostik müayinə üsullarının daha da mükəməlləşməsi, alternativ müalicə üsullarının - transplantalogiyanın daha aktiv və özünü doğruldan mərhələyə çatmasıdır. Digər tərəfdən, bır sıra faktorlar - ekoloji mühit, qidalanma və s. nəticəsində də orqan çatışmazlığı olan xəstələrin sayı artır: “Təəssüf ki, beyin ölümü konsepsiyası işlənilmədiyi və meyitdən orqan transplantasiyası proqramına hələ də başlanılmadığı üçün biz yalnız və yalnız canlı donorlardan- qohum donorlardan orqan transplantasiyası əməliyyatları həyata keçiririk. Qohumların xəstəyə böyrəklərinin birini, qaraciyərinin isə bir payını verə bilmək şansı var”.

M.Kazımi deyib ki, əməliyyat etdikləri bütün xəstələrin hamısına orqanları qohumları bağışlayıb: “Həm qanun, həm də tibbi etika baxımından orqan alış-verişi ola bilməz. Bizim də əməliyyat etdiyimiz xəstələrin hamısına orqanlarını qohumları bağışlayıb. Burada alqı-satqı söhbəti ola bilməz”

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi
Hərbi attaşelər Müdafiə Nazirliyində toplandı
Nizami Paşayev 10 ildən sonra dünya çempionu adını qazandı
Qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Xəstənin öd kisəsindən 4 minə yaxın daş çıxarıldı - HEYRƏTAMİZ ƏMƏLİYYAT
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib
Fərid Şəfiyev Brüsseldə görüşlər keçirib
Millət vəkili Yevda Abramov vəfat etdi
Belə millət vəkillərimiz də olub!
Yerə yıxılan köməksiz yaşlı qadına lağ edib gülürdülər...
10 hakimimiz FİFA statusunu itirdi
Kağızın keçdiyi tarixi yol
Vilayət Eyvazov sosial şəbəkələrlə bağlı göstəriş verdi
Baş redaktor azadlığa buraxıldı
İmzalar içində Hadi - Elnarə AKİMOVA YAZIR
Azərbaycan yazıçısı ABŞ-ın nüfuzlu mükafatını aldı
Lavrovun səfəri və regiondakı həssas balans – TƏHLİL
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib - FOTOLAR
İlham Əliyev və birinci xanım Şamaxıda ağac əkdi
Hafiz Hacıyev: "Partiyadan 50-60 nəfərin namizədliyini verməyi düşünürük"
Stalinin ən qəddar cəlladı – 30 min adama ölüm hökmü kəsən Ulrix
Mikayıl Cabbarov erməni nazirin müavininə cavab verib
Tanınmış jurnalist yeni vəzifəyə təyin edildi
Bir gündə 650 min ağac: Şamaxıdan start verildi
İlham Əliyev və Birinci vitse-prezident Şahxəndan türbəsi ilə tanış olublar
“Fənərbağça” komandasının fanatlarından “Traxtur”a dəstək - VİDEO
Brüsseldə Azərbaycanla bağlı dəyirmi masa
Erməni polkovnikdən ŞOK AÇIQLAMA: "Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik"
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov