Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan səhiyyəsində YENİ XİDMƏT


Tarix:22-08-2016, 19:35 Kateqoriya:Manşet / Tibb

Azərbaycan səhiyyəsində YENİ XİDMƏTAzərbaycanda palliativ yardım xidmətinə ehtiyacı olan- əlillərə, ahıllara, ağır yataq xəstələrinə, xəstəliyin ağırlaşan və geridönməz mərhələsi diaqnozu qoyulmuş pasiyentlərə həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə onlara və ailə üzvlərinə göstərilən xidmətlərin geniş tədbirlər sistemi yaradılacaq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, 2016-cı ilin avqust ayından etibarən araşdırma məqsədi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) mütəxəssisləri paytaxtda və regionların (Abşeron, Gəncə-Qazax, Lənkəran, Aran, Quba-Xaçmaz, Şəki-Zaqatala və Dağlıq Şirvan) hər birində seçilmiş tibb müəssisələrinin rəhbərliyi, həkimləri, orta tibb personalın köməyi ilə bu xidmətdən bəhrələnə biləcək xəstələri və onların yaxınlarını müəyyən edərək sorğuya cəlb ediləcəklər.

Araşdırma zamanı palliativ yardım xidmətinin yaradılması üçün mövcud imkanlar və əngəllər müəyyən ediləcək. Layihə çərçivəsində görüləcək işin nəticəsində palliativ yardım xidmətinin yaradılması üçün kadr potensialının gücləndirilməsi, texniki və digər resursların əlçatanlığının təmin edilməsi, habelə xidmətin təşkili üzrə metodoloji və institusional inkişafa dair təkliflərin hazırlanması, o cümlədən palliativ yardıma ehtiyacı olan əsas xəstə qruplarının və xəstəliklərin siyahısının tərtib edilməsi planlaşdırılır.

Gələcəkdə palliativ yardımdan faydalanacaq pasiyentlərin ehtiyac duyduqları dərman və digər tibbi ləvazimatların siyahısının ilkin olaraq müəyyənləşdirilməsində bu araşdırma yardımçı olacaq.










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı